Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Skripkanın Cini!

 tərəfindən  11 July, 2009 tarixində və MUSİQİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Skripkanın Cini!Hekayəmiz 17-ci əsrin əvvəllərində baş vermiş hadisədən bəhs edir.  Dekabr ayının ən son və soyuq gecələrindən biri idi.

Yeni il gecəsi  küçədə yaşlı skripkaçıdan başqa heç kim yox idi. Skripkaçı bir yandan ifa edir, bir yandan da ağır-ağır yeriyirdi. Qar yağdığı üçün ara sıra əllərini isitmək üçün bir birinə sürtürdü. Soyuğun şiddəti artıq dözülməz hala gəlmiş, ayaqlarında taqət qalmamışdı. İçindən “Bu küçəni də keçim bəlkə orda kimsə olar, üç-beş qəpik ala bilərəm deyirdi” son qalan gücünü toplayıb yeriyərkən yanından bir neçə nəfər keçdi. Əlləri artıq soyuqdan donmaq üzrə idi. Ona görə də skripkadan çıxan səslər bir-birinə qarışırdı, paslı simli, sınıq-salxaq skripka inləyirdi.

Ara yoldan keçmiş böyük küçəyə çıxmışdı. Çıxmışdı amma qorxduğu başına gəlmişdi, küçə bomboş idi. Skripkanı kimin üçün çalsın? Bütün evlərin lampaları yanır, içəridən gülüş səsləri gəlirdi. Yadına nəvələri düşdü. Ana və ataları öldükdən sonra onlara baxmaq məcburiyyətində idi. Bu il nəvələrinə hədiyyə alacağına söz vermişdi. Bunları xatırladı. Son taqətini toplayıb öncə əllərini ovuşdurdu, son gücü ilə çalmağa başladı.
[ad#468×60]
Evə gedə bilərdi amma nəvələrinə hədiyə almadan əsla getmək istəmirdi! “Bu küçə”-dedi bəli orda bir neçə nəfər var idi. Gedib onlar üçün skripka çalmalıydı. Cəld hərəkət etdiyi üçün ayağı ilişib yıxıldı və ağlamağa başladı. Oturduğu yerdən iki nəfərin yaxınlaşdığını gördü. Skripkanı əlinə aldığı anda adamlar qollarından tutub qaldırdılar. Onlardan biri niyə evinə getmədiyini soruşdu. Yaşlı skripkaçı bir nəfəsə niyə evə getmək istəmədiyini başa saldı. Adamlardan biri pul vermək üçün əlini cibinə saldığında, digəri ona göz vurdu və yaşlı musiqiçidən skripkasını istədi. Sınıq salxaq, paslanmış və yaşlı musiqiçinin əlində inləyən skripkadan möhtəşəm melodiyalar yüksəlməyə başladı.

Skripkaçı o qədər gözəl çalırdı ki, hər kəs küçələrə tökülüşdü. Bir neçə dəqiqə sonra musiqini eşidən hər kəs evlərinin pəncərəsindən, ya da küçəyə çıxıb yaxından bu uzun boylu, arıq və çirkin adama heyranlıqla baxırdılar. Skripkaçı birdən çalğısını saxladı və papağını çıxardıb yerə qoydu. Bir anda papağın içi doldu. Orda olan hər kəs  cibində olan xırda pulları papağa doldurdular. Pəncərədəkilər pulları papağa ata bilməsələr belə küçəyə saçmağa başladılar.

Aralarından birisi yaşlı skripkaçıya “Bunların hamısı sənindir” deməsiylə skripkaçı hıçqırıqlara boğularaq qarların altında gizlənmiş, küçəyə saçılmış pulları toplamağa başladı. Bir yandan pulları yığır bir yandan ağlayırdı. Birdən skripkaçının səssizcə uzaqlaşdığını görənlərdən biri arıq, uzun , çirkin skripkaçıdan “Heey! Sən kimsən? Adın nədir?” deyə soruşdu..

Yaşlı musiqiçi çevrilərək “Paqanini” dedi….

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.