Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Saç boyası nədir?

 tərəfindən  16 April, 2010 tarixində və Həkim Məsləhəti, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Saç boyası nədir? Sən demə öldükdən sonra hətta sümükdən də gec çürüyən saçlar insan haqda bir çox informasiyalar verir. ANS tərəfindən verilən məlumata əsasən bildirmək istəyirik ki, aparılan tədqiqatlarda saç boyalarının xərçəngə səbəb olduğu aşkar edilib. Tünd boyaların açıq rəngli olanlara nisbətlə daha təhlükəli olduğu sübut olunub. İldə 4 dəfə saçını boyayan qadınlarda yumurtalıq xərçəngi ehtimalı heç boyamayan qadınlara nisbətlə 70 % daha çoxdur. Hər il 5 dəfə və daha çox saçını boyayan qadınlarda isə bu ehtimal 100 % olur. Araşdırmalar zamanı saç boyası istifadə etmə ilə limfa xərçənginə tutulma arasında əlaqə olduğu ortaya çıxarılıb.

Son dövrlərdə insanlar arasında saçın kimyəvi boyalarla rənglənməsi prosesi geniş dəb halını alıb. Demək olar ki, artıq insanların daimi vərdişinə çevrilinə bu halın mənfi təsirləri də çoxdur. Həkim dermatoloq Azər Qocayevin sözlərinə görə, bu gün daha çoxda qadınlar kimyəvi saç boyaları arasında amonim tərkibli rənglərə üstünlük verir. Bu növ saç boyalarına üstünlük vermələrinin səbibi həmin rənglərin daha tez effektiv təsir göstərmələridir. Amma bu növ boyaların müsbət təsirindən çox mənfi fəsadları olur. Belə ki, amonim tərkibli saç boyalarında toksiki təsir daha çoxdur. Yəni bu, baş dərisindən bədənə hoparaq qanda zəhərlənmə yaradır, eyni zamanda tükün folekullarını məhv edir. Nəticədə saçın tökülməsi baş verir. Hətta bədxasəlli şişlərin əmələ gəlməsinə səbəb olur.

Dermatoloq həmçinin kimyəvi saç boyalarından 23-24 yaşında olan gənclərin istifadə etməməsini məsləhət görür. Çünki boyalar saçı tez yandırıb sıradan çıxarır. Bundan başqa saçın tez-tez boyanması da məsləhət deyil. “Boya alanda onun tərkibinə baxmaq lazımdır. Əgər amonimsiz boyadırsa, 10-gündən bir hissəvi, amonimli boyadırsa, 2 aydan bir qoyulmalıdır”.

Saçın sağlamlığının qorunması üçün fenlə qurudulma prosesinə də diqqət yetirilməlidir. Ümumiyyətlə fen baş dərisində qan dövranını gücləndirir. Həkimin sözlərinə görə, fen saçdan 30 sm aralıda tutularaq qurudulmalıdır. Saçın tez-tez qurudulmasının da mənfi təsiri var. Fendən hər gün bir neçə dəfə istifadə saçın dibini yandıra bilər.

A.Qocayev bununla yanaşı saçın tökülməsinin başqa səbəblərini də izah edir. Onun sözlərinə görə, buna endokrinoloji, ekoloji, stress və qidalanma faktorları aiddir. Kişilərdə isə əsasən genetik və androgen amillərdir. Androgen faktorlar kişi hormonlarının çox olması ilə izah olunur. Saç tökülməsinin qarşısının alınmasından da danışan həkim dermatoloq bunun üçün ilk növbədə təbii boyalardan yəni xına, basmadan istifadəni məsləhət görüb. “Xına qan dövranını yaxşılaşdırır, tükün folekullarını stimullaşdırır. Tük güclənir, tükün öz təbii rəngini vermə imkanını artırır”, deyə A. Qocayev qeyd edir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.