Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Zəhərlənmə

 tərəfindən  7 July, 2009 tarixində və Həkim Məsləhəti, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

qızdırmalı xəstə adamZəhərlənmə dedikdə, ətraf mühitdən orqanizmə müxtəlif maddələrin toksiki dozada-onun mühüm həyati əhəmiyyətə malik üzvlərinin fəaliyyətini pozub həyat üçün təhlükə törədən miqdarda daxil olub törətdiyi patoloji vəziyyət başa düşülür.

Zəhərlənmələr müxtəlif mənşəli sənaye, peşə ilə əlaqədar(müxtəlif zavod, fabriklərin  zərərli şöbələrində  işləyən insanlar), məişət, kənd təsərrüfatında geniş işlədilən müxtəlif kimyəvi preparatlar, heyvan, mikrob, bitki,  dərman mənşəli olurlar.

Zəhərlənmənin nəticəsi isə zəhərli maddələrin orqanizmə daxil olma tezliyindən, toksikliyindən (zəhərli olması) və dozasından asılı olaraq dəyişir.

Qeyd edək ki, yayda zəhərlənmələr qısa müddətli olub, ən çox meyvə, tərəvəz, ət və balıq konservləri, ət və ət məhsulları, süd və süd məhsulları, dondurma və s. nəticəsində meydana gəlir. Əlbəttə ki, bu məhsullardan zəhərlənmə ilin hər fəslində ola bilər, sadəcə bildiyimiz kimi, yay aylarında tez xarab ola bilən ərzaq məhsullarını düzgün saxlamadıqda, sanitar-gigiyenik normalara əməl etmədikdə onlar asanlıqla zəhərlənmə törədə bilərlər.

Xəstəliyin ilk əlamətləri 0.5-4 saat sonra başlayır.
[ad#468×60]
İlk əlamətləri: ümumi halsızlıq, ürəkbulanma, təkrari qusma, qarında sancılar və ishal. İshal hətta 10-15 dəfəyə çata bilər. Temperatur adətən, 38-40º S-dək  yüksəlir, xəstə titrəyib üşüyür. Bu ilk əlamətləridir, vəziyyət sonradan daha da pisləşir və hətta ölümə də səbəb ola bilir. Ona görə də, bu əlamətlər meydana çıxan kimi dərhal həkimə müraciət etməlisiniz.

Yuxarıda göstərilən məhsullardan əlavə, yay ayları meyvə-tərəvəzlə də bol olduğu üçün bu məhsulların da sağlamlıq üçün zərərli ola biləcəyini nəzərə almalısınız. Belə ki, aldığınızın meyvə-tərəvəzin gübrəli olmadığına və üzərinin müxtəlif maddələrlə xarab olmasın deyə örtülmədiyinə əmin olun, məsələn, aldığınız meyvənin üzərinə əl vurduqda yapışqanlılıq, yağlılıq hiss edirsinizsə və yuduqdan sonra bu yağlılıq təmizlənmirsə, bu həmin meyvəyə ya tərəvəzə parafin vurulduğunu göstərir (neftin tərkib hissələrindən biri) Parafindən meyvənin uzun müddət təzə qalması üçün istifadə olunur. Sağlamlığa isə nə dərəcədə ziyanlı olduğunu artıq təsəvvür etmək olar.

Odur ki, yaydan həzz almaqla yanaşı, nə yediyinizə  də diqqət yetərək sağlamlığınızın keşiyində durun!!!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.