Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Uşağın çöpü qalmışdı, çöpçü çıxartdı

 tərəfindən  22 June, 2009 tarixində və Körpələrə Özəl, Qadınlara Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

körpə

Professor Azər Xudiyev yad cismlərin çıxarılmasında ara həkimlərinin müdaxiləsini yolverilməz hesab edir!

“On gün idi ki, qızımın qızdırması düşmürdü. Həkim məsləhəti ilə qızdırma salan dərman verdim, hətta beş gün antibiotik vurduq, amma qızdırması düşmədi ki, düşmədi. Axırda qaynanam apardı çöpçüyə, o, uşağın boğazından alma qabığını çıxardan kimi qızdırması düşdü. Heç elə bil xəstə deyilmiş…”

Valideynlər arasında tez-tez belə söhbətlər eşidilir. Doğrudanmı uşağın boğazında çöp qalır? İnsan orqanizmində elə bir yer varmı ki, müəyyən cismlər orada yığıla bilsin?

Ümumiyyətlə, el arasında deyildiyi kimi, «çöpü qalmaq» nə deməkdir? Bunu aradan qaldırmağı bacaran ara həkimləri varmı? Bəs, peşəkar həkimlərin bununla bağlı mövqeyi nədən ibarətdir?
Məsələyə aydınlıq gətirmək üçün hər iki tərəfə – həm el arasında «çöpçü» kimi tanınan ara həkiminə, həm də ixtisaslı və peşəkar həkimə üz tutduq.

«Xəstənin boğazından xırda pul, üzük qaşı da çıxarmışam»
Sevinc Yusifova Füzuli rayonunun Şükürbəyli kəndindəndir. Hazırda məcburi köçkün kimi Texniki Universitetin yataqxanasında yaşayır. Biz onun qonağı olarkən, cavan bir gəlin iki yaşlı körpəsinin çöpünü çıxartdırmağa gəlmişdi. Sevinc xanım bizim şahidliyimizlə uşağın boğazından alça çəyirdəyi çıxardı. Çoxlarının «çöpçü» kimi müraciət etdiyi bu xanım söhbətə belə başladı:

– Qidalanma zamanı, bəzi hallarda isə ehtiyatsız hərəkət nəticəsində ağız boşluğunda müxtəlif cism və əşyalar ilişib qalır. Bu, hansısa meyvənin qabığı, dənəsi, çəyirdəyi də ola bilər, ət parçası, sümük, tük və kiçik dəmir qırığı da. Bəlkə də bu, çoxlarına qəribə və inanılmaz gələ bilər, amma mən əlimi boğaza xaricdən toxunduran kimi həmin boşluqda nəsə qalıb-qalmadığını hiss edirəm. Nə az, nə çox, 15 ildən artıqdır ki, bu işlə məşğulam. Hər halda bu illər ərzində məni tanıyan və mənə dönə-dönə müraciət edənlər bunun canlı şahididirlər.

– Siz bunu kimdənsə öyrənmisiniz, yoxsa…?
– Arada xəstələnmişdim, çox həkimlərə müraciət etdim, bir neçə xəstəxanada yatdım, lakin aldığım müalicələrin şəfası olmadı…
Bir dəfə qonşu uşağı atasının təmir etdiyi traktorun boltunu udmuşdu. Ata-anasının, ətrafdakı qonum-qonşuların səs-küyünü eşidib bayıra çıxdım. Heç bilmədim necə oldu ki, əlimi salıb uşağın boğazından boltu çıxartdım. Ondan sonra oğlum Vüsalın boğazında balıq sümüyü qalmışdı, həmin üsulla onu da götürdüm. Bu hadisələrdən sonra xəstəliyim, ağrı-acılarım da sovuşub getdi…

– Hansı əlamətə əsasən xəstənin çöpü qaldığını müəyyənləşdirmək olar?
– Valideynlər xəstəni gətirəndə özləri deyir ki, uşağın qızdırması var, öskürür, qusur, burnunu qaşıyır, əlini ağzına salır və s. Mən əlimi uşağın boğazına toxunduran kimi onda çöpün olub-olmadığını müəyyən edirəm. Hətta elə olub ki, sınaq üçün yanıma sağlam uşaq gətirib yoxladıblar, baxan kimi uşağın boğazında kənar cism olmadığını söyləmişəm. Hətta üfürmüşəm də, heç nə çıxmayıb…

