Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Saçlar haqqında doğru bilinən yanlışlar

 tərəfindən  9 December, 2010 tarixində və Qadınlara Özəl, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Hair Care

Saçlar insan gözəlliyinin əsas hissələrindən biridir. Sağlam və gözəl saçlar isə bu gözəlliyi daha da qabardır. Ancaq gözəl saçlar yaxşı qulluq tələb edir. Saçlara qulluq haqqında doğru bildiklərimizin hamısı heç də həmişə düzgün olmur. Bəs, saçlar haqqında doğru bildiyimiz yanlışlar hansılardı? Bu barədə Evlenirik.Biz faydalı məlumatları nəzərinizə çatdırır.

1. Saçlar kəsildikcə daha tez uzanır Saçın uzanması genetik xüsusiyyətdir. Saçlar ayda 0,5-1,5 sm-ə kimi uzanır. Yayda saçlarda uzanma qışa nisbətən daha tez baş verir.

2. Ağ saçı qoparanda sayı artır. Ağ saçın sayı onu qoparmaqla artıb, azalmır. Amma saçı qoparmaq yaxşı vərdiş deyil. Çünki bu zaman dəri və başqa saç kökləri ziyan görə bilər.

3. Soyuq su saça parlaqlıq verir. Saç üçün ən yaxşı ilıq sudur. Soyuq su ayılmağa və əzələlərin canlanmasına kömək etsə də, saça parlaqlıq vermir.

4. Saçın təmizlənməsi üçün bir necə dəfə şampunla yumaq lazımdır. Saçı bir dəfə yaxşı şampunlamaq kifayətdir.

5. Gündə 100 dəfə saçı daramaq faydalıdır. Saçları çox daramaq onların daha tez yağlanmasına və vaxtından tez tökülməsinə səbəb olur.

6. Saçın haçalanmış uclarının kosmetik müalicəsi olur. Bu məqsədlə olan vasitələrin əksəriyyəti heç bir işə yaramır. Saçların ucu ilə çox oynamamaq, onların ucundan az miqdarda kəsdirmək, fendən və boyadan çox istifadədən qaçmaq ən yaxşı strategiyadır.

7. Sulu saçı fen ilə qurutmaq. Daha yaxşı olar ki, saçları ilk olaraq 5 dəqiqə dəsmal ilə qurulansınlar. 5 dəqiqə gözlədikdən sonra fenlə saça forma verərək qurutmaq lazımdır.

8. Sulu saçı dibdən ucuna kimi daramaq. Daha yaxşı olar ki, əvvəlcə dolaşıq saçları səliqə ilə açasınız. Dolaşıq olmayan saçı daramaq daha az saçın tökülməsinə səbəb olacaq. Yanlış daramaq həm də saçların qırılmasına yol açır.

9.Daraq seçimi Saç nə qədər uzundursa, o qədər böyük daraq seçmək lazımdır.

10.Saçları toplamaq Saçları həmişə eyni cür yığmaq və ya eyni yerdən ayırmaq doğru deyil. Saç toplanan yerlərdə qırıqlar meydana gəlir. Onların çox sıx yığılması isə tökülməyə yol açır.

Mənbə: anspress.com

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.