Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Toya dəvət olunmayan Doğuş sənətçimizdən küsüb

evlenirikbiz  tərəfindən  15 July, 2010 tarixində və ÜMUMİ, Şou-Biznes bölməsində yayımlanmışdır.

Müğənni Yeganə: “Düşündüm ki, deyəcəklər Yeganə toyuna milyonlarla pul xərcləyib”.

Qız toyunu 29 apreldə Bakıda çaldıran müğənni Yeganə oğlan toyunu xeyli gözləməli olub. Hal-hazırda həyat yoldaşı Fatehlə Bakıda olan müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, cütlük nikah masasına 13 iyunda otura bilib: “Ayrı-ayrı ölkə vətəndaşlarının rəsmi nikaha girməsi olduqca çətin prosesdir. Sənədləşmə ən azından bir neçə ay çəkir. Məsələn, mənim subaylıq haqqında vəkalətnamə Türkiyəyə iki-üç aya gedib çıxdı. Ən tezi keçən ayın 13-də rəsmi nikaha girə bildik. Toyumuzdan bir gün əvvəl isə xına gecəm oldu. Qaynanam mənim üçün möhtəşəm xınagecəsi düzənləmişdi. Xınagecəsi üçün xüsusi libas da almışdı, elə gözəl idi ki… Hər şey çox gözəl idi. Qolumun kəsilməsinə baxmayaraq bir əlimlə oynamışam da”.

Müğənni xınagecəsi günü keçirdiyi qəzanın nəzərlə bağlı olduğuna inandığını da deyib: “Bakıdakı toyumdan çox danışıldı, çox yazıldı. Gəlin maşını, gəlinliyim müzakirə mövzusu oldu. Müğənni həmkarlarımın iştirakı toyumu daha da təmtəraqlı etdi. Çoxları elə düşündü ki, bütün bunlara külli miqdarda pul xərcləmişəm. Əslində gəlin maşını Fatehin hədiyyəsi idi, müğənni həmkarlarım isə nəinki pulsuz gəlmişdilər, həm də toya pul salmışdılar”.

Müğənni bildirib ki, bu üzdən Türkiyədəki toyunun mətbuata çıxmasını istəməyib. “Heç bir tanınmış türk sənətçisini toyuma dəvət etmədim, hətta dost münasibətində olduğum Doğuşu da. Buna görə Doğuş küsüb məndən. Axı biz ən azından həftədə bir dəfə birlikdə oturub çay içirdik. Düşündüm ki, deyəcəklər ki, Yeganənin toyuna milyonlarla pul xərclənib. Nəzərdən çox qorxuram, başıma gələnlərdən sonra belə şeylərə inanmaq məcburiyyətindəyəm”, – deyə o vurğulayıb.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

  • Share/Bookmark

  • SERİAL HALINDA KİTAB

    The Monkey's Paw kitabını oxuyun Meymun Pəncəsi
    W.W. Jacobs-un Dünyaca Məşhur Əsəri!
    Tərcümə edən: Gunel

    forumda müzakirə edin
    Tag: The Monkey's Paw
    Kitabı Yükləyin (PDF 145 Kb)
  • ÇOX OXUNANLAR




  • Şərhlər

    Fikirlərinizi burada bölüşün...
    Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





    www.evlenirik.biz
    ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
    © 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
    Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.