Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Uşaq oyuncağı Barbinin tarixcəsi

 tərəfindən  6 October, 2009 tarixində və Körpələrə Özəl, Maraqlı və Faydalı, Sizdən Gələnlər bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

barbie

Uşaqların ən sevimli kuklası olan Barbie (Barbi) Barbi bütün dünya körpələrini əsrarəngizliyi ilə heyrətə salmışdır.

Barbie Holivud səhnəsinin məşhur simalarından biri olduğu kimi evlərimizində uşaqlar tərəfindən müxtəlif adlar ilə çağrılan kuklası simasına çevrilmişdir. O, öz bədən quruluşunun, simasının insana bənzərliyi ilə hər kəsin heyrətinə və maraq dairəsində olmuşdur zamanla. Bu sima yetərincə tanınmış və geniş yayılaraq  dəyişikliyi ilə insanların illər uzunu səbirsizliklə bir daha yenilik gözlədikləri kukla simvoluna çevrilmişdir. Bütün yer kürəsi bu kuklanın ezackarlığını görərək ailələrinə, balaca balalarına bunu hədiyyə etmişdilər. Əvvələr yalnız Barbi kuklaları mövcud idisə sonralar inkişaf edən texnologiya nəticəsində Barbi sıralarını genişləndirmiş, bir ailə yaradaraq öz evini belə qurmuşdur, biz bunlara uşaq oyuncaqlarının baş ucunda duran Barbi evində daha mükəmməl görə bilərik.

Barbinin adı çəkilərkən Ruth Handleri yada salmamaq mümkün deyil, çünki dünyaya Barbini tanıdan məhz elə o olmuşdur.Barbi Amerikanın Mattel oyuncağ şirkəti tərəfindən Ruthun sifarişi ilə hazırlanmışdır.

Amerikalı  iş xanımı Ruth Handler qızı Barbaranın kağız kuklalarla oynadığı görüncə övladı üçün yetkin bədənə sahib olacaq kuklanın necə yaradılması haqqında düşünür və bu  fikri Mattel oyuncağı şirkətinin həmtəsisçisi olan həyat yoldaşı Elliot ilə paylaşır.

Ailənin Avropaya səyyahəti zamanı Ruth Bild Lilli adlandırılan Alman kuklası ilə qarşılaşır. Bu onun diqqətini çəkir və oyuncaqdan övladına və əlavə alaraq Mattel kompaniyasına təqdim etmək üçün alır. Oyuncaq dizayneri olan Jack Ryan ilə  məsləhətləşərək kuklanı yenidən işləyirlər və Ruth onu qızı Barbaranın şərəfinə “Barbie” (Barbi) adlandırır. Oyuncaq öz debutunu  1959-cu ilin mart ayının 9-da qoyur. Bu tarix Barbinin ad günü hesab olnur. Mettel şirkəti 1964-cü ildə Bild Lilli oyuncağının hüquqlarını qazanır və Lillinin istehsalı dayanır. Ilk Barbi qara və ağ zebra  zolaqlı şəkildə,  sarisaç, qara saçlı olur. Və Barbinin libası Mattel dizayneri Charlotte Johnson  tərəfindən  hazırlanır. İlkin Barbi kuklası Yaponiyada istehsal olunur.

Bu tarixdən sonra Barbi bütün dünya bazarlarına yol açır, insanların ailələrinə daxil olur, uşaqların isə məhəbbətinə. Geniş tirajda satılan kuklalar daha sonra simalarında, geyimlərində dəyişikliklə qarşılaşırlar.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.