Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

MƏDƏ niyyətdən xilas olmalıyıq!

 tərəfindən  7 June, 2010 tarixində və Maraqlı və Faydalı, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Toylar milli mədəniyyətin gündəlik həyatda əks olunması baxımından vacib hadisələrdən biridir. Ailə quran insanların, eləcə də onların ailə üzvlərinin və yaxınlarının bir yerə toplaşaraq öz sevinclərini bölüşdüyü, əyləndiyi bu şən məclislər əsas təyinatını kölgədə qoymamalıdır.

Evlenirik.Biz “Bəy-Gəlin” Kataloqunda yayımlanan məqaləni sizinlə bölüşür. Bu gün toylarda şahidi olduğumuz və getdikcə adiləşən bir sıra hallar ağlı kəsən hər kəsi narahat edir. Çoxları musiqi zövqümüzün korlanmasından, yemək kimi məsələlərdən şikayət edir, bir şam yandırmaqdansa qaranlığa söyür. Unutmayaq ki, sivil cəmiyyətlərdə hər bir problem tədricən həll oluna bilər. Bunu isə təbii ki, həmin cəmiyyətin üzvü olan sivil insanlar etməlidir.

Əvvəlcə “toy” deyəndə nə istədiyimizə qərar verməliyik. Yəqin ki, bir çoxlarının ortaq istəyi toyun şən keçməsidir. Bu baxımdan məkan seçimi ən vacib şərtlərdən biridir. Bakıda toylar əsasən şadlıq saraylarında keçirildiyi üçün bu mövzuya toxunmağı düşündük. Hazırkı vəziyyət hamıya bəllidir: Bir neçə yüz nəfər eyni zala toplaşır, burada həm yeyib-içir, həm də oynamağa çalışır. Kişilərin çoxu fürsət tapan kimi foyedə istirahətə çəkilsə də, xanımlar davamlı əziyyətə məhkum olur.

Fikrimizcə problemin həlli keçmişi yada salmaqdan keçir. Belə ki, əvvəllər yemək yeri ilə toyxana ayrı olardı. Qonaqlar bir tərəfdə yemək yeyər, ürək sözlərini deyər, toyxanada isə rəqs edər, musiqi dinləyərdilər. Təbii ki, mağar toylarına geri qayıtmağı təklif etmirik. Sadəcə olaraq, bir çox restoranda olan foyelərin daha da genişləndirilməsi, həm xanımların, həm də kişilərin istəyəndə çıxıb burada dincəlməsi üçün uyğun şərait yaradılmasını təklif edirik. Bu xırda dəyişiklik problemi böyük ölçüdə azaldar. Heç olmasa masalardakı yükün bir qismi furşetə əlavə olaraq foyedə yer ala bilər.

Yaxşılığa doğru nailiyyət əldə etmək işində insanların münasibəti də başlıca rol oynayır. Gərək hər kəs nəyin pis, nəyin yaxşı olduğunu görüb seçimini yaxşıdan yana etsin.

Təəssüf ki, bəzi insanlar hazırkı şəraiti normal qəbul edir. Hətta “dünyanın heç bir ölkəsində bizdəki kimi möhtəşəm toy olmur” fikrini də irəli sürürlər. Bəlkə də belədir. Amma mövcud vəziyyət inkişafın, yüksək mədəniyyətin, ictimai zənginliyin göstəricisi kimi qətiyyən qəbul olunmamalıdır. Mövcud vəziyyəti daha mədəni və sivil formaya salmağa, neqativ cəhətlərdən və yüksək mədəniyyətə malik olan cəmiyyətlərdə qəbul olunmayan qüsurlardan qurtulmağa çalışmalıyıq. Çünki Azərbaycan artıq müəyyən mədəni səviyyəyə nail olmuş sivil bir Avropa ölkəsidir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

1 şərh on "MƏDƏ niyyətdən xilas olmalıyıq!"

  1. Gunel on Fri, 11th Jun 2010 10:42 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Salam,

    Toy, toy, toy her subay bu gunu nece de sebirsizlikle gozleyir…)))

    Raziyam, toylarda israfa yer veririk, men sevmirem indiki toylari, her kes girir toy zalina, bezileri mede shikayet edene qeder yeyir, bezileri ayaqqabilarin dabani dusene qeder reqs edir, her seyde qederi bilmek lazimdi, hem musiqi dehset yorucu, fasilesiz ses-kuy….israf edilmish yemeklere baxanda..Aftikada acindan olen insanlari…Hindistanda acliqdan olen 2000 nefer terefinden yolda tutub yeyilen 6 tonluq fili xatirlayiram istemeden…mence xeyir isde xatirlanasi menzere deyil hec biri…amma neyleyek…olan bunu…fakti danmaq olmaz…

    Hamiya xosbextlik arzu edirem…sonda qeyd edimki, xosbextlik ne debli ag gelinlikde, ne qirmizi bel baginda, ne temteraqli devetnamelerde, ne boyuk limuzinde, ne de genish toy zalinda DEYIL…)))) bes nededir? siz de, mende bunu yaxsi bilirik…

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.