– Demək olarmı ki, «çöp xəstəliyi» əsasən hansı yaş dövründə çoxluq təşkil edir?
– Təbii ki, əsasən uşaq yaşlarında. Ancaq buna yaş məhdudiyyəti qoymaq olmaz. Məsələn, mən öz təcrübəmdə südəmər uşağa həlim verərkən boğazında ilişib qalmış düyü dənəsini də, 70 yaşlı qadının boğazından sümük qırığını da çıxarmışam. Bir neçə gün bundan əvvəl yanıma 22 yaşlı bir qız da gəlmişdi…

– «Çöp çıxarmağın» mexanizmi, sadə desək, qaydası bir qədər qaranlıq qalır…
– Onu hiss etmək, duymaq lazımdır. Mən bunu yəqinləşdirəndən sonra əlimlə xəstənin boğazını ovxalayır, sonra isə ağız boşluğundun üfürürəm. Çox vaxt valideyn əlini xəstənin ağzına tutanda uşağın boğazından xaric olan «çöp» onun öz ovcunun içinə düşür. Bu illər ərzində mən həmin nahiyədən dənə, qabıq, tumla yanaşı, xırda pul, üzük qaşı da çıxarmışam. Bir gəlin öz sırğasını çıxaran kimi azyaşlı uşaq onu götürüb udmuşdu, onu da xilas etmişəm. Elə olub ki, gecikdiriblər, xəstənin boğazında qalan meyvə dənəsi az qalıb ki, «cücərsin». Elə də olub ki, xəstənin «çöpü qalmadığını» görüb, həkimə müraciət etməyi məsləhət görmüşəm. Amma həkimlərin də mənim yanıma göndərdiyi xəstələr olub…

– Doğrudanmı belə hallar olur?
– Olur. Hətta burun-boğaz həkiminin özü dəfələrlə xəstəni mənim yanıma göndərib. Çox-çox tanınmış adamların uşaqlarına şəfa vermişəm. Bəstəkar Nailə Mirməmmədli, müğənni Aynur Dadaşova dəfələrlə öz uşaqlarını mənim yanıma gətiriblər. Skripkaçı Natiq Nuriyev, müğənni Rəşad İlyasov da öz yaxın qohumlarının uşaqlarını mənə göstəriblər. Deputatlardan, alim və ziyalılardan da müraciət edənlər var.

– Gün ərzində nə qədər xəstəniz olur?
– Əlbəttə ki, konkret demək çətindir. Amma nadir halda elə gün olur ki, mənə müraciət edən olmasın…

«Qaranlıq gecədə iynə axtarışı»
Professor Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının baş həkimi, tibb elmləri doktoru, professor Azər Xudiyev burun və boğazda qalan yad cismlər barədə sualımızı belə cavablandırdı:

– Yad cismlər burunda, qulaqda, ağız boşluğunda, udlaqda, qırtlaqda, qida borusunda və tənəffüs yollarında ola bilər. Burun boşluğunda belə hallar uşaq yaşları üçün daha xarakterikdir. Həmin yaşlarda uşaqlar bəzən çeynədiyi saqqızı, yediyi meyvənin dənəsini burun deyişiyinə salır. Valideyn şikayətlənir ki, uşağın burnundan selik axır, pis qoxu gəlir və s. Burun boşluğunun anatomiyası elədir ki, belə hallarda həkim müdaxiləsi tələb olunur, xüsusən genişləndirici ilə həmin boşluğa daxil olub yad cismi çıxarırlar.

Yad cismlərə xarici qulaq keçəcəyində də rast gəlmək mümkündür. Hətta bəzən qulağa canlı yad cismlər – böcək, cücü, tarakan və s. də daxil olur. Belə halda qulağa müəyyən yağ damcısı, spirt məhlulu tökülür ki, yad cism hərəkətsiz vəziyyətə gətirilsin. Sonra xüsusi alətin köməyi ilə həmin yad cism oradan çıxarılır. Bu üsuldan istər qədim, istərsə də müasir təbabətdə istifadə olunur.

