Öyrətmə Özünə..
Sevgili tərəfindən 8 February, 2013 tarixində və Sizdən Gələnlər, ÜMUMİ bölməsində yayımlanmışdır.
Taleyin qismeti rast saldı bizi,
Yolumuz hardasa qırılacaqdı..
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə məni!..
Hicran qorxusuyla göynətmə meni..
Əlini əlimə öyrətmə belə,
Üzümü – üzüne öyrətmə belə,
Gözümü – gözünə öyrətmə belə..
Mən bir az çiçəkli budaq kimiyəm,
Bir az da kövrəyəm, uşaq kimiyəm..
Leylək yuvasına uyuşan kimi,
Ana balasına qovuşan kimi,
Eh, mən də insana tez yovuşuram,
Sevgi atəşində tez alışıram.
Amma sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur.
Öyrətmə özünə öyrətmə Məni..
Bəlkə gözləmirdik bu xoş görüşü
Yaman qəribədir dünyanın işi,
Heç vaxt yollarında dayanmadığın
Heç həndəvərində dolaşmadığın
Gəlir birdən Sənə ən Şirin olur.
Ömrünün içində ömür doğulur,
Bu şirinim acı olacaq isə
Bu qismət çiçəyim solacaq isə
Öyrətmə özünə, öyrətmə məni!
DİGƏR MƏQALƏLƏR
Yüklənir…
Şərhlər
Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !