Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Bəy Geyimləri

 tərəfindən  7 May, 2009 tarixində və bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Evlenirik.Biz olaraq bəy namizədlərinə tövsiyyələrimiz aşağıdakı kimidir!


Bəylərin Köynək Seçimi  

 Ən yaxşı köynək sizə ən çox rahatlıq verəndir. Bu nə çox dar nə də çox bol olmamalıdır. Köynəyin ideal boy uzunluğu pencəyin boynu altında təqribən yarım barmaq aşağı olmasıdır.

Köynəyin yaxası, boyun hissəsi və bədəninizi əhatə edən digər sahələrinin tamamı diqqətlə incələnməlidir. Tikişlərdə xətaların, söküklərin olmamasına və seçiminizin pambıq olmasına xüsusi diqqət yetirin.  Köynəyin ən çox görünən hissəsi yaxası olacağı üçün pencəyin altında bir biriylə uyğun olması lazımdır.

Əyər uzun və dar üzlü biri isəniz uzun yaxalı köynək geyməyin. Yuvarlaq üzlü isəniz geniş yaxalı köynək geyməkdən imtina edin. Bu vəziyyətdə İngilis tərzli olan qısa bir qalstuk və ya kəpənək tipli qalstukla düz yaxalı köynək geyinəbilərsiniz. Yaxası və boynu sizi sıxmırsa sizin əyninizə tam oturmuşsa o köynəyi alınız. Ancaq köynək rəngində açıq rənglərə üstünlük veriniz.Çünkü tədricən yaranmış tərləmənin görünməməsi üçün ən yaxşı variant budur. 

 Bəylərin Şalvar Seçimi
 
Şalvarda diqqət etməyiniz gərəkənləri qısaca nəzərinizə çatdırmaq istəyirik. İlk növbədə şalvarın ayaqlarının uzunluğuna diqqət yetirin. Bu geyindiyiniz ayaqqabının üstünə toxunmalıdır. Şalvarın beli sizi sıxmamalıdır. 

Şalvarın ayaq hissəsinin tikisinin düz olmasına diqqət yetirin. Bir vaxtlar qırçınlı şalvarlar və enli balaq (trapesiya) şalvarlar dəbdə ikən, günümüzdə bu dəb öz yerini düz stillə buraxmışdır. Əsas şalvarın çox dar olaraq bədəninizə yapışmamasına fikir verin.  Çünkü şalvar oturub duranda 1-2 sm genişləyir. Sonra xoş olmayan nəticələrlə üzləşə bilərsiniz.  Şalvarın ağı sizi sıxmamalıdır. Alacağınız şalvarın bel hissəsinə,  cib və ayaq tikişlərinə, düyməli isə düymə yerlərinə baxın. Ayaqlarının uzunluğunun bərabər olmasına diqqət yetirin. 

Qırışmış tikilişin olmamasına və ya səhf tikilmədən ötürü söküb təkrar tikərkən parçada meydana gəlmiş zədələnmələrin olmamasına diqqət yetirin.

Bəylərin Pencək Seçimi

Alacağınız bəylik kostümünüzü seçmək üçün təqribən 2 ay əvvəlcədən axtarmağa başlayın.  İşdən çıxarkən və ya boş vaxtlarınızda şəhərdəki dükanların önündən keçərkən heç olmasa bir dəqiqə ayaq saxlayıb modelleri süzün.  Sizə xoş təsir bağışlayan modeli tapdığınızda zövqünə çox güvəndiyiniz dostlarınızdan bir neçəsini yanınızda aparın. Daha da gözəl olar ki, sonradan bəyəndiyiniz modeli nişanlınıza üzərinizdə göstərib onun da obyektiv fikirlərini alasınız. Sonra niyə aldım deyib peşiman olmayasız.

Hal hazırda o qədər geniş çeşiddə bəy kostümləri var ki… Məsləhətimiz, elə bir model seçəsiniz ki, daha sonra da rahatlıqla mərasim və ya özəl günlərdə geyinə biləsiniz.
[ad#468×15 text]
Ayrıca toy günü saatlarca üstünüzdə olacaq və hər kəsin diqqətini cəlb edəcək bəyliyinizi seçərkən çox diqqətlə yanaşınız. İnsanın geyindiyi paltar onun şəxsiyyətinizi əks etdirir. Odur ki, tələsməyib bir neçə mağazanın modellərini üzərinizdə test edib evlilik bütçənizə görə qərar alın.

Tək, iki və üç düyməli kimi olan pencəklərin ciblərinə görə də biri diyərindən fərqlənə bilir. Çiyinləri dar olmaması və bədəninizi tam əhatə etməsi gərəkən pencək seçin.

Ayrıca toy günündə rahat olaraq qol açıb oynayacağınızı da nəzərə alın.  Pencəyin yaxa uclarına, qol manşetlərinə, ətəyindəki astarla parçanın birləşib tikildiyi yerlərə, qollarının astarına, ciblərinə, artıq kəsilməmiş iplərin qalıb qalmadığına, tikiş zamanı parçanın qırışlar yaratmaması lazımdır. Bizim də bir tövsiyyəmiz var. Üstündə çizgiləri olan bir model seçmək istəsəniz o zaman daha da diqqətli yanaşın.

