Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Psixogeometrik Analiz – (anket)

 tərəfindən  24 April, 2009 tarixində və Psixoloji Məsləhət bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

geometric şəkillər

 Hər bir insanın xarakteri geometrik şəkillər kimidir.. Bu bölmədə Sizlərə geometrik şəkillər və insan xarakterlərinin bənzərliklərini və xüsusiyyətlərini analiz edəcəyik.

Kvadratlar-əməksevər, inadkar, səylə işləyən, başladıqları işi sona çatdırmağa cəhd edən insanlardır. Dözümlü və səbirli olmaları kvadratları öz sahələrində professional edir.

Kvadratlar nizam intizama meyl  edir. Hər şey öz yerində olmalı, öz vaxtında baş verməlidir. Kvadratların idealı planlaşdırılmış,  əvvəlcədən praqnozlaşdırılan həyatdır. Hadisələrin adət olunmuş gedişinin dəyişməsi qəfil surprizlər  onun ürəyincə deyil. İnformasiyaya böyük tələbatları var. Əldə etdikləri bütün məlumatları sistemləşdirirlər. Nəticədə lazım olan informasiyanı  dərhal verirlər. Kvadratlarda analitik,  məntiqi təfəkkür üstünlük təşkil edir. Sanki informasiya dili ilə danışırlar,  məlumatları  işləyir, nəticələri hesablayırlar. Detallara çox diqqətlidirlər.

Onlar adətən yaxşı icraçı,  inzibatçı olur. Risklə bağlı qərar qəbul etmək lazım gəldikdə onlar qərar qəbulunu uzadır. Onlar rassional,  bir qədər soyuq olduqlarından bu cəhətləri onların  insanlarla tez dil tapmasına mane olur.

Ümumiyyətlə,  kvadratlar  detallara diqqətli, xırdaçı, çox ehtiyatlı, inadkar, tərs, konservativ, fantaziyaları yoxsul, yeniliyə müqavimət göstərən, bir qədər simic, dəqiq insanlardır. Yazılı nitqə meyilli, təmizkar, səliqəli, nigaha və valideyn borcuna ciddi münasibət göstərən, az dostlarının olmasına üstünlük verən insanlardır. Sakit istirahəti sevir, idmana meyl göstərirlər.

 

Duzbucaqlı-İndiki həyat tərzindən məmnun deyil və ona görə də daha yaxşı mövqe axtarışı ilə məşğuldurlar.

Əsas xüsusiyyətləri hər şeyi  bilmək, hər şeylə maraqlanmaq istəyidir. Baş verən hər bir şeyə canlı maraq göstərir. Cəsurdurlar, yeni ideyalara təfəkkür və  həyat tərzinə açıqdırlar. Hər yeni şeyi çox asan mənimsəyir.

Onların hərəkətlərini  praqnozlaşdırmaq mümkün deyil. Onlar gündən-günə, hətta bir gün ərzində dəyişə bilir. Onlar özlərini olduqlarından aşağı qiymətləndirir. Hansısa  sahədə ən yaxşı olmağa, yeni iş metodu, həyat stili axtarır.

Düzbucaqlılarin davranışındakı kəskin dəyişikliklər digər insanları  təşvişə salır, həyəcanlandırır.Onlar üçün  digər insanlarla ünsiyyət əhəmiyyətlidir. Bəzən  onlar  əvvəllər hec vaxt etmədikləri işi görməyə calışır. Əvvəllər cəsarət edib verə bilmədikləri sualları verir. Belə zamanlarda onlar  yeni ideyalara, yeni təfəkkür  tərzinə açıq olur. Yeni hər şeyi asan mənimsəyir. Lakin hər kəsə tez inanan,  sadəlöv, tez təsir altına düşəndirlər. Onları idarə etmək asandır.
 

Üçbucaqlar-Üçbucaq liderlik simvoludur. Əsas xüsusiyyəti əhəmiyyətli məqsəd üzərində  diqqətini mərkəzləşdirməkdir.

Çox enerjili, güclü şəxsiyyətdir. Qarşısına  aydın, dəqiq  məqsəd qoyur və bir qayda olaraq ona çatır. Onlar situasiyanı  tez və dərindən  təhlil etməyi bacarır. Diqqətlərini problemin məğzində mərkəzləşdirməyi bacarır. Üçbucaqlar  özlərinə əmin insanlardır. Hər şeydə haqlı çıxmaq  və situasiyanı  idarə etmək, başqasının əvəzinə də hər şeyi həll etmək  meyli hesabına, onlar digərləri ilə rəqabət aparır.

Üçbucaqda qalib gəlmək, uğur qazanmaq meyli üstündür. Çox vaxt riskə gedirlər, hövsələsiz olur, qərar qəbul etməkdə tərəddüd edən şəxslərə  münasibətdə çox  səbirsiz olur. Üçbucaqlar haqsız olduqlarını qəbul etməyi sevmir. Səhvlərini çətinliklə qəbul edir. Görmək istədiklərini görürlər, ona görə də qərarlarını dəyişməyi sevmirlər, qəti olur, etiraz qəbul etmir, əksər hallarda  öz bildikləri kimi  hərəkət edirlər. Lakin əsas məqsədlərinə çatmalarına kömək edən lazımi informasiyanı tez götürür.

