Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Xalq artisti Flora Kərimova: “Nə İlhamə, nə Faiq sənətkar deyillər” – MÜSAHİBƏ

 tərəfindən  24 May, 2009 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share


“Sərxan Kərəmoğlu məhkəmənin çıxardığı qərara meydan oxumaq istəyir”

Azərbaycanın Xalq artisti Flora Kərimovanın müsahibəsi:

– Bu günlərdə Sərxan Kərəmoğlu Lent.az-a müsahibə verib. O, məhkəmənin qərarı ilə razı deyil, sizdən üzr istəmək niyyətində deyil.

– Deyəsən, Sərxan hökumətlə hökumətlik etmək xülyasına düşüb. Məhkəmənin çıxardığı qərara meydan oxumaq istəyir. Olsun, zərərini özü çəkəcək.

– Bildiyimizə görə, Faiq Ağayevin sizə və sizin ona qarşı qaldırdığınız iş Ədliyyə Nazirliyinin linqvistik ekspertizasına göndərilib…

– Bəli göndərilib. Və bizdən hər sözümüzə aid izahat tələb olunur. Mən izahatlarımı təqdim etdiyim sənədlərlə, jurnallarda və qəzetlərdə yazılan fikirlərlə, videogörüntülərlə təqdim etdim. O isə absurd izahatlara əl atdı. Məni təhqir etdiyi “fınış” sözünün altından acizcəsinə çıxmaq cəhdinə fikir verin: “Fınış” nədi, bilmirəm. Flora Kərimovaya ünvanlanan məktubun rus və Azərbaycan versiyalarında “finiş” yazmışam, “fınış” sözünü işlətməmişəm”.
Savadı ilə öyünən, iki dildə səhifə yarım təhqirlərdə bir dəfə də səhv buraxmayan Faiq “fınış”la “finiş”in mənasını duymadı? Ya hərf səhvini hara aparacağının fərqinə varmadı? Axı o özü mətni tərtib edib, özü də jurnallara, saytlara ötürmüşdü. Bu cəfəngiyyata kim inanar?!

Ya da “mənasız tüfeyli həyat”, “Flora Kərimova dəfələrlə rəsmi nikahda olub və onların əksəriyyəti uzunömürlü olmayıb. İslam adət-ənənələrinə görə, cəmiyyətimiz arasında normal, sürəkli, sadiq, sədaqətli, ailə həyatına məna etibarı ilə uyğun olmayan yaşam tərzi kimi qiymətləndirmişəm”.

Sən demə, mən əstəğfürullah, əcəli qapımdan qovmalı idim… Bəs sənin, Faiq, neçə il camaata “mən evliyəm, mən xoşbəxtəm” kimi qırmızı-qırmızı yalan satmağın hansı normal, sürəkli, sadiq, sədaqətli həyat normalarına və yaşam tərzinə uyğundur?

İslam adət-ənənələrinə “sadiq” qalan Faiqin “lesbiyanka” anlayışını qəbul edib izahatda verdiyi qiymətinə baxın: “Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda rəsmi adın tərkibində “lesbiyan” sözü olan bir sıra qeyri-hökumət təşkilatları dövlət qurumları tərəfindən qeydiyyata alınmışdır. Məsələn, LGBT- lesbiyan, gey, biseksual, transseksual cəmiyyəti”.

Mən vəkilim Yunis Vəliyevdən xahiş etdim ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə bu qurumların qeydiyyatdan keçib-keçməməsi haqqında sorğu göndərsin. 15.05.09 tarixinin 11/629 saylı imza altında aldığımız cavab: “LGBT cəmiyyətlərinin dövlət qeydiyyatından keçib-keçməmələri barədə müraciətinizə baxılıb. Bildiririk ki, qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeyd olunan qurumlar barədə məlumat aşkar edilməyib”.

Faiq, yer üzündə bir müsəlman ölkə tanıyırsan ki, hakimiyyət səviyyəsində belə bir şərəfsizliyə, göz yumub sən sadaladığın qurumları qeydiyyata almaqla legitimləşdirsin? Bununla da əxlaqsızlığa, mənəviyyatsızlığa yaşıl işıq yandırsın? Mənə böhtan, dövlətə böhtan, xalqa böhtan… bəs deyilmi?!

“Satqın (etmək), əqidəsi bəlli olmayan bir zavallı” – indiyə qədər anlaya bilmirəm, niyə mənim hələ müxalifət dövründən dövlət başçısına pozitiv münasibətim İlhamə ilə Faiqi bu qədər qıcıqlandırır? Görün nə yazır: “Mən ona bu tərifi qəflətən baş verən əqidə dəyişikliyinə, bu hərəkətinə heç bir məntiqi aydınlıq gətirmədiyinə görə aid etmişəm”.

Faiq, mənim nə umacağım var, nə istəyəcəyim. O yolun adamı olsaydım, on ilərimi itirməzdim. Bəlli, göz qabağındadır. Yox, əgər söhbət sənin deydiyin məntiqdən gedirsə, sualıma cavab ver. Niyə sənin adınla bağlı rüsvayçılıqlara açıq hədə-qorxudan başqa məntiqli aydınlıq gətirmirsən ki, birdəfəlik söhbətə son qoyasan?! Nə vaxta qədər çabalayacaqsan?

