Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Səfurə Əlizadə ölümlə üzləşdi

 tərəfindən  20 April, 2010 tarixində və MUSİQİ, Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

“Eurovision-2010″dakı təmsilçimiz hovuzda boğulmaq təhlükəsi ilə üzləşib.

Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə ifa edəcəyi “Drip drop” mahnısının klip çəkilişləri zamanı ölüm təhlükəsi ilə üzləşib. ANS PRESS-in təmsilçinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, klipin çəkilişi ötən həftəsonu Kiyevdə beş ulduzlu oteldə baş tutub.

Ancaq bu çəkilişlər Səfurə Əlizadəyə baha başa gəlib. Müğənni hovuzda aparılan çəkilişlər zamanı boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisəni şərh edən Səfurə Əlizadə üzə bilmədiyini deyib: “Amma klipdə yer alacaq bir neçə səhnənin çəkilişi üçün hovuzda səkkiz saat qalmalı oldum və qəflətən boğulmaq təhlükəsi ilə rastlaşdım. Bu anı heç zaman unuda bilməyəcəyəm. Şoka düşmüşdüm. Məni təhlükədən qurtardığına görə, bütün yaradıcı heyətimizə minnətdarlığımı bildirirəm. Yoxsa həyatımı itirə bilərdim”.

Klipin rejissoru Rupert Ueynrayt bu hadisədən sonra Səfurə Əlizadənin ilk sözünün “mən hazıram, bu səhnəni bir daha çəkək” olduğunu bildirib: “Mən çox təəccübləndim, inana bilmirdim ki, Səfurə bu şokdan dərhal sonra çəkilişlərə davam etməyi istədi. Çoxsaylı sənətçilər bu təhlükədən sonra çəkilişdən imtina edərdi, ancaq Səfurə davam etmək istədiyini dedi. Səfurə hələ gəncdir, ancaq güclüdür. Onun uğur qazanacağına əminik”.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.