Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Üzeyir musiqi notu ilə danışır

 tərəfindən  27 June, 2009 tarixində və MUSİQİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Üzeyir HacıbəyovAzərbaycan bəstəkarlıq sənətinin incisi olan Üzeyir Hacıbəyov öz həmişəyaşar əsərləri ilə nəyinki Azərbaycanda hətta dünyada musiqi dünyasının dühası adına layiq görülüb. 1885-ci ildə Ağcabədidə göz açan Üzeyir Şuşada dil açdı. Şuşa sənətkarın böyüyüb başa çatdığı əzəmətli sənət ocağı idi. Şuşanın təbiəti Üzeyiri daha da ilhama gətirir, onun nümunəvi əsərlərinin yaranmasında öz əksini tapmışdır.

12 yaşında olarkən Üzeyir Şuşada maarifçi Haşım bəy Vəzirovun açdığı məktəbdə iki ilə təhsil alıb, daha sonra təhsilini davam etdirmək üçün öz arzusu ilə Qoridə Zaqafqaziya müəllimlər seminaryasının aşağı hazırlıq sinifinə daxil olur. Burada təhsil aldığı müddətdə kaman, tar dərslərinə maraq göstərib və seminariyanın orkestrinə qəbul olunub. Seminaryanı bitirdikdən sonra bir müddət müəllim kimi fəaliyyət göstərən Üzeyir bir sıra qəzetlərdə də müxtəlif təxəllüslərlə yazılar dərc etdirmişdir. Jurnalist kimi fəaliyyəti dövründə yazıları cəmiyyətə, oxuyucuya təqdim edən Üzeyir bu fəaliyyəti ilə artıq kifayət qədər tanınmışdır.

O zamanlar opera sənəti hələ Azərbaycan səhnəsində öz yerini tapmamışdır, lakin Üzeyirdə sənətə olan maraq onu bu sahənin inkişaf etdirilməsində birinci olmaq iddiası ilə üzləşdirdi.

1908-ci ildə yanvar ayının 12-də Tağıyev teatrında “Leyli və Məcnun” operası səhnəyə qoyuldu. İki gəncin məhəbbətindən bəhs edən bu operanın davamı kimi Üzeyir ikinci böyük sənət incisi səhnəyə təqdim etdi bu “Şeyx Sənan” operası idi, lakin naməlum səbəblərdən opera o qədərdə uğur qazana bilmədi. Daha sonra “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”, “ Harun və Leyla” operaları sevənlərə təqdim olundu. Sənətkarın ən böyü maraq doğuran əsəri isə “Koroğlu” operası oldu. Bu əsər Şərq dünyasının füsunkar sənət incisi kimi dünyaya yol açdı. Bu  opera rus dilinə tərcümə olunun Moskvada və başqa sovet ölkələrində səhnəyə qoyuldu.

Əsərlərinin əsas mövzusunu məhəbbət təşkil edən sənətkar ölməz sənət inciləri ilə özündən sonra iz qoyub getdi. Hal-hazırda Üzeyir dühası Azərbaycan adı ilə birgə səslənir. Azərbaycan musiqisi deyəndə Üzeyir notu, ahəngi, diapozonu göz önündə canlanır.

Yaratdığı bənzəri olmayan operaları kino şəkilində çəkilərək video lentinə köçürülüb gələcək nəsilə təqdim olunmaq üçün saxlanılır. Gənclər onun  operalarına  canlı şahid olmaq üçün opera teatrına gedib, bu obrazları canlandıran böyük sənətkarların tamaşalarının izləyir və o məhəbbətin ağuşuna düşürlər.

Üzeyir sözü ilə deyil notu ilə danışırdı, hələdə danışır və daima danışacaq.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

2 şərh on "Üzeyir musiqi notu ilə danışır"

  1. Lala on Sat, 27th Jun 2009 3:19 pm 

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Uzeyir mahabbatiin təməlsiçidir

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. PERSONA_GRATA on Thu, 2nd Jul 2009 2:17 am 

    SALAM AYSEL
    MEQALEN MARAQLIDIR…

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !

*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.