Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Qan qrupuna görə izdivac

 tərəfindən  3 March, 2010 tarixində və Ailəyə Özəl, Maraqlı və Faydalı, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

I qan qruplu qadınların I qan qrupundan (I QQ) olan kişilərlə ciddi münasibətlər qurmağa şansları yoxdur. Belə kişilər onlar haqqında «ətək geyinmiş kişi» fikrindədirlər. II QQ kişilərlə isə yataqda daha çox vaxt keçirirlər. III QQ kişilərlə münasibətlərin daima yaxşı olmasına çalışır və onlara güzəştə getməyi bacarırlar. IV QQ kişilər onların temperamentinə və ehtiyaclarına uyğunlaşa biləcəklərsə, xoşbəxt cütlük olma ehtimalları var.

II qan qruplu qadınlar I QQ kişilərlə intim münasibətlər üçün ən yaxşı cütlüklərdən biridir. II QQ kişilər bu qadınlar üçün ən ideal seçimdir. Məhz onlar bu qadınları bir baxışdan anlayırlar. III QQ kişilər özlərində olmayan bəzi keyfiyyətləri bu qadınlarda tapdıqlarından onlardan çox xoşları gəlir. IV QQ kişilərlə münasibətlər elə də uğurlu deyil.

III qan qruplu qadınlar passiv, I QQ kişilər isə aktiv olduğundan bu, ikisinin də xoşuna gəlir. II QQ kişi bu qadına qarşı cəsarətsiz və yetərincə hissiyyatlı deyillər. III QQ kişilərlə birliyi çox uğurludur. IV QQ kişilərlə bu qadınlar bir-birlərindən çox razıdırlar. Belə ki, onlar partnyora qarşı rəhmsizlik və hörmətsizlik göstərmirlər.

IV qan qruplu qadınlar: I QQ kişi səbirli olarsa, mehriban və ahəngdar həyat yaşaya bilərlər. II QQ kişilərlə heç uyğun gəlmirlər. Onların intim həyatı demək olar ki, olmayacaq. III QQ kişilərin coşqun xarakteri idealist, xəyalpərəst qadınlara uyğun gəlməyə bilər. IV QQ uyğunlaşmaları böyük sual altındadır. Onlar ikisi də deyingən və eqoistdirlər. Bu isə münasibətlərin bir araya gəlməsinə imkan vermir.

Aysel Jurnalı

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

63 şərh on "Qan qrupuna görə izdivac"

  1. gulushh on Sat, 29th Mar 2014 11:31 am 

    salam. qohumlardan 2 nefer gelin menfi qan qrupudu,her ikisinin de ilk usaqlari problemsiz doquldu,amma 1ci gelinin qan qrupunun menfi olduqunu bilmediyimiz ucun 2ci usaq vaxtindan tez doquldu,olumden qayitdi usaq, ne qeder eziyyet cekdik,xestexanalari gezdik,sukur usaq saq qaldi, indi usaq top kimidi saqlamdi. sonra 2ci gelini yoxlatdiq oyrendik menfi oldugunu,2ci usaqa hamile olandan diganakimi hekim nezaretinde oldu ve doqus vr usaq normal oldu. tak sto menfi qani olan qizlar qeti qorxmuyun,hekim nezaretinde olduqdan sonra her sey lap yaxsi olacaq

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  2. Miryusif on Sat, 12th Apr 2014 3:10 am 

    salam menim qan qrupum +2di niwanlimda +4nese problem olmaz?

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  3. evlenirikbiz on Wed, 21st May 2014 4:44 am 

    Teorik olaraq İnşallah ki, xeyr. Ancaq hər zaman həkim məsləhəti alınız.

  4. Lamiye on Wed, 4th Jun 2014 12:20 am 

    salam menim qan qrupum (-1) sevgilim ise (+2) …nese problem ola biler

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  5. evlenirikbiz on Fri, 6th Jun 2014 10:30 am 

    Lamiyə xanım, xanımlarda (-) rezurslu və kişilərdə (+) rezurslu olduğu zaman mütləq həkim ilə məsləhətləşməyinizdə fayda var.

  6. Lamiye on Sat, 7th Jun 2014 11:18 pm 

    ne kimi problemler ola bilir ?

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  7. kemale osmanova on Mon, 16th Jun 2014 9:03 pm 

    Salam…menim qan qrupum +2-dir,yoldasimin qan qrupu ise -2-dir.3 ayliq hamileyem…qanimdan analiz verdim hecne cixmadi …ancaq hekim,yoldasimin qan qrupunun -2 olmasina gore dedi ki, 6 ayliq hamile olanda buna gore mualice almalisan…sizce men mualice almaliyam ya yox?

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  8. evlenirikbiz on Thu, 17th Jul 2014 3:17 am 

    Salam həkim ilə daima məsləhətləşin. Qan qrupu xanımda (-) olduğu zaman mütləq daima müalicə və kontrolda saxlanılması ehtiyacı olur. Həkimin dediklərinin özündən səbəbini tam soruşun Sizə izah etsin.

  9. afshan on Tue, 18th Nov 2014 2:01 pm 

    Man ailaliyam qanim manfidi yoldawimin musbat birinci uwagimizda iyna vurdurdum hakimlar bela dedilar cunki ikinci uwagin saglam olmasi ucun bu iyna lazim idi ikinci uwaga qaldim olmadi man istayirdim bilimki agar indi uwaq olsa problem olmaz?

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  10. evlenirikbiz on Thu, 25th Dec 2014 1:56 am 

    Siz mütləq həkiminizlə məsləhət etməlisiniz. Xanımın qanı mənfi rezurslu olduğu zaman mütləq həkim kontroluna və dəstəyinə müraciət etməlidir.

  11. Rena on Sat, 7th Mar 2015 5:59 pm 

    salam cox xahis edirem sualimi cavablandirin menim qan qurupum 4(+) dir nisanlimin qan qrupu ise 3(+) dir. nisanlim atamin emisi ogludur bu bizim ucun problem yaradarmi gelecekde usagimiz olacaqmi ve qusurlumu ola biler cox xahis edirem cavab yazin xahisssssssssss

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  12. Ruhiyye on Tue, 23rd Jun 2015 3:58 pm 

    Qizin qan qrupu -1 oqlanin qan qrupu ise +1dir bu gelecekde ne kimi problem ola biler uşaqin olma ehtimali ne qederdir??

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  13. evlenirikbiz on Mon, 13th Jul 2015 3:03 pm 

    Hörmətli Ruhiyyə xanım,

    Qızın qan qrupu (-) rezursludursa mütləq Siz həkim məsləhəti ilə hamiləlik dövrünüzü yaşamalısınız. Xahiş olunur ailə həkiminizə müraciət edəsiniz.

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.