Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Uşağı ayaqyoluna necə alışdırmalı

 tərəfindən  5 June, 2009 tarixində və Ailəyə Özəl, Körpələrə Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

bebekwc

Ata anaların ən çox üzərində durduğu mövzulardan biri  uşaqları ayaqyoluna ( tualetə ) alışdırmaqdır. Uşaqlara tualetə getməyi valideyn uyğun bir dillə öyrədilmədikdə gələcəkdə uşağın psixologiyasında mənfi xüsusiyyətlər yarana bilər.

Ayaqyoluna getməyi öyrətməkdə getmək məqsəd uşağın tualetə getmə davranışlarını idarə etməsidir. 12-15 aylar ayaq yoluna getməyi öyrətmək üçün münaibdir. 1-1,5 yaş arası başlanan öyrətmə ana – uşaq arasında bir savaşa çevrilməməli.

Öncəliklə uşağınızın hansı saatlarda tualetə getdiyini və nə qədər vaxtda tualetdə qaldığını müəyyələşdirin.

Sona onunla birlikdə tualetə getməli onu oturdaraq yanında gözləməlisiniz.

Daha sonra tualetdən istifadə etdiyində 10 dəqiqədən artıq tualetdə gözləməyin.

Bu 3 pillə uşağın tualet ehtiyacını hiss etdiyində hara getməsi və nə etməsi barədə yol göstəricidir. Daha sonra uşağı öz-özünə tualetə getməsi barədə dəstəkləməlisiniz. Aşağıdakı pillələrdə niyyətinizə çatmamış digərinə keçməyin.

Tualetə apararaq oturdun ancaq yanında gözləməyin. Əllərini özü yumalıdır.

Tualetin qarşısına gətirin içəri özü girməlidir. Tualetdən istifadə edərsə onu gözəl bir sözlə və ya davranış ilə qürurlandırın.

Bu pillədə uşağınız tualetə öz başına getməlidir. Özü girdikdən sonra qapını örtün. Bu vaxt ərzində uşağınızı göstərdiyi bacarıqdan ötrü tərifləyiniz. Özbaşına bir şey bacarmaq duyğusu onun da xoşuna gedəcəkdir. Ancaq uşağınız qorxar və tək başına tualetə getmək istəməzsə israr etməyin. Buraya qədər bacardığını bundan sonra da bacaracağını söyləyərək ürəkləndirin.

Bir pilləni bacarmadan digərinə keçməyin. Bacarıqsız olduğunuz bir pillədə lazımdırsa bir alt pilləyə qayıdaraq yenidən başlayınız.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.