Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Xatirələrim

 tərəfindən  6 December, 2011 tarixində və Dost Məsləhəti, MƏSLƏHƏTXANA, Sizdən Gələnlər, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Həyatımızın ən unudulmaz, ən gözəl, keçdiyi kimi geri qaytarılması mümkünsüz olan günləri vardır yaşamımızda, hansı ki, xatirələrə köçürürük zamanla o anları. Çəkdirdiyimiz fotolar, video çarxları o günlərin necədə əvəzsiz olduğunu hər dəfə onlara baxarkən bizə qısa xatırlatma edir. Lakin günlər vardır ki, qədrini belə bilməmişik və o anları nə çəkilişlərə, nə də kadrlara köçürmüşük və hər zaman o günlərin unudulacağı təhlükəsi ilə yaşamışıq. Amma varlığından asılı olmayaraq yaddaşımıza xatirə tək həkk olunan hadisələr baş verdiyi yeri və vəziyyəti ilə üstündən illər keçməsinə rəğmən qarşımıza canlı şahid kimi çıxır.

Sıralarımızda çoxları oldu keçmiş günlərini unutmaq istəyən və yaşadığı xatirələri həyatından silmək istəyənlər, çoxları oldu bir zamanlar canlı şahidi olduğu ən xoş hisslər keçirdiyi o yerlərdən indi gözü yumulu keçib getmək istəyənlər, çoxları oldu o yerlərdən keçərkən göz yaşlarına hakim ola bilməyənlər, çoxları oldu o yerlərə nifrətlə baxıb bugünkü həyatına şükür edənlər. Amma insanıq, güclü iradəmizə, həyat eşqimizə və sınmayan qürurumuza güvənib qəddimizi əymədən keçib getdik o yerlərdən və bir zamanlar canlı şahidimiz olan o yerlər indi cansız xatirəmizə döndürmüşük.

Sıramızda çoxları oldu həyatında keçmiş adlandırdığı və xatirəyə çevirdiyi o anlarda bu gün yaşayanlar, çoxları oldu ötən zamanını əhəmiyyətli itki adlandırıb o anları əbədiləşdirənlər, çoxları oldu xatirələrinə hörmətlə yanaşıb cansız məkanları sınaq məkanına çevirənlər.

Nə yaşadıqsa, nələr gördüksə bu gün, o dünənin xatirəsini əks etdirdiyi halda sabahın yeni ümmanı oldu. Bizi xatirələrimizə daima hörmətlə yanaşırıq və itirdiyimiz günlərin ən azı xatirəsi ilə yaşamağı bacarırıq. Xoşbəxtik ki, bunu bacarırıq.

Sən də xatirəni qoru saxla çünki öz-özünlə tək başına qaldığında təsəlli olacağın xatirən var olsun!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.