Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Toy illəri

 tərəfindən  7 March, 2010 tarixində və Ailəyə Özəl, EVLENİRİK.BİZ, TOY bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share


Toy günü yaşıl toy adlanır.  Səbəbkarlara toy hədiyyəsi kimi ağac və ya bitki verə bilərsiniz.  Qoy bu bitki yeni ailə ilə birlikdə böyüsün və möhkəmlənsin. Aysel jurnalından sizlərə təqdim edirik.

Evliliyin növbəti illərində isə verə biləcəyiniz hədiyyələr də dəyişir.

1. Çit toy – bu gündə yeni evlilər bir-birlərinə çitdən olan mallar hədiyyə edirlər. Qohum və yaxın dostlar da bu cür hədiyyələr verə bilərlər.

2. Kağız toy – münasibətlər hələ möhkəm deyil və kağız kimi asan ayrılır. Hədiyyə kimi bloknot, açıqca, kitab, fotoalbom, təqvim və kağız pul vermək olar.

3. Dəri toy – artıq münasibətlər möhkəmlənib. Bu gündə dəri pulqabı, açar üçün brelok, kəmər hədiyyə edilir.

4. Kətan toy – kətan dəsmal, döşəkağı, süfrə və şam hədiyyə edilir.

5. Taxta toy – gənc ailənin ilk ciddi yubileyidir. Bu münasibətlə taxta suvenirlər, bəzək əşyaları, mücrü hədiyyə olunur.

6. Çuqun toy – hədiyyə kimi çuqundan olan qazan, tava verilir.

7. Mis toy – bü gün cütlük bir-birinə mis qəpik verir – xoşbəxt həyatının simvolu kimi. Eyni zamanda, misdən olan hədiyyələr verilə bilər.

8. Ağ dəmir toyu – parıltılı tənəkə münasibətlərin yeniləşməsinin simvoludur. Ən yaxşı hədiyyə mətbəx avadanlığıdır. (vedrə yaxud sini)

9. Saxsı toy – saxsıdan olan qab, büllur güldan hədiyyə olunur.

10. Qızılgül toyu – bu gündə toya gələn yaxın dostlar dəvət olunur, qadın çəhrayı paltar geyinə bilər. Ər arvadına sevgi və sədaqət rəmzi olan qızılgül dəstəsi hədiyyə etməlidir.

11. Polad toy – paslanmayan poladdan olan qab hədiyyə olunur.

12. Nikel (ipək) toy – nikeldən olan qab-qacaq və ipək hədiyyə edilir.

13. Güpür toy – güpür və yundan olan geyim əşyaları hədiyyə olunur.

14. Əqiq (qiymətli daş) toy – qonaqlar əqiqdən olan zinət əşyaları və fil sümüyündən fiqurlar gətirirlər.

15. Şüşə toy – ər arvada şüşə və büllurdan olan əşyalar hədiyyə edir. Bu onlaran təmiz münasibətlərini vurğulamaqdan ötrüdür.

17. Qalay toy – qalaydan düzəldilmiş əşyalar hədiyyə edilir.

18. Firuzə toy – ər arvadına firuzə qaşlı bəzək əşyası hədiyyə edir.

20. Çini toy – arvadın cehizi köhnəldiyinə görə yeni farfor serviz alınır.

21. Opal (qiymətli daş) toy – qonaqlar səbəbkarlara opal daşlı bəzək əşyaları hədiyyə edirlər.

22. Tunc toy – hədiyyə kimi tunc əşyalar verilir.

23. Berill (sarı-yaşıl rəngli qiymətli daş) toy

24. Atlaz toy

25. Gümüş toy – bu gün təntənəli şəkildə qeyd edilir, bütün yaxınların iştirakı ilə. Ər arvad bir-birinə gümüş üzük taxır. Qonaqlar da səbəbkarlara gümüş bəzək əşyaları hədiyyə edirlər.

30. Mirvari toy – ər arvadına 30 təbii mirvaridən ibarət boyunbağı hədiyyə edir – birlikdə yaşadıqları 30 il miqdarında.

35. Mərcan toy – ərin arvadına təbii mərcandan olan bəzək əşyasını hədiyyə etməsi bütün qonaqları heyrətləndirə bilər.

40. Yaqut toy – cütlük ya nişan üzüklərinə yaqut qaş qoydura, ya da yaqut qaşlı üzük hədiyyə verə bilər.

45. Sapfir toy – sapfir sədaqətlilik daşıdır. Bu yubiley cütlüyün bir-birinə sədaqətli olduğunu simvolizə edir.

50. Qızıl toy – ər və arvad bir-birinə qızıl üzük hədiyyə verir. Qızıl toy təntənəli şəkildə qeyd edilə bilər.

55. Zümrüd toy – zümrüddən olan bəzək əşyaları verilir.

60. Brilyant toy – bu gündə qonaqlar səbəbkarlara brilyant zinət əşyaları verirlər.

100. Qırmızı toy

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.