Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Toy qabağı qripdən qorunma yolları

 tərəfindən  15 November, 2011 tarixində və Dost Məsləhəti, MƏSLƏHƏTXANA, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Qış bu il gözləniləndən daha tez gəlmiş oldu. Bu da bərabərində bir çox problemləri özü ilə gətirdi. Payız və qış aylarında gəlinlərimizə özlərini soyuqdəymədən qorumaq üçün bəzi məsləhətlər verəcəyik.  Əlbəttə ki, heç kim toy günündə xəstə olmaq istəməz. Əslində immun sistemi zəif olan, tez-tez soyuqlayan adamlar bəzi ölkələrdə çox sevilən yolu seçib qrip və soyuqdəymə əleyhinə peyvəndlərdən istifadə edə bilərlər. Ancaq nəzərə alsaq ki, bu ən az 1 ay əvvəldən olmalıdır (peyvənddən 10-15 gün sonra immun sistemi inkişaf etməyə başlayır) və siz bunu etməmisinizsə o zaman Evlenirik.Biz məsləhətləri ilə tanış olmaq üçün məqaləmizin ardını oxumağa davam edin.

Ən başlıcası geyiminizə fikir verin. Havanın dəyişkən olduğunu nəzərə alıb geyiminizi elə seçməlisiniz ki, nə tərləyəsiniz, nə də soyuq olmasın. Havanı mülayim görüb yüngül geyinməyə tələsməyin, çünki axşama yaxın hava təmamilə dəyişə bilər.

Ayaqlarınızı soyuqdan ve yaş olmaqdan qoruyun. Əgər ayaqlarınızda soyuqluq hiss etsəniz axşam yatmazdan öncə pəncə altına yod məhlulu ilə xəttlər çəkib pambıq corab geymək lazımdır. Bu 2-3 gün davam etməlidir. Yatmazdan öncə südlə bal içmək və ya bir qaşıq bal yemək də mübarizədə köməyinizə çatar. Ümumiyyətlə təbabətdə baldan çox istifadə edilir. Balı artıq xəstələnmiş insan içdikdə belə səhər özünü gümrah hiss edir.

Yuxunuzu tam alın və vaxtında qidalanın. Hər gün yatıb yuxunuzu almağınız, düzgün qidalanmağınız da vacib ünsürlərdən biridir. Epidemiya zamanı orqanizm təzə meyvə, tərəvəz, təbii şirələr, ağartı məhsulları daha çox qəbul etməlidir. Əks halda orqanizmin mikroblarla mübarizəsinə gücü yetməz.

Yaxın təmaslardan uzaq durun. Xəstəliyə yoluxmanın digər növü başqa xəstə ilə təmasda olmaqdır. Əgər evinizdə yaşayan qohumlarınızdan kimsə xəstələnibsə çalışın ona bütün təhlükəsizlik tədbirlərini yerinə yetirən bir nəfər qulluq etsin. Həmin adam təhlükəsizlik maskasından istifadə etməlidir ki, digərlərini yoluxdurmasın. Xəstəyə isə birdəfəlik dəsmallar (kağız salfetlər) versin və mütəmadi olmaqla istifadə olunmuş dəsmalları atsın.

Yadınızda saxlayın ki, zəif orqanizm bu xəstəliyə hava yolu ilə daha tez yoluxur. İctimai və qapalı yerlərdə çox olursunuzsa, nəqliyyat vasitələrindən çox istifadə edirsinizsə ağzınızda mixək, portağal və ya limon qabığı saxlayın – bu üsulla da bir çox mikroblardan qorunmaq olar. Bu zaman əlinizlə burnunuza, ağzınıza, gözünüzə toxunmayın. Evə gəldikdən sonra mütləq əllərinizi yuyun. C vitamini ilə zəngin olan itburnu dəmləməsi və ya zoğal mürəbbəsiylə isti çay içsəniz soyuqlama canınızdan çıxar. Bunu ana və nənələrimizdən də eşitmiş olarsınız.

Evlenirik.Biz məsləhətlərinə əməl etsəniz xəstələnməzsiniz və toy gününüzü arzuladığınız kimi unudulmaz keçirərsiniz.

Hər zaman sağlam olun! 

 

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.