Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Qətiyyən bu səbəblərə görə evlənməyin!

 tərəfindən  4 June, 2010 tarixində və Dost Məsləhəti, EVLENİRİK.BİZ, Qadınlara Özəl, TOY, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Həqiqətən də həyatınız boyu bir yerdə olmaq istədiyiniz biri ilə, yaxşı-pis hər şeyi bölüşmək üçünmü ailə qurmaq istəyirsiniz, yoxsa bu 6 səhv səbəblərə görəmi? Evlenirik.Biz Sizə ciddi tövsiyələr edir.

1. Səhv səbəb: Sevirəm, Ölürəm

Sevgi; əsaslı izah edilə bilən bir ruh halı deyil. Sevirsiniz, ölürsünüz bunu ürəkdən yaşamağı sadəcə tövsiyə edə bilərik. heç bir sevgi bir neçə ildən çox çəkməmişdir.  Müəyyən bir müddətdən sonra bitər. Diqqət edin o sevgi dediyiniz öz yerini çox istəməyə, mütləq yanında olmaq istəməyə, bir-biri ilə yaxşı anlaşmağa, dostluğa buraxırmı? Vurulmuşsunuzsa ailə qurmaq qərarı almaq üçün o vurğunluğun sona çatmağını gözləyin.

2. Səhv səbəb: Tənhalıqdan sıxıldım

Bilinir ki, sıxılan insansınız. Tənhalıqdan olduğu kimi bərabərlikdən də sıxılacaqsınız. Üstəlik ondan daha tez sıxılacaqsınız. Çünki tənhalığın əvvəl-axır sizin nəzarətinizdə olması  ehtimal edilən bir şeydir. Tənha olan zaman istədiyiniz vaxt harasa gedə bilər, istədiyiniz vaxt televizorun istənilən kanalına baxa bilərsiniz. Lakin bərabərlik heç vaxt tamamilə sizin nəzarətiniz altında olmur. Və tənhalıqdan sıxıldığınızdan daha çox biri ilə birlikdə olmaqdan və bir evdə yaşamaqdan sıxılacaqsınız.

3. Ailəm sevgili olmağa icazə verməz

Bir müddətdir bir sevdiyiniz insan var ailənizin bu vəziyyətdən xəbərdar oldu. Bu vəziyyətdə ailəniz daha çox sizi töhmət etməsinlər deyə  hər hansısa bir yolla sevdiyiniz insana təsir edərək artıq ailə qurmaq istədiyinizi deməyə, ima etməyə başlayırsınız. Lakin sevgililik sevgililikdir, ailə qurmaq isə tamamən fərqlidir. İki insan ən azından müəyyən bir müddət bir yerdə yaşamadan ailə qurmağa qərar verməməlidir, idealı budur, amma coğrafiyamızda bu nadir hallarda mümkün olduğu üçün sizə tövsiyəmiz; heç olmasa biraz böyüməyi gözləyin.

Böyüdükcə həyatdan nə istədiyinizi biləcəksiniz. Sırf  ailəniz belə istəyir deyə bir insanla 50 il bir evdə yaşamaq sazişi bağlamağın necə bağlayıcı bir sözləşmə olduğunun fərqinə varmaqdan ötəri biraz daha gözləyin.

4. Səhv səbəb: Çətin bir mərhələdən keçməkdə mənə köməklik etdi

Çətin bir mərhələdən keçməkdə sizə kömək edən şəxslərə dost, qohum və ya psixoloq deyirlər. Və bunlar sonradan o şəxslərin həyat yoldaşınız olması üçün kifayət edəcək  qədər şərt və yaxınlıq deyil. Həmin çətin mərhələ bitdikdən sonra sizinlə ailə qurmaq istədiyini deyən insan, onsuzda o mərhələdən əvvəl bunu  beyninə yeritmiş deməkdir. Yəni sizə o köməkliyi və dəstəyi əvəzsiz etməmişdir. Yaxşı deyək ki, həqiqətən də o yaxşı niyyətli biridir və sizə əvəzsiz olaraq köməklik etmiş olsa belə bir insanın köməksevər, yaxşı və pis gün dostu olması onunla eyni evdə və xoşbəxt bir cinsi həyat yaşaya biləcəyiniz mənasına gəlmir. O yaxşı bir insandır; bu qədər… Digər kriteriyaları dəyərləndirmək lazımdır!

