Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Röya vampir olacaq

 tərəfindən  27 May, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Müğənni Röya ad günü ərəfəsində ikigünlük solo konsert verəcək. Müğənni konserti haqqında bu gün keçirdiyi mətbuat konfransında ətraflı məlumat verib. Evlenirik.Biz “anspress.com” dan əldə etdiyi məlumatları sizlərlə bölüşür.

Müğənni mətbuat konfransı başlar-başlamaz gecikdiyi üçün köməkçisi Kənanı danlayıb. Müğənni konsertin təşkilatçılığı ilə bağlı sualları əslində Kənanın cavablandırmalı olduğunu vurgulayıb: “Kənan ömrü boyu bütün sualları cababsız qoyur. Məcburam özüm cavab verim”.

Müğənni 13-14 tarixlərində “Yaşıl teatr”da “Sürpriz” adlı konsert verəcəyini deyib. Röya adından göründüyü kimi konsertində bir çox sürprizlərin olacağını söyləyib. Röya sürprizləri nə qədər gizli saxlamaq istəsə də, xasiyyəti buna imkan verməyib. Bir sözlə, müğənni bu konsertində qorxunc bir obrazda, vampir obrazında səhnəyə çıxacağını açıqlayıb. Daha bir sürpriz isə balaca Hüseynə həsr etdiyi “Şirinim” mahnısı olacaq. Mahnını Vüqar Camalzadə yazıb.

Röyanın növbəti sürprizi indiyədək müraciət etmədiyi mahnı janrlarına müraciət etməsi olub: “Bu konsertdə elə mahnılar ifa edəcəm ki, hansı ki, 5 il bundan qabaq belə mahnıları oxumağa ehtiyat edərdim. Həyatımda birinci dəfədir ki, öz konsertimdə heç nəyə qarışmayacağam. Ancaq yeni duetlər və yeni mahnılar, bir sözlə yaradıcı tərəf mənlikdir. Bu konsert kişi tamaşaçılarımız üçün daha maraqlı olacaq. Səhnədə yalnız qadınlar olacaq, heç bir kişi sənətçisi ilə duet oxumayacam. “Sürpriz” konserti üçün rəqqasələri Ukraynadan gətirəcəm. Bizdə də rəqqasələr var, amma gözəl bədən quruluşu olan yoxdur. Bakıda çox gözəl qızlar var. Amma qəşəng qızlar evdə oturub. Gözəl bədənli rəqqasələrə ehtiyacımız var. Bizim rəqqasələr ildən ilə kökəlir və qarın, sinə buraxır. Rəqslərində dəyişiklik etməsələr də, xarici görkəmlərində dəyişiklik olur. Çəkiləri artdıqca da, qiymətlərini artırırlar. Mən də düşündüm ki, əgər bir ətək pul verəcəmsə, qoy səhnədə gözəl rəqqasələr olsun”.

Müğənni elan edib ki, bu konsertində heç bir dostuna və ya tanışına dəvətnamə, bilet paylamayacaq: “İyunun 14-də ad günümdür. Dostlarım mənə bir ətir almaqdansa, gedib 50 manat biletə verib konsertimə gəlsinlər. Bu mənim üçün daha dəyərli hədiyyə olar”.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.