Üçbucaqlar  şöhrətpərəsdir, yüksək mövqe tutmağa, karyeraya sahib olmağa çalışırlar. İşə başlamazdan, qərar qəbul etməzdən əvvəl qarşılarına belə bir sual qoyurlar: bundan mənə nə xeyir gələcək?

Onlardan yaxşı menecer çıxır. Xeyir,mənfəət gətirən işi məsafədən hiss edir və bu iş uğrunda mübarizədə rəqiblərini kənarlaşdıra bilir.

Eqoistdirlər, hakimiyyət əldə etmək yolunda mənəvi normalar tanımırlar. Hər kəsin öz ətrafinda dolaşmasını istəyirlər. Özlərinə əmin, enerjili, şöhrətpərəst, eqoist, etiraz qəbul etməyən, hövsələsiz, başqalarının sözunu  kəsən, karyeristdirlər.

 

Ziqzaqlar- yaradıcı simvoludur. Onlar diqqətlərini detallarda cəmləşdirmirlər. Dünyanın mənzərəsini sadələşdirirlər.

Bir-birinə uyğun olmayan fərqli ideyaları birləşdirərək bu əsəsda nə isə yeni, orijinal bir şey yaratmağa çalışır.

Öz zirəklik və hazırcavablığından istifadə edərək  onlar çox acıdil də ola bilər. Başqalarının  gözünü yeni həllərin mümkünlüyünə açırlar. Onlar dünyanı daim şən görür. Onlar üçün ən darıxdırıcı şey heç vaxt dəyişməyən şablonlar, qaydalar və həmişə hər şeylə razılaşan insanlardır.

Onları ciddi müəyyən edilmiş vəzifələr, daimi  eyni iş üsulu əsəbiləşdirir. Müxtəlifliyə, rəngarəngliyə  ehtiyacları var. Öz işlərində  başqalarından  asılı olmamağa çalışır. Yeni ideya və iş metodları yaratmağa çalışır. Heç vaxt kecmişdə istifadə edilən metodlarla kifayətlənmir. Gələcəyə meyillidirlər. Mümkün imkanlarla maraqlanır. Onlar oyanıq, coşqun tiplidir. Yeni ideya tapdıqda bu haqda bütün dünyaya car çəkməyə   çalışır. Ziqzaqlarda bir qədər siyasət çatışmır. Təmkinli deyillər. Bu da onlara öz ideyalarını həyata kecirməyə mane olur. Sözün düzünü üzə deyirlər.  İşin yeni olmaması onların maraqlarını soyudur.

 

Dairələr-dairə harmoniya simvoludur.

Dairələr insanlarla xoşməramlı münasibətlərdə maraqlıdırlar. Onlar üçün ən əsası  insanların xöşbəxtliyi, firavanlığıdır. Onlar sanki iş kollektivini,  ailəni bağlayan, qrupu sabitləşdirən şəxslərdir. Yaxşı ünsiyyətə girən, həm də yaxşı dinləyicilərdir. Çox həssadırlar, empatiya hissinə malikdirlər. Başqalarının sevinc və kədərlərini  bölüşməyə qabildirlər. Digər insanlar dairələrə can atır.

Dairələr insanları yaxşı oxuyur və bir an icində yalançı, saxta insanları müəyyənləşdirə bilir. Onlar bir qayda olaraq biznes sahəsində zəif menecer və rəhbər olur.

İnsanlara çox meyilli olduqlarından hər kəsə  yaranmağa çalışırlar. İnsanlar bir-birilə yaxşı münasibətdə  olduqda dairələr çox şad olur. Ona görə də  kiminlə isə konfliktdə olarkən dairələr güzəştə  gedirlər. Onlar qətiyyətsiz, siyasi oyunlarda bir qədər zəifdirlər. Ona görə də daha qüvvətli şəxslərdən asılı vəziyyətə düşürlər. Özlərini lazımi tərəfdən təqdim edə bilmirlər. Təki hamı razı olsun! Bəzi hallarda söhbət mənəvi, əxlaqi normaların və ədalətin pozulmasından gedirsə, onlar çox ciddilik və qətiyyət nümayiş  etdirirlər.

Onlar obrazlı,intuitiv təhlilə meyillidirlər. Problemin subyektiv tərəfinə  meyl edir. Onlar anadangəlmə psixoloqdurlar. Lakin ciddi biznesin başında durmaq üçün təşkilatçılıq vərdişləri yoxdur.

Hansı geometrik şəkili sevirsiniz (üstün tutursunuz) ?

Nəticələr

Loading ... Loading ...

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

1 şərh on "Psixogeometrik Analiz – (anket)"

  1. _Kiara_ on Tue, 19th Jan 2010 6:57 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/23/4585723/html/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/23/4585723/html/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/23/4585723/html/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/23/4585723/html/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    bezi meqamlar uygun olmasa da umumi anlamda chox dogru yanashmadir. qesheng fikirler var 🙂

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.