SMS, sevgini öldürür
charming tərəfindən 28 August, 2010 tarixində və EVLENİRİK.BİZ, Kişilərə Özəl, Qadınlara Özəl, ÜMUMİ bölməsində yayımlanmışdır.

Bəzən SMS, biz qadınlar üçün romantik bir vasitə ola bilir. Lakin, qarşı cinsin nümayəndələri üçün çox vaxt sərf etmədən qadınlarla maraqlanmağın ən qısa yoludur!
Evlenirik.biz isə bu tənbəlliyə son verməyin yollarını dəyərli oxucularının nəzərinə çatdırır.
Əminliklə deyə bilərik ki, gələn mesajlarınız arasında minlərlə “Necəsən?” və ya “Bu gün görüşə bilərikmi?” kimi mesajlar var. Bu günlərdə mesajlaşmaq hər zaman olduğundan daha məşhur hal alıb. Gün ərzində 60-70 milyon adət SMS göndərilir. Bəs problem tam olaraq nədədir?
Zen And The Art of Failing in Love (Zen və Aşık olma sənəti) adlı kitabın müəllifi cənab Brenda Şoşanna, “SMS göndərmək kişilərdə münasibət qurmaq və onu davam etdirmək üçün daha az enerji sərf etməyə şərait yaradır. Və münasibətlərinizdə SMS-lər səbəbindən bir-birinizə qarşı tənbəl bir hala gəlirsiniz” deyə bu məsələyə aydınlıq gətirir.
Elə buna görə də Evlənirik.biz olaraq bu məsələyə aydınlıq gətirmək və bu tənbəlliyə tutulmamaq üçün necə etməyin yollarını araşdırdıq.
Texnoloji təhlükə 1: Bəxtini sınamaqdan çəkinir
“Görüşək?” kimi qeyri-müəyyən bir SMS göndərdiyində, işləri planlamaq kimi məsuliyətləri sizin üstünüzə atır və ya rədd cavabı eşitməməkdən özlərini sığortalayırlar. “İstəmirsinizsə cavab yazmazsınız bunu yox eşitməkdən üstün tuturlar” Şoşanna bildirir.
Texnoloji təhlükə 2: Canlı əlaqə yoxdur
Oğlanlarla telefonda danışmağın həyəcanını bir fikirləşin. Seksi bir gülüş, təsir edici bir səs tonu eşitmək necə də gözəldir. Amma mesajlaşmaq, bunları bir anda yox edir. Mesajlaşmaq oğlanların yaxınlaşmaqdan qaçmaqlarına şərait yaradır. Beləcə də, münasibət uzaqdan uzaqa davam edər.
Həmçinin aparılan tədqiqatların nəticəsi göstərir ki: kişilər münasibəti idarə etmək üçün SMS göndərdiyi halda, qadınlar münasibətləri möhkəmləndirmək üçün SMS göndərirlər.
Texnoloji təhlükə 3: Hislərini anlamağınız çətinləşir
SMS göndərdiyiniz zaman səsini eşitmədiyini üçün duyğularını anlamağınız çətinləşir. “Bu günkü görüşümüz çox gözəl idi, deyə yazdığında: ya həqiqətən sizinlə vaxt keçirməkdən çox məmnun olub, yada heç maraqlını kəsb etməmsiniz amma sizə nəzakətli davranmağa çalışır. Lakin, telefonda danışmış olsanız səs tonu və vurğulamaları sizə həqiqətdə nə demək istədiyini bilməkdə kömək olar. SMS-lərinə cavab yazmayıb, amma zəng edəndə yaxşı tonda danışsanız onu fikirlərini SMS-lə deyil canlı deməyə öyrəşdirə bilərsiniz.
Texnoloji təhlükə 4: Mübahisələrdən qaçır
Görüşmək planınızı təxirə salmaq istədiyini fikirləşək. “Sizin əsəbiliyinizi eşitməmək üçün bunu SMS-lə bildirməyi üstün tutur” bu halda “Mənə zəng edib gələ bilməyəcəyini desəydin daha yaxşı olardı” deyərək sizə hörmətsizlik edilməyindən xoşlanmadığınızı bildirə bilərsiniz.
Siz bunları bildirib zəng etməyi tələb etdikdən sonra hələ də SMS göndərməyə davam edirsə, cavab yazmayın. Bu onun sizə dəyər vermədiyini göstərir.
Kişilərə niyə SMS yazılmamalıdır?
Bəzən mesajlaşmaq münasibətinizdə təhlükə ünsürünə çevrilə bilər. Hansı hallarda?
Biraz anlaşılmazlıq olan kimi SMS ən asan yola çevrilir. Lakin, belə hallarda bəzən münasibətlərinizin düzəlməyinə kömək olan SMS, getdikcə hər davada, anlaşılmamazlıq olan kimi SMS çıxış yolu kimi seçilir. Bu da sonda əsəbiliyə, bir-birini anlamamağa, və ən əsası qıcıqlanmaya gətirib çıxarır.
İlk görüşdən sonra
Unudulmaz bir görüşdən sonra tanış olduğunuz insana SMS atmamaq üçün özünüzü güclə saxlayırsınız amma saxlamalısınız. Çünki, bu SMS içinizdə az da olsa istək olduğunu göstərir. Hətta psixoloq Diane Kirscher bildirir ki, görüşdən sonra atdığınız bu addım, onun sizin dalınızca düşmək həvəsini öldürə bilər.
Hirsli vaxtı
Yada düşməməyin nə qədər əsəb korlayıcı olduğunu bilirik, amma göndərəcəyiniz “Niyə mənə zəng etmirsən?” mesajının da sizi onun gözündən salacaq bir hərəkət olduğunu da unutmamalısınız. Həmçinin bu hərəkətiniz qarşınızdakı insanı hirsləndirəcəkdir də.
Zarafat etmək istədiyiniz zaman
Qarşınızda sizi, etdiyiniz zarafatı anlayacaq qədər yaxşı tanıyan bir insan yoxdursa, içində kinayə, lağ olan çətin başa düşüləcək SMS-lər yazmamalısınız. Zarafat olsun siyə göndərdiyiniz bir SMS tam əks başa düşülə və münasibətinizə xələl gətirə bilər.
Həmin gün üçün ilk mesajlaşmağınız deyilsə
Yeni qurulmuş münasibətlərinizdə tez-tez mesajlaşmaq istəyir ola bilərsiniz. Bir-birinizdən xəbər almaq istəməyiniz də təbii haldır. Lakin davamlı SMS əlaqəsi qurmaq bir-birinizə zəng etmək üçün bəhanənizin olmaması ilə nəticələnə bilər.
DİGƏR MƏQALƏLƏR
Yüklənir…















Aysel Bayramova on Mon, 30th Aug 2010 12:21 pm
har kasa maslahatim calishin sms in vurgunu olmayin aks halda har daqiqa gozunuz telefonda qalacaq
Münasibətiniz:
0
0
gunay on Tue, 31st Aug 2010 11:44 am
Aysel Bayramova, men artiq bu xesteliye tutulmusham
Münasibətiniz:
0
0
Aysel Bayramova on Tue, 31st Aug 2010 5:47 pm
Gunay xanim insanin telefondan asililigi cox olur lakin agar sizda aks cinsin smslarinin gozatcisinizsa o zaman siza sabr va dozum arzulayiram
Münasibətiniz:
0
0
nuna on Sat, 4th Sep 2010 9:34 pm
Biz bir birimizi smslerle taniyib,smslerle sevmishik.1 aydan sonra toyumuzdu.chox xoshbextem.onun smsi gelmeyen 1 gunum olmasin. Hamiya bele sevgi arzulayiram.
Münasibətiniz:
1
0
Mehriban on Thu, 9th Sep 2010 8:26 am
sms olmasa olmur axi.
Münasibətiniz:
2
0