Əslində belə bir modelin qüsursuz olması çox nadir olduğundan tövsiyyə etmirik. Ciblərinin üstündəki çizgilər pencək cizgiləri ilə üst üstə düşməli, sol və sağ yaxaların çizgiləri simmetrik olmalı. Çiyinlərin çizgiləri eyni dərəcə bucaq altında qırılmalıdır v.s.

Saat və Aksesuar seçimi

Köynəyin çox az pencəyin altından çıxmasıyla birlikdə qolunuzda da klassik bir saat varsa çox görkəmli görüntü meydana gələcəkdir. Əyər saatı taxmağı sevməsəniz belə toy günü kostümünüzə uyğun dəri qayışlı saat taxmağınız görkəminizə tamam başqa hava qatacaqdır.

Qalstuk (boyunbağı) və yelək seçimi

Qalstuk seçiminə bəylik kostümünüzü aldıqdan sonra keçin.  Taxacağınız qalstukun geyinəcəyiniz köynək və pencəyə görə fərqlilik göstərəcəyini unutmayın.  Çox çeşid növləri olan boyunbağlarını seçərkən klassik, kəpənəkvari, fular (İngilis tərzli qısa qalstuk) olmasına və rənginin nə olmasına qərar verməyiniz üçün bəylik kostümünüzü geyinərək üstünüzdə yoxlayın.
[ad#468×15 text]
Ən əsası diqqət etməyiniz gərəkli xusus seçəcəyiniz boyun bağının köynəyinizlə kontrast (zidd) rəngdə olmasıdır.  Ümumiyyətlə geyinəcəyiniz yelək ilə eyni rəngə sahib olması daha xoş təsir bağışlayacaqdır.Seçəcəyiniz yelək pencəyin altında sizə xüsusi görkəm qazandıracaqdır. Pencəyinizi çıxarmış olsanız belə bu zərafət davam edəcəkdir.  Tünd rəngli yeləklərə üstünlük verməyiniz məsləhətdir.

Qalstuk (boyunbağı) bağlama üsulları
qalstuk

Bəylərin Ayaqqabı seçimi

Bəylik kostümündən sonra ayaqqabı seçmək üçün mağaza – mağaza gəzilməyə başlanır.  Ən gözəl ayaqqabını tapmaq üçün çox mağazanı gəzmək o qədər də yaxşı fikir deyil. Çünkü ayaqqabılar bir birlərinə çox bənzəyir. Sadəcə keyfiyyətli və saf dəridən olan, ayağınıza rahatlıq verən bir modeli axtarmaq lazımdır. Bunun üçün gözəl modellər istehsal edən və keyfiyyətli bir mağazaya getməyiniz kifayət edər. Ancaq elə bir ayaqqabı seçiniz ki, ayağınızı qətiyyən sıxmasın. Toy günündə saatlarca ayağınızda olacaq təzə ayaqqabı əks halda ayağınızı zədələyə bilər. Alacağınız ayaqqabının hər ikisini də ayağınızda yaxşı yoxlayın.
[ad#468×15 text]
Ayaqqabınız ilə birlikdə corabınızı da bərabərində alın. Bu corab rəngi kostümünüzün tamamına uyğun olması üçün şalvarınızın rəngində olması ya da ayaqqabının rəngində məsləhəttir. Çalışın ki, eyni rəngli corabdan bir dəst daha artıq alasınız. Birisini gün boyu geyinmiş olarsınız. Daha sonra isə toy salonuna getməzdən əvvəl yenisini geyinərsiniz.

Bəylərin Qol Düymələri

Zər zaman bir klassika olan qol düymələri geyimlərinə çox diqqət yetirən kişilərin əsla tərk etmədiyi önəmli aksesuarlardan biridir. Seçəcəyiniz qol düyməsi geyindiyiniz köynəyə yaraşmalı və sizin üstünüzdə artıq bir əşya kimi görünməməli və sizin görkəminizi tamamlayıcı ünsur olmalıdır. Çeşidli bahalılıqda metal və daşlardan olabilən qol düymələri bəzən çox ucuz, eyni zamanda görkəmli də olabilməktədir.
[ad#468×60]
Zövqünüzə görə alacağınız bu qol düyməsini nə çox böyük nə də çox kiçik olmayaraq orta ölçəkli seçiniz.  Əsas tövsiyyəmiz odur ki, qızıl, platin və ya gümüş bir qol düyməsi seçərkən geyəcəyiniz köynəyin üstündə tutuşdurub kənardan baxın.

Bəylərin Kəmər Seçimi

Kəməri aldığınız zaman ya kostümünüzün rəngində ya da ayaqqabınızın rəngində seçiniz. Çox sadə kəmər seçiniz və belinizdə görkəmli durmasına diqqət yetirin.

 

Qeyd: Bu məqalənin hüququ Evlenirik.Biz -ə aiddir. Digər saytlarda yayımlayanlara müəllif hüquqlarına riayət etmələri üçün xəbərdarlıq edilir. Elektron istifadədə yalnız saytımıza müvafiq keçid qoyularaq istifadəyə icazə vardır! Çap məhsullarında isə mənbəə göstərilməsi də mütləqdir!

Share

loading...

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.