Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Pəhrizsiz arıqlayın

 tərəfindən  5 April, 2010 tarixində və Həkim Məsləhəti, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share


Həsrətlə gözlədiyimiz yay fəsli yaxınlaşır. İndi qış uzunu topladığımız artıq çəkilərdən azad olmaq vaxtı yetişib.

Çox insan bunun üçün ağır pəhriz saxlamaq vacibliyini düşünür. Ancaq indi artıq çəkidən azad olmağın daha asan yolu var -“düzgün qidalanma”.

Türkiyənin “Hürriyət” qəzetinə əsasən “ANSPress.com” yayınlanmış məqaləni nəzərinizə çatdırırıq.

1.Qidanı yavaş-yavaş çeynəyin
Vaxtınız olmasa belə önünüzdəki yeməkləri sürətlə yeməyə çalışmayın. Yemək vaxtı ən azı 20 dəqiqə olmalıdır. Çünki beynin “toxam” siqnalını verməsi üçün bu müddət vacibdir. Əgər yemək sürətlə qəbul edilsə, siz daha çox qida qəbul edə bilərsiniz ki, bu da artıq çəki deməkdir.

2. Hər yeməkdən öncə su için
Hər gün 1,5-2 litr su içməyi vərdiş halına salın. Gün ərzində içilən su həzmi sürətləndirir. Amma bu suyu bir dəfəyə deyil, gün ərzində içməlisiniz. Yeməkdən öncə içilən bir stəkan su aclıq hissini azaldır. Yemək zamanı isə sudan istifadədən çəkinin. Yeməkdən ən azı 1-1,5 saat sonra su için.

3.Tərəvəzə üstünlük verin
Yeməklərinizdən ən azı birində tərəvəzlərin üstünlük təşkil etməsinə diqqət edin. Bununla həm bağırsaqlar daha yaxşı işləyir, həm də az kalori qəbul etmiş olursunuz. Məsələn, ətin həzm edilməsi 3-4, tərəvəzin həzm edilməsi isə 2 saat çəkir. Tərəvəzi bir dilim çörəklə yesəniz, bu sizi daha uzun müddət tox saxlaya bilər.

4.Porsiyalarınızı kiçildin
Bir porsiya deyəndə ağlınıza dolu boşqab gəlməsin. Məsələn bir porsiya meyvəyə yarım banan, bir mandarin, kiçik alma və heyvanın 1/4-i daxildir.

5.Şirniyyata “embarqo” qoyun
Mütəxəssislər şirniyyatdan həftədə 1-2 dəfə istifadə etməyi məsləhət görürlər. Çünki şirniyyat yeyərkən 300-350 kalori qəbul edilir, qan şəkəri sürətlə yüksəlir, sonra sürətlə düşür. Bundan sonra insan daha çox acır. Şirniyyatın yerinə pendirli sendviç və ya meyvə sizi daha uzun müddət tox saxlayacaq. Yox əgər ürəyinizdən şirniyyat keçirsə, paxlava və şəkərbura kimi bol kalorili bişmələrin yerinə az kalorili südlü şirniyyatlar qəbul edə bilərsiniz.

6. Müxtəliflik yaradın.
Hər bir qida məhsulunun tərkibində müxtəlif vitaminlər, minerallar var. Bunun üçün də yeməklərdə müxtəliflik yaratmağa çalışın.

7.Yağları “qadağan olunanlar” siyahısına salmayın.
Arıqlamaq uğrunda yağlardan vaz keçməyin. Çünki yağlar uzun müddətli toxluq hissi yaradır. Ancaq hərəkətli həyat tərzi keçirmirsinizsə ət, pendir və qatıq kimi qidalar qəbul edin və doymuş yağlardan az istifadə etməyə çalışın.

8.Karbohidratdan vaz keçməyin
Artıq çəkidən azad olmağa qərar verənlərin əksəriyyəti ilk olaraq karbohidratlı qidaları süfrədən yığışdırır. Ancaq həm düzgün qidalanmaq, həm uzun müddət tox qalmaq, həm də günlük enerjimizin 50-60 faizini əldə etmək üçün karbohidratlı qidalara ehtiyacımız var. Məsələn, ət və yanında salat yeyəndən sonra bədənimiz kifayət qədər enerji ala bilmədiyi üçün 1,5 saat sonra yenidən acacağıq. Ancaq bunun əvəzinə kəpək çörəyi, buğda makaronu, paxla kimi qidalar daha uzun müddətli toxluğu təmin edir. Bununla da siz əlavə yeməkdən və artıq çəkidən azad olmaq üçün daha bir addım atırsınız.

9.Yeməkləri ötürməyin.
İstər səhər yeməyi, istər nahar, istərsə də şam yeməyini ötürmək arıqlamaq demək deyil. Çünki bir yeməkdən imtina digər yeməklərin artmasına və artıq kilolara səbəb ola bilər. Bunun üçün gündə 3-ü əsas olmaqla, 5-6 dəfə qidalanmağa çalışın.

10.Süfrəyə gec oturmayın
Xüsusilə axşam yeməyini gec saatlara qədər təxirə salmayın. Saat 19:00-da süfrəyə oturmaq ən ideal variantdır. Yatmazdan ən azı 4 saat əvvəl qida qəbul etməyə çalışın. Şam yeməyində az kalorili və tez həzm olunan yeməklərə üstünlük verin.

11.Qızartmayın, soyutma edin.
Artıq çəkidən azad olmaq üçün yeməklərin bişirilmə şəkli önəmlidir. Qızartma yerinə soyutmaya üstünlük verin. Qızartma yeməkləri həftədə 1-2 dəfəyə kimi azaldın.

12.Proteini çoxaltmayın.
Proteindən istifadədə ifrata varmayın. Çünki çox protein çox yağ mənasına gəlir. Bu da həzmə mane olur. Artıq proteinin böyrəklərin fəaliyyətinə də mənfi təsir etdiyini unutmayın.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

2 şərh on "Pəhrizsiz arıqlayın"

  1. elnare on Wed, 26th May 2010 4:14 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Gözəl məsləhətlərdi. tşk.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. LEZGINKA on Fri, 13th Jan 2012 12:18 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    twkler deyerli meslehetleere gore

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.