Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

“Rəqsanə indən belə kosmosa da getsə…” – MÜTƏXƏSSİS RƏYİ

 tərəfindən  19 November, 2010 tarixində və SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Sənətçilərin üz dərilərinə peşəkar baxışı

Geyimləri, saç düzümləri, qalmaqalları ilə daim üzdə olan sənətçiləri bu dəfə nə dərəcədə baxımlı olmaları ilə gündəmə gətiririk. Müxtəlif xarici ölkələrdə kosmetologiya kursu keçən tanınmış həkim-kosmetoloq Xariqə Quliyeva məşhur xanımların kosmetologiya sahəsində nə dərəcədə baxımlı olub-olmamalarını təsnifatlandırdı. Əvvəla, onu qeyd etdi ki, bir neçəsini çıxmaq şərtilə, müğənnilərin heç biri dərisinə düzgün qulluq etmir. Üzdəki qüsurları kosmetika ilə gizlətməyə çalışırlar.

Kosmetoloqdan da ən yaxşı və ən ucuz şeyləri istəyirlər: “Bizim müğənnilər geyimə, makiyaja daha çox pul verirlər, amma üzlərindəki problemi aradan qaldırmağa çalışmırlar. Bu, hamısına aiddir. Əminliklə deyirəm ki, üzdə olan xanımların əksəriyyəti təbii geldən istifadə etməyib. Çünki təbii gel qalıcı olmur. Fikirləşirlər ki, bu qədər pul verib gel vurdurum, o da bir neçə aya getsin? Ən yaxşı, natural gelin tərkibində qialiron asid olmalıdır. O da oynaqlardan alınmış sinavial mayenin tərkibində olur. Bu təbii gellər isə 6-12 ay qalır. Görünür, buna görə də müğənnilər qalıcı, amma keyfiyyətsiz polimerlərə – süni gellərə üstünlük verirlər. Əksər müğənnilərin gel sarıdan problem yaşamasına səbəb də məhz bu faktdır”.

Beləliklə, həkim-kosmetoloq Xariqə Quliyevanın Azərbaycanın məşhur sənətçilərinin dəriləri bağlı fikirlərini təqdim edirik:

– İlhamə Quliyevanın makiyajı necə etməyinə müdaxilə edə bilmərəm. Amma yaşına görə çox gözəl dərisi var.

– Flora Kərimovanın da yaşına görə çox qəşəng dərisi var. Ancaq eynək taxdığına görə gözündə nə problemi var, bilmirəm.

– Dərisinə düzgün qulluq edən müğənnilərdən bəlkə də birincisi Brilliant Dadaşovadır.Üzünə həmişə ən bahalı prosedurları etdirib. Əminliklə deyə bilərəm ki, onun üz dərisində süni heç bir prosedur olunmayıb, polimerlərdən istifadə edilməyib, hər şey təbiidir.

– Aygün Kazımovanın vaxtilə çox gözəl dərisi olub, hazırda deyə bilmərəm. Amma üzündə süni gellər olduğuna görə, onun dərisini bəyəndiyim dəri hesab etmirəm. Üz dərisində gelin həddən çox olması və düzgün vurulmaması problemi yaşanır. Bir sözlə, üzündə görüləcək xeyli iş var.

– Zülfiyyə Xanbabayeva hər halı ilə xoşuma gəlir. O xanım çox təbiidir. Adicə onu deyim ki, üst dodağı nazik olsa da, indiyədək gel vurdurmayıb. Birinci növbədə, baxımlı saçı var. Üz dərisi qəşəngdir. Makiyajı yerindədir.

– Röyanın dərisi bəyənilən dərilərdəndir. Amma bir az baxıma ehtiyacı var.

– Faiq Ağayevin üz əməliyyatını uğurlu əməliyyat hesab edirəm.

– Ən bəyəndim dəri Ruhinin dərisidi. Mənim tanıdıqlarım arasında üz dərisi üçün xərc çəkən müğənni Ruhidir. Həm üzünə, həm saçına lazım olan ən yaxşı prosedurları edir.

– Nazpəri Dostəliyevaya baxanda əvvəl adama elə gəlir ki, onun qaşı-gözü özününkü deyil. Amma hamısı təbiidir, həqiqətən də çox gözəl gözü, qaşı var. Üz dərisində elastiklik problemi yaşanırdı. Amma problem həll olunub.

– Nisə Qasımova xoşuma gələn dəriyə sahibdir. Amma hesab edirəm ki, uğurlu olmayan göz əməliyyatı keçirib. Xanımın özünü çox istəyirəm, amma tam baxımlılar sırasına daxil etməzdim.

