Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Salam verərək birləşən əllər, mütləq ayrılır..

 tərəfindən  15 January, 2011 tarixində və ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Deyirlər “Salam Allah salamıdır”. Bu kəlmə arxasında məsuliyyət, sadəlik, zərafət, kübarlıq, incəlik, zəriflik dayanır.  Biz insanlar salam verərkən onun qəbul edilməsini, məsuliyyətlə davam etməsini  və ya bir gün sağolla cavablandırılmasını heç düşünürükmü öncədən. Əsla!

Salam ilə  başladıq açılan hər sabahımızı,  sağol ilə bitirdik günümüzü, nə qədər önəm daşıdığını bilmədən bəzən lazım olan və lazım olmayan insanlara həsr etdik onları. Deyilənlər həqiqətən doğru imiş bir gün salam verərək birləşən əllər , bir gün sağol deyərək ayrıla bilir. Bəyəm asandırmı şax qamət ilə salam verərkən iradəsiniz və cılız şəkildə sağol demək. Bəzən salam  kiminsə harayına yetir ona daha uğurlu yollar tapmağında istiqamətçi olur, bəzən deyilən sağollar isə o əllər içində qalan izi hər gördüyündə həyatını kədərdə boğur, amma nə etməli hər başlangıcın sonu, hər nağılin bitmə nöqtəsi vardır.

Bəzən bir gün salam verib mehribancasına həyatımızı sürdüyümüz insanların yaşamımızdan  çıxmasına tab gətirə bilmirik. Cavabsız qalan hisslərimizin və ümidlərimizin arasında qalıb günlərcə düşüncələrə qərq oluruq. Günahkar ya özümüzü bilirik ya qarşımızdakını və ən böyük ehtimal ilə taleyimizi. Axı niyə salam verdim ki, indidə sağol deyirəm. Mən sağolları sevmirəm çünki arxasında köləliyə qərq olunmuş qul buraxıb gedirlər. Sağol deyənə asan olur onu eşidən isə həyatının baxımsız  sığınacağında məhvə dogru gedir. Nə qədər dəyərli imiş bu sağol, salam qədər asan deyilmiş. İnsan salam verməyə çətinlik çəkmədiyimi kimi sağol deməkdəndə heç çəkinmir amma digər bir tərəfi düşünsək onun əzablarını, çəkdiklərini bəlkədə sağol demədən çıxıb gedərik. Sağol eşidən birisi ən son ümidinin o andaca öldüyünü, yaşamaq hissinin yarıya bölündüyünü və həyatının ən böyük zərbəsini aldığını düşünər. Amma zaman deyilən bir dərman var ki, bir gün yenidən salama dogru istiqamət alar və daha sağollardan qorxmaz. Şahidi olduğumuz sağol səhnəsi isə bizi uzaq səfərlə yola salan valideyin, ailə üzvlərimizin simalarında olan küsgün, narahatçılıq hissi, əlacsızlıq mimkalarının aydın təzahürü bizim yol boyunca heç zaman yaddaşımızdan silinməz. Odur ki heç sağollaşmayaq, sadəcə sakitcə çıxaq gedək. Bəlkədə sağol sözü əvəzinə görüşərik deyək, həyatdır bilinməz bəlkə daha heç qarşılaşmadıq və ya yenidən görüşdük.

Odur ki, Dostum  “sağol demədinsə heç məyus olma çünki bu həyata etibar yoxdur sənin sağolun kimisə incitməkdəndirsə, qoy intizar hissi onu  yaşatsın”!

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

1 şərh on "Salam verərək birləşən əllər, mütləq ayrılır.."

  1. Aysel Bayramova on Sat, 15th Jan 2011 2:51 pm 

    Sagolu sevmayan manim qismimda olanlar ucun.

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.