Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Qidalar soyuducuda necə saxlanmalıdır?

 tərəfindən  1 April, 2010 tarixində və Dost Məsləhəti, MƏSLƏHƏTXANA, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Aldığınız tərəvəzlər, meyvələr, ya da yumurta və pendir xarab olmadan nə qədər müddət soyuducuda qala bilər?

Bəs bu qidaların xarab olub olmadığını necə anlaya bilərsiniz? Lent.az “foxnews.com” saytına istinadən soyuducuda ola biləcək 7 gizli təhlükəni təqdim edir.

Meyvə və tərəvəzlər: Meyvə və tərəvəzlər uzun müddət soyuducuda qaldıqda bir müddət sonra saralmağa, büzüşməyə və xarab olmağa başlayacaq. Bu günlərdə aldığınız bahalı meyvə və tərəvəzlərinizi zibil qabına atmaq istəmirsinizsə, tez-tez bazarlıq edərək bunun qarşısını ala bilərsiniz. Hər dəfə də ən çox 3-5 günlük tərəvəz və meyvə almaqla pul itkisinin də qarşısını alacaqsınız.

Kif: Kif miqdarına və hansı yeməklərdə olmasından asılı olaraq təhlükəli ola bilər. Əgər kif yeməyin səthinin böyük əksəriyyətini örtübsə, bu qidanı ata bilərsiniz. Soyuducunuzdakı hər hansı bir ət növündə kif əlamətləri varsa, onu dərhal zibil qabına atmalısınız.

Çörəkdə, cemlərdə, qatıqda, fındıqlarda və əvvəldən bişmiş artan yeməklərdə kif olub olmadığını nəzarət edin. Bu yeməkləri atmanız xəstələnmənizdən yaxşıdır.

Ət: Ət soyuducuda etibardadırsa, son istehlak tarixinə nəzarət etməlisiniz. Ət gözəl görünməsinə, iy verməsinə və dadının yaxşı olmasına baxmayaraq, təhlükəli ola bilər. Bifşteks, ya da digər qırmızı ətlər, paketdəki tarixdən 4 gün keçsə, artıq yeyilməməlidir. Donmuş ət daha uzun müddət qala bilər, ancaq donu açıldıqdan sonra əsla yenidən dondurmayın. Ətin rəngi və qoxusu qəribədirsə, dərhal tullayın.

Balıq: Təzə çiy balığın soyuducuda ömrü çox qısadır. Yalnız 1-2 gün saxlaya bilərsiniz. Əgər balıq aldığınız tarixi xatırlamırsınızsa və soyuducunuzda ağır bir qoxu yaymağa başlayırsa bu, xarab olmasına işarədir.

Yumurta: Marketdən çox sayda yumurta alıb saxlaya bilərsiniz. Çünki qabıqlı təzə olan yumurtanı soyuducunuzda 3-5 həftə arasında saxlaya bilərsiniz.

Süd məhsulları: Əgər süd turş iy verirsə, dərhal tökməlisiniz.

Krem, kənd pendirinin xarab olub olmadığını anlamaq isə bir az daha artıq bacarıq tələb edir. Bunlar, ümumiyyətlə istehsal tarixindən etibarən təxminən 10 gün boyunca təzə qalır. Qatıq, ən son istehlak tarixi keçdikdən sonra bir neçə gün içində istehlak edilməlidir. Ancaq, bu qədər müddət gözləsəniz qatıq dadını və qida dəyərini itirər.

Pendir və kərəyağı daha uzun müddət qala bilər. Ancaq hər ehtimala qarşı yenə də onları 1 ay ərzində yeyin.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.