5. Səhv səbəb: maddi vəziyyəti yaxşıdır

Pul heç bir xoşbəxtçiliyin açarı deyil, ola bilməz. Bir insanla bölüşəcək xoşbəxtlik, sadəcə yaxşı maşın və restoranlarda keçirilən günlərdən ibarətdirsə, ona xoşbəxtlik yox istifadə deyirlər. Sizin və özünün rahat, fikirləşmədən xərcləməsini təmin edən kişiyə yalnız sponsor deyilər. Həyat yoldaşı yox.

Xoşbəxtlik, bir birini yaxşı başa düşmə, birlikdə nələrdənsə zövq almaq, pulun gücü ilə edilən birşey deyil. Pul sadəcə seçimləri çoxaldır. Lakin olmayan birşeyi əvəz edə bilməz. Amma vaxt aşırı keçdiyini fikirləşdirəcək qədər aldadıcı ola bilər. Sonunda isə “hərşeyim var, mən niyə xoşbəxt deyiləm?” deyə fikirləşməmək üçün vaxtında bunları fikirləşmək lazımdır.

6.  Səhv səbəb: Artıq özümə aid bir evim olsun istəyirəm

Xüsusilə də bizim mentalitetimizə aid bir şey. Gənc qızlar rahat-rahat gəzib, əylənə bilmədikləri üçün özlərinə aid bir dünya yaratmağın yolunun bir evdə yaşamaq olduğunu fikirləşirlər. Cəmiyyətimizdə ailələr qızlarının ayrı yaşamaqlarına icazə vermədikləri üçün onlar da ev sahibi olmağı ailə qurmaqda görürlər. Qızların vəziyyətini başa düşməyə çalışırıq əlbəttə çətindir. Amma nə olursa olsun özünüzə aid bir evin olması üçün ailə qurmaq doğru deyil. Yəni sadəcə bu səbəbə görə ailə qurulmaz. Unutmayın ki, o həyatda sadəcə sizə aid olmayacaq. Sərbəstliyinizin daha da az olduğu həyat ailə həyatıdır. Doğru insanlar seçilmədiyi müddətcə ata evi daha rahatdır.

Evlenirik.Biz

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

3 şərh on "Qətiyyən bu səbəblərə görə evlənməyin!"

  1. Gunel on Fri, 4th Jun 2010 12:03 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Tesekkurler,

    Mence ortaq maraqlari ve xasiyyetleri olan ve hec omasa simpatiya hiss etdiyimiz bir ile evlenmeliyik.1.Sevgi zamanla yaranacaq…2.tenhaliqi maraqli mesgulyyetle unutdurmaq olar…3.aileden gizli munasibet basagrisi ve narahatliqdan basqa birsey deyil…ya askar olsun munasibet..ya da olmasin…4.borc hiss demekdir bu…5. maddi durum deyisken ola biler…her veziyyete hazir olmaq lazimdi…6. kimle geldi “oz evim” dediyimiz yerde yasamaq cixis yolu deyil… Daha sonra qarsi terefi deyismeye calismayaq deye partnyoru oldugu kimi qebul etmeliyik…duzunu deyim bu sahede yeterince tecrubem yoxdur… birce onu deyim…Aile balaca ve gozel dunyadir…)))

    Minnetdaram,

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. charming on Fri, 4th Jun 2010 12:06 pm 

    Günel xanım həqiqətəndə ailə balaca və gözəl bir dünyadır… ancaq bu her zaman bele olmur, doqru seçim etmədiyimiz zaman. Bu yazı bizim doqru seçimlər etməyimizə kömək ola bilər 🙂

  3. Leyla on Fri, 4th Jun 2010 12:11 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Çox dəyərli məsləhətlərə görə müəllifə və Evlenirik.Biz-ə təşəkkürlər.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.