Qadınlar saç rəngini niyə dəyişirlər?
evlenirikbiz tərəfindən 16 July, 2010 tarixində və Maraqlı və Faydalı, Qadınlara Özəl bölməsində yayımlanmışdır.
Nəticələr 3 mindən artıq qadının iştirak etdiyi sorğunun köməyi ilə müəyyən edilib.
Qadınlar bir il ərzində ən azı iki dəfə saçlarının rəngini dəyişirmiş. Bu İngiltərədə aparılan araşdırma sonrasında müəyyən olunub. Evlenirik.Biz-in, Türkiyənin Sabah qəzetinə istinadən verdiyi məlumatda bu qadınların əksəriyyətinin 13-65 yaş arası olduğu bildirilir.
Sorğu nəticəsində qadınların ən çox üstünlük verdiyi rəng qəhvəyi olaraq müəyyən edilib. Çox maraqlı bir faktdır ki, qadınların saçlarının rəngini dəyişmələri üçün əsas səbəb onların darıxmalarıdır. Bundan əlavə dəyişikliyə səbəblər arasında özünə güvəni artırmaq, hər hansı münasibətin bitməsi, özünü yenidən kəşf, dəblə ayaqlaşma, ana olmaq, doğum günü, evlənmək və sairə də var.
Evlenirik.Biz Mətbuat Xidməti
DİGƏR MƏQALƏLƏR
Yüklənir…
















Şərhlər
Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !