Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Toydan əvvəl diyetin əhəmiyyəti

 tərəfindən  11 June, 2009 tarixində və NİŞAN, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

diyet Bu çox vacibdir, çünki toy insan həyatında ən vacib hadisələrdən biridir. Hər bir insanın arzusudur ki, o gündə gözəl görünsün. Bunun üçün ilk növbədə əgər artıq kilolarınız varsa onlardan azad olmalısınız. Buna görə də siz idmanla məşğul olmalı, səhər qaçmalı ya gəzməli və yanaşı düzgün şəkildə planlanmış diyet saxlamalısız. 

Həmçinin nəzərə alın ki, toy paltarını kilolarınızı atdıqdan sonra almalısınız. Əks təqdirdə bu sizə ölçülərdə problem yarada bilər. Amma əgər toy paltarını tikdirirsinizsə itirdiyiniz hər çəkini dərzinizə bildirməlisiz.

Əgər diyetoloqsuz  arıqlamaq fikriniz varsa, özünüz üçün həftəlik diyet proqramı hazırlayın. Müxtəlif diyetlər var, amma hər bir diyet zamanı bunları nəzərə almalısız ki, karbohidrat, zülal, yağ tərkibli qidaları birlikdə qəbul etməməlisiz. Məsələn, sadə bir misal, kartofu, makaronu çörəklə birlikdə qəbul etmək ən böyük səhvlərdən biridir. Çünki hər ikisi karbohidratdır. Həm qidanın tərkibinə, həm də miqdarına diqqət yetirin. Süfrədən doymadan durun, çünki beyinə doyma siqnalı 20-30 dəqiqə ərzində çatır. Qurduğunuz düzgün diyet sizə 15-20 gün ərzində normal çəkiyə qayıtmağınıza kömək edəcək.

masaj

Yuxarıdakılardan əlavə olaraq, massaj və yoqanın da toydan qabaq çox böyük əhəmiyyəti olduğunu nəzərinizə çatdırmaq istəyirik.

Unutmayın ki, diyet zamanı bəzi insanlar stressə düşə bilərlər və buna görə də arıqlamaq əvəzinə  əksinə kökələ bilərlər, əsas daxili sakitlikdir, əgər əsəbləriniz sakit deyilsə, bütün diyetlərə, digər qulluq qaydalarına baxmayaraq siz ən vacib gününüzdə gözəl görünə bilməyəcəksiniz.

Ümumiyyətlə isə kilonuzun artıq olub-olmadığın dəqiq bilmək üçün bədən indeksinizi bilməlisiniz. Bunun üçün saytımızda “Piylənmə” adlı məqaləmizi oxuyaraq öz indeksinizi hesablaya bilərsiniz.

Əgər diyet saxlaya bilməyəcəyinizi düşünürsünüzsə, onda heç olmasa bunları nəzərə almalısız. Məsələn, un və un məmulatları, müxtəlif biskvit, şirniyyat, çipsi, konfet, ət məhsulları (sosiska və kolbasa) və qızardılmış yeməkləri rasionunuzdan çıxardın. Üstünlüyü isə aşağıdakı şəkildə  hazırlanmış qidalara verməlisiniz: Soyutma şəklində (ət, kartof və s.), maye yağla bişirilmiş yeməklərə üstünlük verməlisiz. Duzu azaltmağı isə unutmayın.

Meyvə, tərəvəzdən  bol istifadə olunmalıdır, xüsusilə də sitrus. Qeyd etmək lazımdır ki, adi qreypfrut artıq kiloları atmağa çox kömək edir (gündə bir ədəd bu meyvədən yeməklə, ya onun şirəsini içməklə).

Qara çay əvəzinə yaşıl çay (adi, ya jasminli, nanəli) için. Bu çay həm arıqlamağa kömək edir, həm də bədəndəki zərərli maddələrin sürətlə çıxarılmasına səbəb olur. Suyu çox için, hamımız bilirik ki, su sağlamlıqdır, o cümlədən onun vasitəsilə dəriniz daha yaxşı və elastik görünəcək, unutmayın ki, su bədənimizin 70% təşkil edir. Yeməksiz qalmaq olar amma susuz yox…

Hamınıza əlamətdar günlərdə ən gözəl görünməyi arzulayırıq.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.