“Mənəviyyatsız” adlandırır məni: “Yanımda təmsil etdiyi Azərbaycan xalqını “qoyun” adlandırdığı üçün mən Flora Kərimovanı bir fərd kimi həmin millətin dəyər əxlaq və mənəviyyatından uzaq olan birisi kimi qiymətləndirə bilərəm”.

Sənətimin ən çiçəklənən vaxtı Qarabağ deyib səhnəni meydanlara dəyişdim, bu nə danışır???

Hələ “Mərdimazarlıq, ev yıxanlıq” kəlməsi. Flora Kərimovanın kübarlığından uzaq olan xoşagəlməz üsullardan istifadə etməkdə suçlayan “kübar Faiq” sonuncu məhkəmə prosesində nə vaxtsa müxalifət olmağımı spekulyasiya edib, müxtəlif çıxışlarından fraqmentləri yavaşca vəkilin əli ilə hakimə ötürdü. Hədəfi hakimi qorxutmaq, onun gözünün odunu almaq idi.

Nəhayət, “erməni tuluğundan çıxan Flora – Zümrüd xanım sənin anan deyil”.
Adı tanınmayan saytda: “Başqasını ittiham etməkdənsə, gedib “ERMƏNİ QUTQAŞEN köklərindən (indiki Qəbələ) olan nənəsindən danışsın” sözlərini sübut kimi təqdim edir.
Birincisi, Qəbələ mənim ata yurdumdur, iraq atamın ruhundan, “erməni tuluğu” deyir. Onun ittihamında isə anam ittiham olunurdu, atam yox. Axtardım o saytı, nə ünvanı, nə də əlaqə telefonu tapdım. Məhkəmədə Faiqdən o saytın mənbəyini tələb edəcəm. Boyun qaçırsa, onda deməli, özü tərtib edib.

– Bu vaxta qədər sizi Şuşalı bilirdim…

-…Ana vətənim Şuşadır, ağır seyidlərdənik. Ata vətənim Qəbələdir. Nəslimizdən Şıx Babanın nəticəsiyəm. Allahın izni ilə onların ruhu, nəslimizin ocağı məni qoruyur. Mənim kimi mübarizə yolu seçənlərə Faiqin dediyi ləkələr yapışmaz. Həyatın bütün sınaqlarından alnıaçıq çıxmışam, çıxacam da.

– Yeri gəlmişkən, Flora xanım, toylara gedirsiniz?

– Təbii. Yaxınlarımın, hörmət etdiyim adamların toyuna mütləq.

– Sərxan Kərəmoğlunun iddiasına görə, siz onun köməkliyi ilə iki-üç mahnını iki-üç min manata oxumusunuz…

– Sərxanın özünün toyları olur ki, kimisə toylara aparsın? Bəlkə mənim adımdan istifadə edib, özünə müştəri yığmaq istəyirdi?

– Bu yaxınlarda “El içində” verilişində sizə sual verildi. Cavabı qalmaqal yaratdı. Siz həqiqətənmi, İlhamə xanımı sənətkar hesab etmirsiniz?

– Sənəti yaxşı bildiyimə görə, ali savadlı mütəxəssis gözü ilə baxdığım üçün qiymətim çox lakonikdir. Nə İlhamə, nə Faiq sənətkar deyillər. Və bunun sübutu ancaq mənim fikrim deyil. Baxın (qəzet səhifəsini göstərir-L.Y) Cavanşir Quliyev: “Mənim yaxşı yadımdadır, Flora Kərimova Faiqə necə qəyyumluq edirdi. Hətta onunla duet oxudu. Onu əhatə edən insanlar deyirdilər, “bu oğlan oxuya bilmir, heç vaxt da bilməyəcək. Görünüşü səhnəyə yaraşmır, pis eşidir, səsi yoxdur, oxumur, ağlayır, savadsızdır, niyə onunla məşğul olursan?” Flora isə Faiqə inadkarlıqla kömək etməyə davam edirdi”.
Yəni, bu qiymət mənimlə Cavanşirin qiyməti deyil. O dövrdən indiyədək bu ittihamdan canımı qurtara bilmirəm.

Bilirsiniz, qızım, quyuya su tökməklə sulu olmaz. Ad almaqla insan sənətkar olmur. Sənəti fəxri adlar yox, istedad bəzəyir.

O ki qaldı İlhamə Quliyevaya, mən üzgörənlik edib ona sənətkar deyə bilmərəm. Bülbülün, Rəşid Behbudovun, Şövkət xanımın, Sara xanımın səviyyəsinə qaldıra bilmərəm. Bu mənim tərəfindən cəm cinayət, həm də qəbahət olar.

Mənim bir notumu oxuya bilməyib, mənim qədər sənətdə təvazökarlıqdan uzaq olsa da, iz qoymayan bir insana mən necə sənətkar deyim? İlhamə ödül yarışına çıxıb cavan müğənnilər arasında özünə sənətkar dedirdir. Onlar isə mənim sənətkar adlandırdığım insanların demək olar ki, bütöv yaradıcılıqlarından xəbərdar deyillər.

lent.az

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.