Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Süd məhsulları mədə xərçəngindən qoruyur

 tərəfindən  18 April, 2010 tarixində və Maraqlı və Faydalı, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Süd məhsullarını sevməyənlər artıq yenidən düşünməlidirlər.

Evlenirik.Biz Yaponiya mətbuatından maraqlı və faydalı məqaləni Sizlərə çatdırır. Yaponiya alimləri bu məhsullardan tez-tez istifadə etməyi məsləhət görürlər. Bir çoxlarının sevmədiyi qatıq onkoloji xəstəliklərin, xüsusilə də mədə xərçənginin proflaktikasında əla vasitədir. Çox maraqlıdır ki, kişilərə qatıq və bu kimi məhsulların müsbət təsiri daha effektivdir. Bu nəticəyə Yapon alimləri çoxmiqyaslı araşdırmalar etdikdən sonra gəliblər.

Naqoy universitetinin və Fukuoka Tibb İnstitutunun mütəxəssisləri 37673 qadın və 25730 kişi üzərində təcrubələr aparıblar. 30% iştirakçı tərəvəzlə, ikinci qrup iştirakçı ət və ət məhsulları ilə, üçüncü qrup isə süd məhsullarından ibarət diyetaya riayət edib. Həkimlər hər qrupu analiz etdikdən sonra tərəvəzlə qidalananlarda  onkoloji xəstəliklərin nə artıb,nə də azaldığını, ət məhsulları yeyən qrupda mədə xərçənginin böyüdüyünü müşahidə ediblər. Maraqlıdır ki, “ət” diyetasının əks təsiri əsasən qadınlara olub. Süd məhsulları (əsasən də turş məhsullar) ilə qidalanan qrupda isə mədə xərçənginə tutulma riski orta hesabla aşağı düşüb. Qeyd etmək lazımdır ki, burda da kişilərin bəxti qadınlara nisbətən daha çox gətirib.

Süd- xeyirdir ya zərədir?
Bu sual çox mübahisələr doğurur. Bir qrup alimlər südün zərərindən, bir qrup alimlər isə faydasından bəhs edir. Məsələn, 5 il əvvəl Boston universitetinin qadın sağlamlığı  üzrə həkimləri 500 min adam üzərində araşdırma etdikdən sonra belə nəticəyə gəlmişdilər ki, sutkada 180-220 ml süd (1 stəkan) bağırsaqda xərçəngin yaranma riskini azaldır.
Bundan əlavə amrika həkimləri sübut etdilər ki, nə qədər çox süd içilsə xərçəngin yaranma ehtimalı bir o qədər azalır. Çünki süddə olan kalsium ionları qalın bağırsağın florasına müsbət təsir edir.
Məlumdur ki, mədənin və on iki barmaq bağırsağın artıq turşuluğu qastritin, mədə xorasınının  yaranmasının əsas səbəbidir və bu xərçəng yarada bilər.

Yaponiya və süd məhsulları
Yaponiyada süd məhsulları içərisində ən məhşuru yoqurt sayılır. 3 il əvvəl isə yaponlar yeni unikal məhsul-sudlü pivə istehsal etməyə başlayıblar. Maraqlıdır ki, bizdə çox sevilən kəsmik Yaponiyada ümumiyyətlə istehsal olunmur.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.