Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Plastik qab-qacaq kişilərdə sonsuzluq yaradır

 tərəfindən  1 November, 2010 tarixində və Kişilərə Özəl, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Buna səbəb sıxışdırılmış plastikin tərkibində olan “Bisfenola-A” maddəsidir.

Plastik qab-qacaq kişilərdə sonsuzluq yaradır. Bu, Amerikada “Milli əmək təhlükəsizliyi və Səhiyyə” akademiyasının keçirdiyi araşdırma nəticəsində məlum olub. Türkiyənin “Hürriyət” qəzetinə istinadən Şirəli Məmmədovun ANSPress-də verdiyi məlumatlarda bildirilir ki, gündəlik həyatda istifadə olunan plastik çənqəl, qaşıq, boşqab, su şüşəsi, stəkan və s. əşyalar kişilərdə qısırlıq problemi yaradır. Buna səbəb isə sıxışdırılmış plastikin tərkibində olan “Bisfenola-A” (BPA) maddəsidir. Bu maddə kişilərdə sperm sayını əhəmiyyətli dərəcədə azaldır.

Qeyd edək ki, araşdırma plastik su şüşəsi istehsal edən çinli fəhlələrin üzərində aparılıb və “Bisfenola-A” maddəsinə məruz qalan bu kişilərin çoxalma orqanlarında xəstəliklər yarandığı məlum olub.

Xatırladaq ki, daha əvvəl alman uroloq Frank Sommer mağazalarda istifadə olunan kassa çeklərində də bu “Bisfenola-A” olduğunu, həmin maddənin isə kişilik hormonunun tarazlığını pozduğunu bildirmişdi.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.