Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Yegənənin toyu oldu!-fotoqalereya

 tərəfindən  30 April, 2010 tarixində və Şou-Biznes, TOY, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Müğənni Yeganənin Bakının “Neolit” restoranında qız toyu keçirilib.

Evlenirik.Biz-in, Milli.Az xəbər portalından əldə etdiyi xəbərə istinadən, müğənni toya dünyanın ən bahalı avtomobil markalarından olan və Bakıya da yeni gətirilən ikiqapılı «Bentley» markalı maşında gəlin gəlib.

Toya 40 dəqiqə gec gələn Yeganə və Fateh cütlüyü, üstəlik 1 saata yaxın maşında gözləməli olublar. “Rövşən ritm” qrupunun çıxışından sonra cütlük “Vağzalı” musiqisinin sədaları ilə salona daxil olublar. Daha sonra şampan içilib. Müğənni Zamiqin ifasında “Sən necə də gözəlsən!” mahnısı səslənib və cütlüyün rəqsi hamı tərəfdən maraqla izlənib.

Ümumilikdə, toyun ahəngi pozulmasa da, qonaqların azlığı xüsusi gözə çarpıb. Yeganə və Fateh cütlüyünü təbrik etməyə gələn müğənninin həmkarları və dostları daha çox seçilib.

Qeyd edək ki, Murad Arifin aparıcılığı ilə keçirilən toyu Zamiqin ansamblı müşayiət edib. Toyda Flora Kərimova, Röya, Nura Suri, Natəvan Həbibi, Zamiq, Emil Bədəlov, Nazim, Tunar, Xuraman Şuşalı, Sevda Yəhyayeva, Kərim, Elza Seyidcahan, meyxana ustası Ağamirzə və başqa sənət adamları da iştirak ediblər.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.