Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Stressdən azad olmanın yolları

 tərəfindən  17 March, 2010 tarixində və Həkim Məsləhəti, MƏSLƏHƏTXANA, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share


Soyuq qış günlərini artıq geridə buraxırıq.

Qaranlıq qışın yerini canlı bahar günləri almağa başlayır. Bahar ruhumuzu da qaranlıqdan çıxarıb canlandırmaq üçün ən ideal zamandır. Qış boyunca alınan çəkilər, yaşanan iş stressi və problemlərdən yaranan depressiya baharın enerjisi ilə sona çatır.

Lent.az. “internethaber.com”  saytına istinadən Reem Nevroloji Mərkəzinin həkimi Mehmet Yavuzun məsləhətlərini sizlərə çatdırırıq. Həkim yaz aylarının stress, depressiya və artıq çəkidən azad olmaq üçün çox yaxşı bir fürsət olduğunu söyləyir və ruhumuzu təmizləməyin yollarını izah edir.

Belinizi dik saxlayaraq, oturun və ya ayaq üstə durun. Yavaş və dərin-dərin nəfəs alın. Havanın bədəninizə dolması ilə qarnınız şişəcək. Nəfəs almanızı hiss etmək üçün əlinizi qarnınıza qoyun. Daxilə mümkün olduğu qədər hava doldurduqdan sonra bir neçə saniyə müddətində nəfəsinizi saxlayın. Sonra bir şam üfləyirmiş kimi nəfəsinizi dodaqlarınızın arasından verin. Bunu dörd-beş dəfə təkrarlayın və sonra da bir neçə dəqiqə sakitcə oturun.

Sevdiyiniz işlərlə məşğul olmaq stressi azaltmanıza köməkçi olacaq. Nələrdən xoşunuz gəldiyinə qərar verin və bunları davamlı olaraq etməyə çalışın.

Daha əvvəl davamlı məşq etməmisinizsə, artıq yavaş-yavaş başlayıb tədricən artıra bilərsiniz. Məşqə avtomobilinizi gedəcəyiniz yerdən xeyli uzaqda saxlamaqla, lift əvəzinə nərdivandan istifadə etməklə başlaya bilərsiniz.

Evdə bağ və ya ev işləri ilə məşğul olun. Qısa bir gəzinti belə stresslə mübarizədə olduqca köməkçi olacaq. Daha aktiv olmaq üçün nələr edə biləcəyinizin siyahısını hazırlayın. Hər həftə və ya iki həftədə bir siyahınıza yeni şeylər əlavə edin.

Qidalanma vərdişinizi dəyişdirin. Səhər naharı edin. Məsələn, əgər iki qab yemək yeyəcəksinizsə, onlardan birinin salat olmasına diqqət yetirin. Bol-bol su üçün. Mümkün olsa hər gün eyni saatda yuxudan durun. Yeməkdən sonra dişlərinizi fırçalayın.

İdmanı həyatınıza daxil etməyə çalışın. Məşqə vaxt tapa bilmədiyiniz, ya da məhdud zaman ayıra bildiyiniz təqdirdə isə gündəlik həyatınıza daha enerjili və aktiv hala gətirə biləcək kiçik detallar qatın.

  1. Açıq hava gəzintilərini və oksigenin çox olduğu yerləri seçin.
  2. Qısa məsafələrdə maşından istifadə etməyin, gəzməyə üstünlük verin.
  3. İş yerinizdə, evdə liftin yerinə nərdivanlardan istifadə edin.
  4. Xüsusilə oturaq işiniz varsa, arada yerinizdən qalxıb gəzin, gün ərzində bədəninizi hərəkətsiz buraxmayın.
  5. Hər gün mütləq duş alın. Suyun müalicəvi təsirini unutmayın.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.