Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Uşaqlarımızın dostları

 tərəfindən  1 June, 2009 tarixində və Ailəyə Özəl, Körpələrə Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

3 uşaq dost

Uşaqlar hər yaşda dost tapmaq potensialına sahibdirlər. Kiçik bir körpə belə bir yaşıdını gördükdə ona yaxınlaşmağa çalışır. Səslər və toxunuşlarla reaksiya verir.  Bu zərərsiz toxunuşlar şiddətlənməyə başladığında dostları ilə əlaqəli problemlər də başlamış olur.

“Dostluq göbələk kimidir. Zəhərli olub olmadığı ancaq yedikdən sonra bilinir.” (uzaq şərq atalar sözü)

Uşaq kiçik ikən valideyinlərdən tez-tez eşidilən  “qızımın saçını dartdı”, “oğlum pis sözlər işlədir, yoldaşlarında öyrənib yəqin” ya da “uşağımız başqalarını dişləyir” sözləri məktəb illərinə gələnə qədər şirin xatirə olaraq xatırlanır. Çünki artıq başqa problemlər başlamışdır. Yoldaşlar arasında qruplaşma bu dönəmlərdə başlayır. Qruplar arasında davalar və qısqanclıqlar da bu dönəmin problemlərindəndir. Yoldaşlardan yeni xoş olmayan sözlərin öyrənilməsi də başlanır. Bu dönəmdə bütün qayğıların arasında bir də akademik nəaliyyət qayğısı əlavə olunur və valideyinlər nəaliyyətsizliyi çox vaxt yoldaşların seçimində görürlər. Bu qismən doğrudur. Yoldaşlar uşaqlara və hətta böyüklərə də bizim sandığımızdan daha pis və ya daha yaxşı yöndə təsir göstərə bilər. Yaxşı bir dost insanı doğru yola apara bildiyi kimi yalnış seçilmiş dost da yalnış yola apara bilər.  Əgər uşağınızın doslarının ona pis təsir göstərdiyini düşünürsünüzsə problemi həqiqətən dostlarında qaynaqlanıb qaynaqlanmadığını araşdırın.

Çünki doslar nə qədər vacib olsada tək səbəb ola bilməz. Bunun üçün uşağınızla və dostları ilə dost olun! Hətta uşağınızın dostlarının ailələrini yaxından tanımağa çalışın. Bu araşdırma nəticəsinda dostunu uşağınız üçün uyğun görmürsünüzsə bunu uşağınıza mülayim bir dillə başa salmalısınız. Həm də doğru dost seçimində bilgisi olan uşağın səhv etmə ehtimali kiçikdir.

Nəticə etibarı ilə dostluğun sizin nəzarətiniz altında davam etməsi ən yaxşı metoddur. Uşağın yoldaşını evə dəvət eməsi üçün şərait yarada bilər ya da birlikdə ikən nələr elədikləri barədə uşaqdan xəbər ala bilərsiniz. Bu şəkildə sakit davranmanın iki nəticəsi ola bilər. Ya uşaq yoldaşının ona uyğun olmadığını başa düşər, ya da uşağınız “pis” uşağın “yaxşı” dostu olar və burdan gözəl bir dostluq əmələ gələr.

Uşaqların qarşısına valideyinlərin şeçdiyi məcburi bir dost çıxarmaq uşağın xasiyyətinə görə müxtəlif  reaksiyalara səbəb olabilər. Kimi uşaq ilk dəfə qarşılaşdığı birisinə qarşı bəslədiyi maraq duyğusu onu bu yeni yoldaşa doğru yönləndirirkən, kimisi də ona təklif olunan hər bir çox şey kimi bu dostluğu rədd edə bilər. Belə zamanlarda uşaqları daha təbii üsullarla qarşılaşdırmaq müsbət təsir göstərə bilər. Məsələn bir qonalıqda uşaqları bir-birinə yaxınlaşmaq üçün özünüzə əl qatmadan hətta biraz onlara baxmırmış kimi davranın. Bir müddət sonra uşaqların birbirinə yaxınlaşması qaçılmazdı.

Unudulmamalıdır ki, dostluq sadəcə problem deyil, eyni zamanda uşağın psixi -sosoial inkişafının çox vacib bir hissəsidir. Mudaxilə edən deyil, müşahidə edən rolunuzu ön plana çəkin. Uşaqlarınızla hər mövzuda olan münasibətlərin müsbət cəhətdən dəyişdiyini görəcəksiniz.

Hər şey sizin nəzarətiniz altında, ancaq onun əlində olmalıdır!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.