Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Ustadnamə

 tərəfindən  12 July, 2009 tarixində və Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share
Xeyirlə şər, pislə yaxşı tutuşmaz,
Sən haqqı nahaqqa qatma a yoldaş.
Namərd ömrü kəmdi, murada çatmaz,
Namusu, qeyrəti atma a yoldaş.

Nəsimi mərdliyi olsun sinəndə,
Yüz ölç, bir biç, ağız açıb dinəndə.
Ağıl ucundan bəxtin tərs dönəndə
Qara geyib, yasa batma a yoldaş.

Bilənlər onsuzda bilir hesabı,
Zəhmətnən dolanan çəkməz əzabı.
Dalınca təriflər söyləsə hamı,
Qalxıb ərş-fələyə çatma, a yoldaş.

Hökmün olsa şimşək kimi hey çaxma,
Bulanıq su olub, hər yana axma.
Qohuma, qonşuya pis gözlə baxma
Yuyulmaz günaha batma, a yoldaş.

Əli Azəri – Gədəbəy – 1975-ci il

Şair Əli Azəri

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.