Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Yeyim – Yeməyim?

 tərəfindən  17 June, 2010 tarixində və DİN, Kulinariya, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Qurani-Kərimdə haram qida məhsulları barədə üstüörtülü məlumat verilir.

“Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!” (“Bəqərə” surəsi, ayə 172).

Qurani-Kərimdə haram qida məhsulları barədə çox qısa və üstüörtülü məlumat verilir. Bu təbiidir. Çünki Quran insanların yemək rasionunu təyin etmək üçün deyil, onların haqqa hidayət olunmaları üçün göndərilib. İnsanların məişəti, əxlaq və tərbiyəsi ilə əlaqəli olan məsələlər barədə isə Peyğəmbər (s.ə.s) öz həyat tərzində onlara ən gözəl şəkildə təlim verib.  “Karvan” jurnalında dərc olunan məqaləni Evlenirik.Biz oxucuları ilə bölüşür.

Quşlar

  • Caynağı olan yırtıcı quşlar (şahin, qartal, kərkəs, çalağan və. b.)
  • Uçan vaxt qanad çalması, qanad saxlamasından çox olan quşların əti halal, uçanda əksər hallarda qanadlarını saxlayıb çalmayan quşların əti isə haramdır.
  • Çinədanı, yaxud (insanın baş barmağı kimi) ayrı barmağı olan quşların əti halal, olmayanların əti isə haramdır.

Su heyvanları

  • Su heyvanları arasında yalnız pullu balıqların əti halaldır. İlan balığı, delfin kimi heyvanların əti isə haramdır.
  • Halal balığın kürüsü halal, haram balığın kürüsü haramdır.
  • Əti halal olan pullu balıqları yalnız sudan kənarda, quruda öldüyü təqdirdə yemək olar. Tora düşən balıqlar istisna olmaqla, suda ölən balıqların əti haramdır.

Əti halal olan heyvanların bəzi hissələri haramdır.

  • Heyvanın cinsiyyət orqanı (ağ ət)
  • Dalaq
  • Donbalan deyilən toxum
  • Öd kisəsi
  • Dalaq
  • Sidik kisəsi
  • Bəbək
  • Onurğa sümüyünün kənarlarında olan piy
  • Balalıq
  • Dırnaqların arasında olan vəzi

Əti halal olan heyvanların əti dörd halda haram olur:

  1. Adəti üzrə insan nəcisini yesə. (Bu halda onun əti və südü haram, təri də nəcis olur).
  2. İnsan onlarla cinsi əlaqədə olarsa (Bu halda onun əti, südü, ümumiyyətlə, bütün nəsli haram olur).
  3. Donuz südü ilə qidalanan və qidalanma nəticəsində ətə-cana gələn quzunun, çəpişin və buzovun əti.
  4. Şəri qayda ilə kəsilmədikdə.

Nəcis yeyən heyvanın ətinin halal olması üçün ona bir müddət nəcis yeməyə imkan verməmək lazımdır. Buna şəriətdə istibra deyilir.

Dəvə – 40 gün,

inək – 30-40 gün,

qoyun – 10-14 gün,

su quşları – 5-7 gün,

ev quşları – 3 gün,

balıq – 1 gün istibra edilməlidir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.