Ramazan ayının fəziləti
Aysel Bayramova tərəfindən 28 August, 2010 tarixində və DİN, Maraqlı və Faydalı, Ramazan Özəl bölməsində yayımlanmışdır.
Allah 12 ayın sultanı olan Ramazanı müsəlman bəndələrinə ona olan sevgisini bir-biri ilə paylaşmaq, yalnız Tanrının dərgahına pənah gətirmək, Allaha olan ehtiramlarını göstərmək, əvvəlki aylara nisbətən daha çox dualar oxumaq, bir tikə çörəyi bir süfrə ətrafında bölüşmək, artıq tamahkarlığı saxlamaq, insanın paklığını pozacaq mənfi ünsürlərdən kənar olmasına şahid olmaq üçün bizlərə nəsib etmişdir.
Ramazan ayının özəlliyi oruc tutaraq bizə verilən sınaq ayında insan varlığının gücünü göstərməklə yanaşı, göylərdən yerə nazil olunmuş Qurani-Kərimimizin bərqərar gününü yəni qədr gecələrində Allahı yada salıb onu şəminə duallar oxumaqdan ibarətdir. Qədr gecəsi bir neçə gün təşkil edir. O günün dəqiq tarixini bilmək mümkün olmamışdır. Rəvayyətə görə müqəddəslərdən birindən soruşurlar: Ramazan ayında oruc tutsam amma qədr gecələrində oyaq qalmasam orucum qəbul olunandırmı?, müqəddəs cavab verir: Elə zənn etki bir bulaq başına gəlmisən su axır sən də susuzluqdan yanırsan, əlini suyun altına uzadırsan amma əlin elə möhkəm titrəyirki bir damla suyu əlindən dodağına qədər gətirə bilmirsən.
Bu ay müsəlman bəndələrinin qarşısına öz meyllərini yalnız Tanrının dərgahına sığınıb bütün istəklərini ondan istəmək qoyulur və bəndələrə Allahın ona verdiyi sınaq ayında özünü necə göstərəcəyini sübüt etdirir, ona sitayiş edənlərə hər zaman öz töhfəsini verir. Allahdan bütün istəklərimizi diləyək, bu ay Allah evinin qapıları açıq olur, mələklər göylərə ünvanlanan bütün duaları Tanrının yeddinci qatına aparıb ona xəbər verirlər.
Ramazan ayında oruc tuta bilməyən şəxslər hamilə qadınlar, dərman qəbul edən xəstələr, sağlamlıq baxımından əziyyət çəkən insanlar, ağır iş rejimində çalışanlar Allah yanında günahları bir o qədərdə olmur. Lakin bəzən oruc tutmayan insanlara uşaq evlərini, qocalar və yaşlılar evlərini, xəstə olan evləri ziyarət edərək onlara ramazan süfrəsi açmaq üçün sovqat vermələri məsləhət görülür, əgər sən bir yetimi sevindirsənsə, əgər sən bir əlacsıza kömək edirsənsə Uca Allah bunu görən və qiymət verəndir.
Allah gözəl nemətlərindən uzaq tutmasın bizi, bizlərdən qəlb zənginliyini almasın ki, biz əldə etdiklərimizi ehtiyacı olanlarla paylaşaq.
Evlenirik.Biz bu ayda oruc tutan və ibadət edən hər kəsin əməl və niyyətlərinin qəbul olunmasını arzulayır. Amin ALLAH.
DİGƏR MƏQALƏLƏR
Yüklənir…

















Aysel Bayramova on Mon, 30th Aug 2010 12:19 pm
Butun oruc tutan baci va qardashlarimizin oruclari qabul olsun, Allah canlarina sagliq versin