Son vaxtlar burun, qulaq və boğazda uşaq oyuncaqlarında, saat və digər cihazlarda olan miniatür batareyalar kimi təhlükəli yad cismlər müşahidə etməyə başlamışıq. Məlum olduğu kimi, həmin batareyaların tərkibində qələvi maddələr olur və nəm mühitə düşdükdə qələvi axmağa başlayır. Bu da çox təhlükəlidir.

Qida qəbulu zamanı sivri yad cismlər, məsələn, balıq sümüyü damağa, badamcığa və ya udlağa ilişərək, orqanizmdə narahatlıq yaradır. Belə hallarda təbabətdə farinqoskopiya deyilən üsulla ağız boşluğu işıqlandırılır və yad cism həkim müdaxiləsi nəticəsində götürülür.

Digər bir halda isə, yad cism qida borusu ilə tənəffüs yolunun arasında olan haçalanma nöqtəsinə – armudvari oyma adlanan nahiyəyə düşə bilir. Yaşlı adamlar bunu tez hiss edirlər, uşaqlarda isə refleks zəif olduğuna görə yad cism həmin nahiyədə xeyli müddət qalır. Bunları deməkdə məqsədim yad cismlərin orqanizmə daxil olma yollarını və müxtəlifliyini çatdırmaqdır. Onun orqanizmdən hansısa ara həkiminin, el arasında deyildiyi kimi, çöpçünün müdaxiləsi ilə çıxarılması mümkünsüzdür. Belə hallarda mütləq peşəkar həkim müdaxiləsi lazımdır.

– Çöpçülərə müraciət edənlər bu cür müdaxilədən sonra xəstənin rahatlıq tapdığını, qızdırmasının düşdüyünü söyləyirlər…
– Əvvəla, yad cism bədəndə heç də həmişə qızdırmaya səbəb olmur. Doğrudur, camaat arasında tez-tez bu sözü eşidirik. Deyirlər ki, uşağın qızdırması var idi, apardıq çöpçüyə, çöpünü çıxardıqdan sonra temperaturu düşdü. Bu qətiyyən ağlabatan deyil. Çünki yad cismin ağız və ya burun boşluğunda qalması qızdırmaya səbəb ola bilməz. Xoşagəlməz hisslər törədə bilər, narahatlıq yarada bilər, amma temperaturun yüksəlməsi üçün gərək yad cism orada qalıb irinləyə. Yad cismi oradan çıxarmaqla həmin anda temperatur düşə bilməz. Bəzən görürsən ki, ana uşağı qucağına alıb çopçüyə aparır, bu zaman uşaq yolda tərləyir, çöpçüdən qayıdıb gələndə isə hərarəti enir. Bu heç də yad cismin çıxarıldığına görə baş vermir. Hətta elə ara həkimləri olur ki, öz ağzında saxladığı yad cismi əlinə tüpürərək, guya uşağın boğazından çıxartdığını iddia edir.

Etiraf edək ki, çöpçü qırtlaq-udlaq nahiyəsində qalan hər hansı yad cismi masaj etmək, ani olaraq boğulma yaratmaqla reflektiv olaraq götürə bilər. Amma elə nahiyələr var ki, məsələn, bronxlara, qida borusuna düşən yad cismləri təbabətdən bixəbər ara həkimi götürə bilməz.

– Statistikaya üz tutsaq, sizə nə qədər belə müraciətlər daxil olur?
– Təkcə bizim xəstəxanaya ay ərzində burun boşluğunda yad cismlərlə əlaqədar 25-30, xarici qulaq keçəcəyi ilə əlaqədar 15-20, qida borusu ilə əlaqədar 4-5, tənəffüs yolları ilə əlaqədar ən azı 2-3 müraciət olur.

