Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Stilist: “Səfurə bu axşam Aysel Teymurzadə olacaq”

 tərəfindən  27 May, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

“Eurovision-2010” Mahnı Müsabiqəsindəki təmsilçimiz Səfurə Əlizadənin geyimi bəyənilsə də bir çox müzakirələrə səbəb oldu. Evlenirik.Biz, stilist Samir Əliyevin ANS PRESS-ə bildirdiyi fikri nəzərinizə çatdırır:  O hesab edir ki, təmsiliçimizin paltarı ifa etdiyi mahnı ilə həmahəng deyil:

“Eurovision” böyük miqyaslı yarışma olduğundan ölkəmizi təmsil edəcək iştirakçını səhnədə daha gözəl və daha yaraşıqlı görmək istəyirik. Səfurənin geyimi çox gözəldir, rənginə isə söz ola bilməz. Mavi rəng bu ilin ən dəbdə olan rənglərindəndir. Səhnə dekorasiyası ilə geyim uyğunluq təşkil edir. Amma mahnı ilə Səfurənin geyimi harmoniya yaratmır. “Drip-drop” lirik mahnıdır, mahnının sözləri nağıla bənzəyir. Səfurə də mahnını elə ifa edib ki, qulaq asan hər kəsi nağıllar aləminə aparır. “Drip-drop”u dinlədikdə Səfurəni gözümün qabağında şahzadə obrazında dayanır. Səfurə indiki geyimi ilə tamaşaçıları nağıllar aləminə apara bilməyəcək. Mən deyərdim ki, bu geyim mahnı ilə tamaşaçı arasında harmoniyanı pozur.”

Stilist irad bildirməkdən də çəkinmədi: “Düzdür,Səfurə çox gözəl qızdır, gözəl ayaqları var. Amma ayaqlarının açıqda qalmasına ehtiyac yox idi. Səfurənin geyimi və saçı, bir sözlə imici ötənilki təmçilçimiz Aysel Teymurzadəni təkrarlayır. Sadəcə olaraq Səfurənin paltarı Ayselinkindən bir qədər uzundur. Səhnədə külək effekti yaradanda Səfurə keçənilki Aysel olacaq. Yanında da Araşı əvəz edən rəqqas olacaq. Olacaqlar Aysel və Araş. Bu axşam Səfurə Aysel Teymurzadə olacaq, rəqqas da Araş. Buna ehtiyac var idimi? “

“”Always” mahnısı ritmik olduğundan Aysel Teymurzadənin geyimi mahnı ilə həmahəng idi. Məncə, 17 yaşlı Səfurə Əlizadə “Drip-drop”dakı sevgisini şahzadə obrazında nağıllar aləmində təqdim etsəydi, daha məqsədəuyğun olardı”, deyə Samir Əliyev əlavə etdi.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.