– Ruhəngiz Allahverdiyevanın üz dərisində, göz ətrafında problemlər çoxdur. Mənə elə gəlir ki, uğurlu olmayan gellər onun dərisində problemlər yaradıb.

– Elza Seyidcahanın dərisi gözəldir. Amma əminliklə deyə bilərəm ki, üzünə heç bir professional tədbir görmür. Sonradan onun üzündə hansısa problemin yaşanma ehtimalı ola bilər.

– Rəqsanə indən belə kosmosa da getsə, biopolimeri dərisinin altından tam çıxartdıra bilməz. Türkiyədə dünyaca məşhur cərrah Hasan Fındıkın plastik əməliyyatında iştirak etdik. Dodaq-burun arası nahiyəni açdı, 1 il əvvəl vurulmuş biopolimeri təmizləyə bilmədi. Rəqsanənin üzündə isə o problem artıq bir neçə ildir yaşanır. Müəyyən qədər yaxşılaşa bilər, amma tamamilə aradan qaldırıla bilməz.

– Mətanət İsgəndərlini baxımsızlar sırasına daxil edərdim. Onun dərisində o qədər görüləcək iş var ki…

– Almaz Ələsgərovaya birinci növbədə arıqlamağı məsləhət görərdim. Kök olan xanımın dərisində qırışlar, hallogen-elastin liflərinin zəifləməsi bilinmir. Üzündə elə bir problem görmürəm. Əsas problemi köklükdür.

– Nüşabə Ələsgərlinin göz ətrafında problemlər var. Dəri tonu heç xoşuma gəmir. Çox yaxşı olardı ki, rəngi daha təravətli olsun.

– Natəvan Həbibinin dərisi bəyəndiyim dərilərdəndir. Deməzdim ki, üz dərisi baxımlı dəri deyil. Həm də o hələ gəncdir. Pis dəri deyil, orta qiymətləndirirəm.

– Rəqqasə Fatimənin dərisini bəyənirəm. Baxımlı xanımdır. Üzündə bircə problem qaşları ilə bağlıydı. Onu da aradan qaldırdıq, təbii halına qayıtdı.

– Oksanaya baxımlı deməzdim. Üzdən qəşəng görünə bilər. Amma mənə elə gəlir ki, onda genetik faktor özünü göstərir.

– Validə Abbasova baxımlı deyil. Dodaqları çox vulqardır.

– Sənubər İsgəndərlinin çox gözəl dərisi var. Amma problemi var, o da dodaqları ilə bağlıdır.

– Vəfa Zeynalovanı baxımlılar sırasına daxil edirəm. Gözəl dərisi var.

– Məleykə Əsədovanın da qəşəng dərisi var. Amma deyərdim ki, bir neçə il sonra o xanımın dərisi böyük təhlükə ilə qarşılaşacaq. Çünki o dəhşətli dərəcədə çox makiyaj edir. O qədər edir ki, üz dərisindəki problemi bilinmir. Hansısa qırışı da kosmetika ilə gizlədir. Özü də mən vizajist olmasam da, onun makiyajına professional makiyaj deməzdim. Yaxşı olardı ki, kosmetika ilə gizləmək əvəzinə, problemi birbaşa həll etsin.
Mən bütün xanımlara baxımlı olmağı arzulayıram. Qoy unutmasınlar ki, kosmetoloqa hansı yaşda gedirsənsə, o yaşda da qalırsan.

Mənbə: Lent.az / Banu Çiçək

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

1 şərh on "“Rəqsanə indən belə kosmosa da getsə…” – MÜTƏXƏSSİS RƏYİ"

  1. NUrane on Wed, 30th May 2012 12:53 am 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Salam. Men bir -iki söz Xeriqe haqqinda demək istərdim. Xəriqə özünü profesional saymaqla profesional kosmetoloq deyil.Özünü, reklam etməklə və hər hansı vəsait buraxmaqla profesional iş qabilliyətinə malik ola bilməz.Çünki məndə hansısa bir reklama aldanıb,o Xətaidə fəaliyyət göstərən salonda,işləyərkən yanına getdim. İndiyə qədər peşman və təəsüf içindəyəm. Çünki dodaqlarıma gel vurdurub,gözəl etmək istədim lakin, yaman günə qoydu. Əvvəla geli düzgün vurmadığına görə,ağız daxili nahiyədən damarımı partlatdı. Və dodağımı yox (kazeroku)qaldırdı. İndiyə qədər nə əridə bilirəm, nə də ki gedir. Hər onun adını eşidəndə və ya görəndə əsəbləşirəm. Hər hansı bir reklam vasitəsi ilə, Özünü profesional kosmetoloq sayıb,camaatın başını aldatmasın. Ən azı insanlıq və vicdan əzabı özündə xatırlatsın !!!!!!!!!!!!!!!!!!!!!

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.