-Ara həkimlərinin bu sahədəki fəaliyyətini tibbi baxımdan necə qiymətləndirirsiniz?
– Bu cür xəstəlik zamanı çöpçü adı ilə fəaliyyət göstərən ara həkimlərinin müdaxiləsi yolverilməzdir. Əgər hansısa formada bu işi bacaran varsa da, bu o demək deyil ki, o bədəndə olan bütün yad cismləri götürə bilər. Müasir dövrdə endoskoplar vasitəsilə yad cismin düşdüyü yeri işıqlandırıb ekranda baxmaq mümkündürsə, tibb təhsili olmayan adamların bu işə əl aparması nə dərəcədə düzgündür? Obrazlı desək, çöpçünün işi qaranlıq gecədə iynə axtarmaq kimi bir işdir. Çünki bu cür adamların insan orqanizminə müdaxiləsi fəsadlara gətirib çıxarır. Məsələn, adi bir misal gətirim: çöpçü burundakı yad cismi üfürüb onu tənəffüs yoluna sala bilər, ani olaraq boğulma yaradar. Yaxud çöpçü əlini xəstənin boğazına salıb qırtlağı zədələyə bilər. Bəzən qızdırma zamanı çöpçülər valideyni arxayın salır ki, yad cismi götürdüm. Halbuki qızdırmaya səbəb bağırsaq infeksiyası, başqa xəstəlik də ola bilər. Ona görə də ara həkiminə müraciət edərək xəstənin başına təzə iş açmaqdansa, birbaşa ixtisaslı həkimə müraciət etmək lazımdır.

Tibb qəzeti / Səhiyyə Nazirliyi

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

6 şərh on "Uşağın çöpü qalmışdı, çöpçü çıxartdı"

  1. Agasəf on Mon, 2nd Jul 2012 2:23 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Mene ele gelirki Professor Azer Xudiyev sadece olarag çöpçülere paxillig edir olar bacarir özüde çox asanligla ama Azer Xudiyev bacarmir.Men çöpçü taniyira günü en azi 100 ushagin çöpünu çixarir biri 10 manatdan.Azer mellimin çöpçüye ne vaxtsa işi düşsə onda razilaşar

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Gunay on Fri, 2nd Nov 2012 8:48 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Azer muellim Azerbaycanin en yaxshi LOR hekimlerinden biridi,o chopchunun neyine paxilliq edecek? Chopchu bacarir Professor bacarmir? Biraz mentiqli danishin xahish edirem

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  3. eldar on Tue, 30th Apr 2013 9:30 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Mənim fikrincə Azər müəllim çox yanlış fikirdədir.Hansısa işi baçarana bacarıqsız demek özü bacarıqsızlıqdır.Elə fikrirləşməyin ki,mən savadsızam.mənim artıqlamasıyla savadım da çatır ağlımda.Həkimlik sənətini nə olduğunu dərk edirəm.Bu gün minlərlə sağlam insanı xəstə edən həkimlərimiz var.Bu bir həqiqətdir ki,bu gün yalandan hippokrat andı içib,səhəri xəstəyə müştəri gözüynən baxan,sağlam insanları xəstə edən həkimlərin sayı bəyəm azdır?.Çöp məsələsinə gəlincə demək istəyirəm ki,həqiqətən belə şey var.Başıma gələn təçrübəyə əsaslanaraq bu sözləri deyirəm.Xalqı çöpçülərdən uzaqlaşdırmaq lazım deyil.məncə həqiqi çöpçülərə yaxşı şərait yaratmaq lazımdır ki,təmiz şəraitdə fəaliyyətləri ilə məşğul olsunlar.Daima yoxlamadan keçsinlər ki,uşaqlara infeksiya ötürməsinlər.İndi özünüz düşünün kim daha qəddardır.Hippokrat andı içərək insana əşya kimi rəftar edən həkim (savadsız həkimlərə aiddir),yoxsa neçə neçə ailələrə köməklik edən çöpçü.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  4. Doktor on Fri, 6th Sep 2013 10:48 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Ilk olaraq onu deyimki Azer Xudiyev Azerbaycanin en yaxsi LOR hekimlerinendi.5 adamnan 3u razidi.COpcuye Proffesor adam neyine paxilliq etsin agziniza geleni danismiyin mentiqsiz mentiqsiz.Dunyadan xeberi olmuyan bisavad yigini durub sherh edir,O boyda Proffessor Copucuye paxilliq eliyecek AGASEF Nece yasin var maraqlidi.Savadsiz hekimlerimiz var beli bunu danmaga gerek yoxdu.Ama immeni bilib bilmeden bos bos danismagi hec kime haqq verilmiyib,Here savadi olan olmuyan danisir..Copcuye isi dusmez hekimin narahat olma get oz isinen mesgul ol!

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  5. Doktor on Fri, 6th Sep 2013 10:52 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Eldar lazim olar isiniz duser gorersiz nece hekimdi.Neyse burda 2-3 nefer bos sozune gore eseblesmeye deymez.Siz gedin copcuye en yaxsisi bizim millete o lazimdi

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.