Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Qan qrupuna görə izdivac

 tərəfindən  3 March, 2010 tarixində və Ailəyə Özəl, Maraqlı və Faydalı, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

I qan qruplu qadınların I qan qrupundan (I QQ) olan kişilərlə ciddi münasibətlər qurmağa şansları yoxdur. Belə kişilər onlar haqqında «ətək geyinmiş kişi» fikrindədirlər. II QQ kişilərlə isə yataqda daha çox vaxt keçirirlər. III QQ kişilərlə münasibətlərin daima yaxşı olmasına çalışır və onlara güzəştə getməyi bacarırlar. IV QQ kişilər onların temperamentinə və ehtiyaclarına uyğunlaşa biləcəklərsə, xoşbəxt cütlük olma ehtimalları var.

II qan qruplu qadınlar I QQ kişilərlə intim münasibətlər üçün ən yaxşı cütlüklərdən biridir. II QQ kişilər bu qadınlar üçün ən ideal seçimdir. Məhz onlar bu qadınları bir baxışdan anlayırlar. III QQ kişilər özlərində olmayan bəzi keyfiyyətləri bu qadınlarda tapdıqlarından onlardan çox xoşları gəlir. IV QQ kişilərlə münasibətlər elə də uğurlu deyil.

III qan qruplu qadınlar passiv, I QQ kişilər isə aktiv olduğundan bu, ikisinin də xoşuna gəlir. II QQ kişi bu qadına qarşı cəsarətsiz və yetərincə hissiyyatlı deyillər. III QQ kişilərlə birliyi çox uğurludur. IV QQ kişilərlə bu qadınlar bir-birlərindən çox razıdırlar. Belə ki, onlar partnyora qarşı rəhmsizlik və hörmətsizlik göstərmirlər.

IV qan qruplu qadınlar: I QQ kişi səbirli olarsa, mehriban və ahəngdar həyat yaşaya bilərlər. II QQ kişilərlə heç uyğun gəlmirlər. Onların intim həyatı demək olar ki, olmayacaq. III QQ kişilərin coşqun xarakteri idealist, xəyalpərəst qadınlara uyğun gəlməyə bilər. IV QQ uyğunlaşmaları böyük sual altındadır. Onlar ikisi də deyingən və eqoistdirlər. Bu isə münasibətlərin bir araya gəlməsinə imkan vermir.

Aysel Jurnalı

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

13 şərh on "Qan qrupuna görə izdivac"

  1. gunay on Mon, 9th Aug 2010 1:33 pm 

    Hidden due to low comment rating. Click here to see.

    Zəif qiymətləndirildi. Münasibətiniz: Thumb up 0 Thumb down 6

  2. gunay on Mon, 9th Aug 2010 1:51 pm 

    Meselen her ikisi II qan qpupundan olan insanlar evlense ushaqlari olar?

    Qızğın mübarizə. Siz nə fikirləşirsiniz? Thumb up 6 Thumb down 7

  3. Ramal on Tue, 10th Aug 2010 10:03 pm 

    Günay uşaq olmamağın eyni dərəcəli qan qrupu ilə yox, qadının mənfi qan qrupu olması ilə əlaqəli ola bilər. Bu da xüsusi müalicə üsuluyla qoruna bilir. El arasında qan uyğunsuzluğu (qanın düz gəlməməsi) buna aitdir. Yoxsa iki eyni dərəcəli qan qrupuna deyil. Təxmin edirəm ki, sizin və sevgilinizin eyni qan qrupu var. Hər ikiniz müsbət isəniz çox rahatlıqla uşağınızın olma ehtimalı var.

    Münasibətiniz: Thumb up 5 Thumb down 2

  4. gunay on Thu, 12th Aug 2010 12:32 pm 

    Ramal bey cox sag olun bu sual meni cox narahat edirdi. Beli her ikimizde musbetdir sadece eyni qan qrupuyuq. Cox sag olun tewekkur edirem.

    Münasibətiniz: Thumb up 3 Thumb down 1

  5. resad on Sun, 15th Aug 2010 10:31 am 

    salam men qan qrupum 4 menfidir.qohum qizla(bibiqizi)evlenmek olar?

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 4 Thumb down 0

  6. Murshud on Wed, 21st Dec 2011 11:26 pm 

    SALAM.Zehmet olmasa deyerdiz-Kishi 4,qadin ise -2 olarsa.Ushaqin dunyaya gelmesinde manelikler ola biler?!

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  7. evlenirikbiz on Fri, 23rd Dec 2011 10:40 am 

    Mushud bəy, əlbəttə qan uyğunluğu barəsində həkim məsləhəti almağınız daha doğrudur. Ancaq yayğın bilinən bir nüansı xatırlamaq gərəkirsə qadının qan qrupu ( + ) rezurslu olduğu zaman bu çətinliklər bir qədər azalır. Bunun doğru qərarını yalnız bu sahədə peşəkar həkimlərə müraciət eləməklə bilmək olur. Odur ki, ailə həyatı qurmazdan əvvəlki müayinələr çox böyük əhəmiyyət kəsb edir.

  8. sabir on Sat, 24th Dec 2011 6:41 am 

    -2 qan qrupunda olan kisilerde usaq dunyaya getirmey ehtimali az olur????? mumkunse bu sualimi cavablandirardiz …..

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  9. evlenirikbiz on Sun, 1st Jan 2012 12:41 am 

    Sabir bəy kişilər yox xanımlarda – (mənfi) rezurs olarsa ehtimallar azala bilər. Bu da hər zaman deyil əlbəttə. Allah daha doğrusunu bilir. Hər ehtimala görə mütləq həkim kontrollu hamiləlik keçirmək lazımdır belə insanlar üçün..

  10. lalə on Wed, 25th Jan 2012 3:06 pm 

    salam mənim 25 yaşım var bu yaxında ailə quracam və bir sual məni çox narahat edir.Mənim nişanlımla qan qrupum eynidir və alt qrupum yəni ikimizdədə (B)III+ dir qohum deyilik bu eyni qan qrupu və alt qrupun olmağı gələcəkdə mənim hamilə qalmağıma mane ola bilermi? Cavablandırsaz çox şad olardım təşəkkürlər

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  11. evlenirikbiz on Thu, 26th Jan 2012 9:32 pm 

    Xeyr! Bu səbəbə görə narahat olmağınız əsassızdır.

  12. turkan on Thu, 16th Feb 2012 9:49 pm 

    salam.qizin qan qrupu -2se hansi qan qruplari ile tutur.

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  13. evlenirikbiz on Sun, 27th May 2012 12:37 am 

    Tərəfimizə gələn çox saylı emaillərə cavab olaraq bildirmək istəyirik ki, adətən qadının qan rezursu mənfi olduqda problem yaranır. Kişinin qan rezursu mənfi olduqda bu ehtimal bir o qədər aşağıdır. Bundan əlavə yaxın evliliklərdə bəzi genetik faktorlar da ola bilir. Ancaq hər zaman üçün həkim məsləhətinə qulaq asmağınızı tövsiyyə edirik. Bu deyilənlər ümumidir və ona görə fərdi qəbul edilməməlidir. Şəxslərə görə nəticənin dəyişiklik göstərəcəyini nəzərə almağınızı və bir daha həkim məsləhətiylə davranmağınızı tövsiyə edirik.

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.