Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Piylənmə

 tərəfindən  21 May, 2009 tarixində və Həkim Məsləhəti, SAĞLAMLIQ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

kök uşaq

Piylənmə bədəndə yağın artıq miqdarda toplanması nəticəsində əmələ gələn xətəlikdir.İqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, həmçinin bizim respublikamızda da əhalinin minimum 30% nin bədən çəkisi artıqdır. Bədən çəkisinin artıqlığı uzunömürlülüyün azalmasına səbəb olur. Müəyyən olunmuşdur ki, artıq çəkili insanların sayı hər il 10% artır. Bu belə davam edərsə, XXI əsrin ortalarında iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əhalisinin  əksər hissəsini piylənmə xəstəliyinə tutulacaq.

 Bəs xəstəliyin bu qədər intensiv şəkildə yayılmasına səbəb nədir?

Hər şeydən əvvəl piylənmənin yaranmasında həyat tərzinin və bir sıra faktorların rolunu qeyd etmək lazımdır. Hipodinamik həyat tərzi, çox yemək xüsusilə də qidada doymuş yağların və karbohidratların çox olması, piylənməyə irsi meyllik, hormonal pozğunluq və yaş faktoru bu faktorlardandır.

Sonuncu 40 yaşdan sonra orqanizmdə mübadilə proseslərinin zəifləməsi ilə izah edilir. Müəyyən edilmişdir ki, hansı səbəbdən olursa olsun, qida maddələri ilə alınan enerji, metobolizm və fiziki aktivlik zamanı sərf olunan enerjidən çox olarsa, piylənmə xəstəliyi əmələ gəlir. Deməli, piylənmə lipoliz və lipogenez prosesləri arasındakı balansın pozulması nəticəsində meydana çıxır. 

Piylənmə xəstələri təkcə estetik cəhətdən deyil, həm də ürək-damar, hormonal, həzm sistemlərini zədələyir.Belə ki, piylənmə nəticəsində hipertoniya, şəkərli diabet, ateroskleroz, ürəyin işemik xəstəliyi ,öd daşı xəstəliyi, artrozlar, menstrual pozğunluqlar və hətta sonsuzluq kimi ciddi xəstəliklər əmələ gələ bilir. Piylənmənin hansı dərəcədə olduğunu ölçmək üçün Bədən Kütlə İndeksini (BKİ) təyin etmək lazımdır (ingiliscə, Bodi Mass İndeksi-BMİ). Bunun üçün bədən çəkisini boyun kvadrat metrinə bölürlər:

 BKİ=çəki(kq):boy(m)

BKİ 18kq /m2-dan az olarsa,bu bədən çəkisinin az olduğunu göstərir.

  • 19-25 kq /m2 arasında olduqda bu normal göstəricidir.
  • 26-27 kq /m2 artıq bədən çəkisi
  • 28-30kq / m2 I dərəcəli piylənmə
  • 31-35 kq/ m2 II dərəcəli piylənmə
  • 36-40 kq /m2 III dərəcəli piylənmə
  • 40 kq  / m2-dən yuxarı IV dərəcəli piylənmə

Məsələn: çəkisi 70 kq, boyu 1.60 olan şəxsin ( hesablanma qaydası:BKİ=70:1.60*1.60=70 :2.56=27.34 kq/ m2 ) bədən çəkisi normadan artıqdır.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.