Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Səfurə Əlizadə Belarus və Makedoniyada

 tərəfindən  21 May, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Osloda keçiriləcək “Eurovision-2010” Mahnı Müsabiqəsində iştirakçı ölkələrin piar məqsədi ziyafət gecələrinin keçirilməsinə start verilib.

Evlenirik.Biz-in APA-nın Norveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu məqsədlə keçirilən Belarus və Makedoniyanın təmsilçilərinin ziyafət gecələrində Azərbaycanı builki müsabiqədə təmsil edən Səfurə Əlizadə də iştirak edib. Hər iki partidə təmsilçimiz rəqiblərinə uğurlar arzulayıb və onların mahnıları altında rəqs edib.

Səfurə Əlizadə səhnəyə çıxmasa da, partilərdə Azərbaycanın təqdimatı yüksək səviyyədə olub. Hər iki mərasimdə “Drip drop” mahnısı səslənib və iştirakçılarının mahnımızı çox bəyəndikləri ortaya çıxıb. Çoxsaylı mərasim iştirakçıları Azərbaycanın müsabiqədə ən yaxşı mahnı ilə təmsil olundğunu dilə gətiriblər. Tədbiqlərdə çoxsaylı insansanlar təmsilçimizlə xatirə şəkil çəkdirib və ondan aftoqraf alıblar.

Sabah Səfurə Əlizadənin “Telenor Arena”da ikinci məşqi baş tutacaq. Daha sonra isə təmsilçimiz mətbuat konfransı keçirəcək. Azərbaycan bu il iştirakçı ölkələr arasında favorit sayılır və Norveçdə toplaşmış nümayəndə heyətləri Azərbaycanın ilk sıralarda olacağından əmindirlər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək. Müsabiqənin I yarımfinalı mayın 25-də, finalı isə mayın 29-da baş tutacaq.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.