Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Şəfa mənbəyi bəkməz

 tərəfindən  12 November, 2010 tarixində və Maraqlı və Faydalı, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Soyuq ayların başlanması ilə özünüzü təbii yollardan sığortalamaq üçün möhtəşəm qida olan bəkməz haqqında Evlenirik.Biz-in araşdırması ilə yaxından tanış olun.

Üzüm, tut ya da əncir kimi fərqli meyvələrin əzilərək qaynadılması ilə bişirilən bəkməzin üzümdən hazırlananı biraz şirin, tutdan hazırlananın isə acıtəhər şirin dadı ilə tarix boyunca süfrələrimizi bəzəyib.

Bəkməzin tünd rəngi və qatılığı qaydılma prosesində şirənin içindəki şəkərin karamelləşməsi nəticəsində meydana gəlir. Bəkməz bişirərkən diqqət edilməsi gərəkən vacib bir xüsus var. Bu onun sadəcə bir dəfə qaynadılmasıdır. Meyvədən çəkilən şirə qaynadıqda buxarlaşdığı üçün qatılanmasının qarşısını almaq üçün əlavə şirə tökülür. Yoxsa bəkməzin keyfiyyəti aşağı olur.

Şirə qaynamağa başladıqda və qoxusu yayılmağa başladıqda hazırlandığına işarətdir.

Bəkməzin qida dəyəri istifadə olunan meyvələrə görə fərqlənsə də, karbohidratlara baxıldıqda ( 1,276 Kj / 305Kcal) yaxşı bir enerji mənbəyidir. B1, B2 vitaminləri ilə zəngin olan bəkməz halq təbabətində də dərman kimi istifadə olunmaqdadır. Ən vacib xüsusiyyətlərindən biri də həzm prosesində heç bir parçalanmaya ehtiyacı olmadığı üçün bir başa qana qarışır və beləcə qansızlıq problemi çəkənlər üçün gözəl təbii vasitədir.

Tut bəkməzi:

Tut meyvəsindən əldə edilir. Qan azlığı xəstəliyi olanlar üçün çox faydalıdır. Ayrıca mədədə narahatlıqları olanlar üçün faydalıdır. Astma və bronxit xəstəliklərində vücudun imultetini artırmaq üçün istifadə olunur. İdman edənlər üçün böyük enerji mənbəyidir. Körpələrin və uşaqların beyin və vücud inkişafına köməklik göstərir. Suya qarışdırılıb qarqara edilərsə ağız və boğaz xəstəliklərinə faydası olur. Yeni doğulan körpələrdə tez-tez yaranan

Üzüm bəkməzi:

Üzüm meyvələrindən əldə edilir. Vücudda qan artırmaq üçün, enerji ehtiyacını qarşılamaq üçün, iştah açmaq üçün istifadə olunur. Mədə bağırsaq və böyrəklər üzərində faydası vardır. Damar sərtliyinə faydalıdır və qan dövranını asanlaşdırır.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.