Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Uzun Evliliyin Sirri

 tərəfindən  13 January, 2010 tarixində və Dost Məsləhəti, Maraqlı və Faydalı, Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Müasir evlilik ilə uzun zamanlar öncə olan evliliyi müqayisə etdikdə bəzən real və acınacaqlı olan faktlarla üzləşirik və bunları araşdırarkən xoşə gəlməz hallarla qarşılaşırıq.

Çox uzağa getməyək 20 il bundan öncə qurulan ailələrdə ər və arvad seçimi bu qədər geniş deyildi.Yeni qurulacaq ailə valideyinlərin dəstəyi ilə baş tuturdu. Əgər 30 % özü tanış olub evlənən var idisə, 70% tanışlıq (el dilində desək: “vasitəçi”) vasitəsilə həyata keçirilirdi. Valideyinlərin qərarından sonra gənclər tanış olurdular, daha sonra ailə qurub sevgi qazanırdılar və  bu ailələr uzun ömürlü olurdu.

Bugünkü dövrümüzdə isə  vasitəçi vasitəsilə baş tutan evlilik 40% təşkil edir.

Əksər evliliklər gənclərin özlərinin verdikləri qərarla baş tutur. Gənclər tanış olub müəyyən müddətdən sonra valideyinlərini tanış edib toy edirlər. Bu fakt maraqlıdır, lakin özləri seçim edən gənclər bir neçə ildən sonra məhkəmə salonlarında qarşılaşırlar. Bu isə özü sevib ailəsinə qarşı çıxıb “sevdiyimi alacam” deyən gənclərin həyatı. Onlar sevgi qazanıb bu həyata birgə imza atmışdılar, bəs necə oldu məhəbbət? Onlar biri-birilərini yaxşı tanıdıqlarını deyirdilər, bəs necə oldu ünsiyyət?

Bu müqayisəni aparan zaman insan özündə düşünür: -əgər sevgi varsa niyə evlilik uzun deyil?  Demək sevgiyə mane olan başqa şərtlər var.

Keçmişdə valideyin vasitəsi ilə tanış olanlar arasında 40 % anlaşılmazlıq ucbatından boşanma hallarına rast gəlinirdisə, müasir dövrdə isə özləri sevib ailə quranlar arasında bu hal 60% təşkil edir.

Əgər keçmiş zamanda boşanma səbəbləri: “Qaynanam, baldızım mənim işlərimə mane olur, həyat yoldaşım içki içib ailəsinə baxmır, uşaqlarımız acından ölür” və s. idi isə, gənc nəslin problemi isə: “bizimki alınmadı, biz biri-birimizi anlaya bilmirik, o dostları ilə çox vaxt keçirir, onun mənə diqqəti azdır, o vaxtını işinə həsr edir, onun həyatında başqası var” və s.-dir. Keçmiş zamanda yox idimi bu problemlər əlbətdə var idi, düzdür texnologiya bu qədərdə inkişaf etməsə internetdən istifadə, mobil telefonlarla əlaqənin olması az olsada amma anlaşmaq və anlaşmamaq problemi hər zaman olmuşdur, sadəcə atılan son addım daha diqqətlə düşünülürdü keçmiş ailələrdə, bugünkü ailədə isə dediyi sözündən dönməmək inadı qurulan yeni həyatı bərbad edir.

Aparılan araşdırmalar göstərir ki , uzun evliliklərin sirri belədir:

1) Uzun evliliklər səbrin , hövsələnin üzərində qurulur;

2) Uzun evlilik qarşı tərəflərin bir-birinə güzəştə getməsinin nəticəsidir;

3) Uzun evlilik ailənin dağılmaması üçün qürurdan dönən əsas aparıcı qüvvənin tənəzzülüdür;

4) Uzun evlilik övladlarını atasız və ya anasız böyütməyin çətinliyini son andaca göz önünə qoyan insanın məsuliliyətliliyidir”;

5) Uzun evlilik dost- düşməndən utanan üzvlərdən birinin geri dönməsidir.

6) Uzun evlilik valideyinlərini  düşünən və bundan ehtiyat edən, onlara hörmət edən qüvvələrin həyasıdır;

7) Uzun evlilik sevgini qoruyan insanların bir yerdə daima olacaqlarına, nə olursa olsun ayrılmayacaqlarına verdiyi sözə əməl etməsidir;

8 ) Uzun evlilik yatdığı yerinə hörmət edənin tutduğu əli buraxa bilməməsidir.

Bunuda qeyd edək ki, bəzən şər və böhtanlar ucbatından dağılan ailələrdə olur. Tanrı bizləri bundan qorusun. Tanrı Sizi siz Ailənizi qoruyun.

Gəlin Uzun evliliklərə imza ataq ki, ömrümüz uzun, sevgimiz tükənməyən olsun!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

2 şərh on "Uzun Evliliyin Sirri"

  1. evlenirikbiz on Wed, 13th Jan 2010 4:33 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Çox dəyərli məqaləyə görə təşəkkürlər! Ümid edirəm ki, evli olan və yeni evlənəcək olan ziyarətçilərimiz üçün faydalı olacaqdır..

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Aysel Bayramova on Thu, 14th Jan 2010 1:12 pm 

    Mən sizə təşəkkür edirəm, məqaləmi qəbul etdiyiniz üçün!

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.