Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Rəngli Daş-qaşların məna çalarları

 tərəfindən  8 July, 2011 tarixində və Maraqlı və Faydalı, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Yeddi göy qurşağının füsünkar ahəngindən yaranmış rənglər çalarlıq baxımından biri digərindən fərqlənir. Göz oxşayan ahəngdarlıq çeşidli olmasına baxmayaraq əsasını ağ və qara rəngdən götürür. Elə isə istifadə etdiyimiz və üzərimizdə sevərək daşıdığımız zinət əşyalarımızı bəzəyən daş-qaşların rənglərinə görə mənalarını Evlenirik.Biz oxucularına təqdim edirik.

Qırmızı – bütün rənglərin ən hərarətlisidir. Qirmızı ehtiraslı sevgini simvolizə edir. Qırmızı Mars rəngidir. Enerji verən, sevgini alovlandıran, dinamiklik gətirən coşğun ehtirası nümayiş etdirir.

Çəhrayı – daimi sevgini simvolizə edir. Ağ və qırmızı rənglərin qarışığından yaranan bu rəng aqresiv sarsıntının aradan götürüməsində yardımçı olur.

Qəhvəyi – rəng yer kürəsinin rəngi kimi simvolizə edilir. Sarı, qırmızı, mavi və digər rənglərin qarışığından alınmışdır. Qırmızı qəhvəyi rəngə praktiki enerji verirsə, beləki sarı və mavi rəng zehni enerjini təmin edir. Rəng ümumiyyətlə insana möhkəmlik, güvənlik və stabilik hissi bağışlayır.

Narıncı – enerji rəngidir. Sağlamlıq verən rənglərdən biridir. Rəng ruh yüksəkliyi gətirir. Mənfi enerjilərdən uzaq olmaq üçün istifadəsi yaralı hesab olunu.

Qızılı – sərvət, firəvanlıq, yaxşı səhət kimi simvolizə edilir. Günəş şüalarının parıltısını ifadə edən rəng sarsıntının qarşısını alan və mənfi ünsürləri qovan efektivliyini verir. Sarı – müdriklik, sevinc, xoşbəxtlik, intellektual enerji kimi simvolizə edilir. Əminlik və özünə güvən hissi yaratmaqla, müsbət keyfiyyətləri nümayiş etdirir.

Yaşıl – yaxşı həyat, təbiət, məhsuldarlıq kimi simvolizə edilir. Beyin rahatlığı, ürək sıxıntısının qarşısının alınmasında mühüm rola malikdir.

Mavi – gənclər, mənəviyyat, həqiqət, sülh kimi simvolizə edilir. Əsəb sakitliyi, darixdırıcı vəziyyətdən qurtuluş kimi ifadə olunur.

Bənövşəyi – hakimlik, sehir, sirr kimi simvolizə edilir. Rəng özündə digər rənglərlə ahənglik yaratmaqla ətrafına müsbət emossiyanı cəlb edir.

Göy – intuisiya, dərin analiz kimi simvolizə olunur. Dərin düşüncə və xəyal aləminə səyyahət kimi vurğulanır.

– saflıq, təmizlik, loyalıq, mehribanlıq, xeyirxahlıq kimi simvolizə edilir. Açıqlıq, fikir aydınlığı kimi təqdim olunur.

Qara – ölüm, torpaq, sabitlik kimi simvolizə edilir. Qara, bəzi mədəniyyətlər ölüm rəmzidir.

Boz – kədər, təhlükəsizlik, kamillik, kimi simvolizə olunur.  Düşüncə və real aləmdən uzaqlaşma kimi vurğulanır.

Qeyd: Bu yazım müxtəlif mənbələrdən əldə edilən qeydlərə əsaslanmışdır.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

5 şərh on "Rəngli Daş-qaşların məna çalarları"

  1. evlenirikbiz on Fri, 8th Jul 2011 5:31 pm 

    Aysel xanım təşəkkür edirik, zərif duyğulu araşdırma etmisiniz.

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  2. Aysel Bayramova on Mon, 11th Jul 2011 9:27 am 

    Bayandiyiniz va daima dastayiniz ucun minnatdaram!

  3. Ayaqqabi.com on Tue, 26th Jul 2011 2:52 pm 

    Maraqlı məqaləyə görə təşəkkür!

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 4 Thumb down 0

  4. Aysel Bayramova on Thu, 28th Jul 2011 5:25 pm 

    Buyurun, vaxt ayirdiginiz ucun minnatdaram.

  5. Ahmad on Sat, 26th Jan 2013 4:41 pm 

    Cox beyendim ve bu kimi yazilarin daha cox olmasini isteyerdim.

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.