Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Tanınmış futbolçu:“Bagiranı heç vaxt yaxına buraxmaram”-MÜSAHİBƏ

 tərəfindən  24 April, 2009 tarixində və idman, Şou-Biznes bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Huseyn MemmedovEvlenirik.BIZ Azərbaycanın ən titullu qapıçısı, Bakının “Standard” klubunun kapitanı Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsiniixtisarla təqdim edir.

– Bildiyimizə görə, dostlarınız arasında qeyri-futbol adamları, konkret olaraq, müğənnilər də var…

– Doğrudur. Tək bir müğənni yox, çoxdur.

– Onlar kimdir ki?

– Adlarını açıqlamaq istəməzdim. Deyə bilərəm ki, onlarla səmimi dostuq.

– Hər halda, onlardan birinin müğənni Bagira olduğunu bilirik. O, saytımıza müsahibəsində sizi tərifləyib, xoş sözlər deyib…

– Olan şeyləri söyləyib də…. Hər bir futbolçu belə olmalıdır. İnsanın ilk növbədə gözü tox, qabiliyyətli, diqqətli olmalıdır. Futbolçu öz hərəkəti, davranışı ilə seçilməlidir. Jurnalistlərlə də dostluq etmək olar. Şəxsən sizə, həmkarlarınıza böyük hörmətim var. Heç kəs deyə bilməz ki, Hüseyn Məhəmmədov mətbuat işçilərinə qarşı pis hərəkət edib. Hərdən jurnal da oxuyuram. Görürəm ki, dünyanın tanınmış futbolçuları maneken və müğənnilərlə dostluq edirlər. Bu, insana heç bir zərər gətirməz. Əksinə, normal haldır. Fikrimcə, tanınmış futbolçu belə də olmalıdır.

– Hətta bəzi müğənnilər məşhur futbolçularla yaxından tanış olmağı, dostluq etməyi özləri üçün şərəf bilirlər…

– Elə də olmalıdır. Niyə başqa ölkələrdə olur, amma azərbaycanlı futbolçular üçün yox? İstərdim ki, futbolçularımız dünyada tanınmış həmkarları səviyyəsində olsunlar. O dərəcədə sevilsinlər, xeyli fanatları olsun.

– Bagira ilə ailəvi dostluq edirsiniz?

– Yox. Sadəcə, dostuq da. Bu, yalnız belədir.

– Bəs xoşagəlməz söz-söhbətlərin yaranmasından çəkinmirsiniz?

– Əsas odur ki, məsafəni saxlayasan. Qadınla dost olmaq o demək deyil ki, xoşagəlməz şeylər, fikirlər yaransın.

– Belə çıxır ki, Bagira ilə münasibətləriniz yaxın deyil?

– Bundan söhbət gedə bilməz. Münasibətlərimiz ancaq “salam, sağ ol” səviyyəsindədir.

– Maraqlıdır, onunla tanışlığınız necə yaranıb?

– Məclislərin birində tanış olmuşuq.

– Dostluq etdiyiniz müğənnilərin yaradıcılığınızı izləyirsinizmi?

– Pis çıxmasın, buna marağım da olmayıb. Heç bir müğənninin fanatı olmamışam. Düzdür, gözəl müğənnilərimiz və əla ifaları var. Bunun söhbəti yox. Amma musiqi ilə dərindən maraqlanmamışam.

– Bagira ilə tez-tez görüşürsünüz?

– Ayda, ildə bir dəfə. İmkan düşəndə bir yerdə oluruq. Amma yenə də deyirəm ki, özüm heç vaxt onu yaxına buraxmaram.

APA

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.