Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Yaxşı bir yuxu üçün qızıl qaydalar!

 tərəfindən  29 November, 2010 tarixində və SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

sleeping woman

Türkiyəli həkim Prof. Dr. Burhanettin Uludağ yaxşı yuxu üçün nələrin vacib olduğunu anlatdı.

Yuxunuz gəlmirsə yatağı tərk edin.

Prof. Dr. Burhanettin Uludağ, “Yastığa başınızı qoyduqdan 20 dəqiqə içində hələ də yata bilməmisinizsə yata bilməyəcəksiniz deməkdir. Ən yaxşı yataqdan durub biraz rahatlamaq üçün ya kitab oxuyun ya biraz televizor izləyin.” dedi.

Yatmamışdan əvvəl kəsinliklə siqaret çəkməyin, kafein qəbul etməyin.

Doktor buyurur ki: “Yatamamışdan əvvəl qətiyyən siqaret çəkməyin. Çünkü nikotin beyinə təsir edən maddədir. Bu da yuxunuzun qaçmasına səbəb olar.” Bundan əlavə olaraq doktor yatmamışdan əvvəl spirtli içkilər və kafein, xırda şirniyyatların da yuxunuzun qaçmasına ya da gecə tez-tez oyanmağınıza səbəb olacaqdır. Yuxu keyfiyyətinizin pozulmaması üçün bu növ vərdişlərdən uzaq qalmağın vacibliyini vurğuladı.

Yatma və oyaqmaq saatlarınız düzgün olmalıdır

Həftə sonu və ya tətil vaxtı yuxu saatlarınızı dəyişdirməməyə çalışın. Hər zaman vaxtında yatıb vaxtında oyanmağa çalışın.

Yataqdan sadəcə yatarkən istifadə edin

Uzanıb televizora baxmaq, kitab, qazet oxumaq və ya kompüter ilə oyun oynamaq, yemək yemək kimi vərdişlərdən uzaq olun.

Yuxu dərmanlarını vərdiş etməyin

Yadınızdan çıxarmayın ki, bu yuxu təbii vərdişdir və öz-özünə olmalıdır. Siz bunu dərman vasitəsilə etsəniz xeyirindən çox zərəri ola bilər.

Yatmaq istərkən muhakəmə etməyin

Yaddan çıxarmayın ki, yataq günün muhakəməsinin aparıldığı yer deyil. Əyər belə vərdiş etsəniz tez yatma problemi ilə qarşılaşacaqsınız.

Yataq otağı səssiz, sakit və sərin olmalıdır.

Yataq otağınız sadə olmalıdır. Budan əlavə olaraq qaranlıq və sərin olmalıdır. İşıq və istilik yuxunu qaçırar. Əyər işıqlı otaqda yatmaq istəsəniz, yataq otağının deyil koridorun işığını yandırın. Mütləq səsli olsun istəsəniz narahat etməyən bir musiqi dinləyə bilərsiniz.

Evinizi ağ yerinə sarı işıqla işıqlandırın.

Oturduğunuz otaq çox işıqlı olmasın. Beyniniz ağ tondakı işıqları günəş işığı kimi başa düşər və yuxu gətirən melatoni adlı hormonun ifrazını azaldar. Bu da yuxu keyfiyyətinizi pozar.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.