Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Onun sizi sevdiyini necə bilmək olar?

 tərəfindən  15 January, 2011 tarixində və Maraqlı və Faydalı, Qadınlara Özəl, SİZƏ ÖZƏL bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bəzən kişilərin qəlbini oxumaq çox mürəkkəb bir iş olur. Tez-tez öz-özünüzə belə bir sual verirsiniz? “Görəsən mən onun xoşuna gəlirəmmi?” Evlenirik.Biz oxucuları üçün bu məqamı aydınlaşdırmaq istəyirəm.

Beləliklə Onların Sizi sevdiyini müəyyən etmənin  10 sadə yolu var.
Aşağıdakıları oxumaqla Siz bir nəticəyə gələ bilərsiniz.
1- O sizin haqqınızda soruşur
Beləliklə,əgər Siz xoşladığınız kişi ilə bir neçə dəfə söhbət etdikdən sonra, O Sizin haqqınızda ümumi tanışlarınızdan məlumatlar öyrənməyə başlamışsa,onun marağının getdikcə artması Sizdən xoşlanması deməkdir.
2- Onun baxışları
Hətta Sizdən uzaq məsafədə belə olsa , Sizə olan baxışların mənasını müəyyən edə bilərsiniz. Əgər onun baxışları Sizə başdan ayağa qiymətləndirirmiş kimi görünürsə, baxışlarınız qarşılaşarkən Sizə həfif gülümsəyirsə, Sizdən xoşlanır deməkdir.
3- Onunla söhbət
Əgər O, sizin söhbətlərinizdən xoşlanırsa, Sizi diqqətlə dinləyib,ciddi suallar verirsə, replikalarınıza yaxşı cavablar verirsə, deməli Sizə qarşı laqeyd deyildir.
4-Gözlənilmədən müxtəlif yerlərdə qarşılaşma
Əgər O,zaman-zaman gözlənilmədən anidən Siz olduğunuz yerlərdə görünürsə, Sizdən xoşlanır və Sizin olduğunuz yerlərdə O da olur. Bunu dəqiqləşdirmək üçün Onun üzünüzə baxmaq kifayətdir. Sizi gördüyündə üzü qızaracaqdır.
5- Siz xoşbəxt insansınızmı
Bu sualın sorulmasında bir səbəb var. Siz xoşbəxt görünürsünüzsə, deməli təbii ki, Onun xoşuna gələcəksiniz. Onu görərkən qəmli, sıxıntılı görünüşüzü dəyişin, pozitivlik romantik münasibətlər üçün daha uyğundur.
6- O sizinlə çox danışır
Əgər ikiniz də çox danışırsınızsa və O da danışmaqdan doymursa,Sizə çox bağlanmışdır. Susmaq münasibətlərin ölməsi deməkdir.
7- O sizinlə əlaqə qurmağa çalışır
Əgər O sizinlə danışarkən öz maraqlarını,həyəcanlarını,qayğılarını,hətta ,məsələn ev heyvanı haqqında fikirlərini bölüşürsə,sizinlə ortaq bir nöqtəsi olmasını istəyir.Aranızda nə qədər çox əşya,fikir və s. bağlantısı varsa,bir o qədər bir-birinizə yaxın olacaqsınız deməkdir.
8- O daima sizə gülümsəyir
Kişi daima qadına gülümsəyirsə,onu sevir deməkdir.Sizin də ondan xoşunuz gəlirsə,gülümsəməyi əsirgəməyin.
9- İncə məsələləri sizə söyləyirsə
Əgər O, sizinlə zərif məsələlər haqqında danışırsa, incə şeyləri paylaşırsa Sizdən xoşlanır. Məsələn, bəzən kiçilər öz qəribə xüsusiyyətlərindən danışarlar, bu o deməkdir ki, Sizinlə rahatlıq hiss edir.
10- Sizi incitmədən zarafat edirsə
Kişi qadına aşıq olmuşsa, onu incitməyərək zarafat etməyi xoşlayır. Bəlkə də, bu onun sizi güldürmək istəməsi ilə bağlıdır. Bəlkə də gülüşünüz xoşuna gəldiyindəndir.

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

9 şərh on "Onun sizi sevdiyini necə bilmək olar?"

  1. Hesen on Tue, 15th Mar 2011 12:42 pm 

    Müəyyən qədər bilirdim. Amma cox şey öyrəndim.Təşəkkürlər

    Münasibətiniz: Thumb up 3 Thumb down 0

  2. SELджан on Fri, 17th Jun 2011 2:02 am 

    movzuya gore tewekkurler.amma bu movzunu email unvanimda menimle etrafli daniwa bilseydiniz coox wad olardim 🙂

    Münasibətiniz: Thumb up 1 Thumb down 1

  3. Gulay on Wed, 28th Sep 2011 12:40 am 

    bilirdim,tesekkurler

    Münasibətiniz: Thumb up 0 Thumb down 2

  4. leyla on Mon, 14th May 2012 2:54 pm 

    Bunu sinayacam. Mene ele gelirki siz dediyiniz doqrudur.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  5. Reyhan Dağlarkızı on Mon, 30th Jul 2012 1:40 pm 

    bezilerini bilirdim.yenədə oyrendim .tesekkürler.

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  6. ayishe on Sun, 13th Jan 2013 9:53 pm 

    Meni hemise suzur ama men narahat oluram demeli tebessüm etmeliymisem check up edirem 🙂 zarafat edende inciyirem bunu tapmadim ama diger yazıların hamisi düz cixdi

    Münasibətiniz: Thumb up 1 Thumb down 0

  7. arzu on Wed, 10th Feb 2016 12:26 am 

    2 nəfər var menden xoşları gəlir men nece bilerem hansı meni sevir kömək edin çaşbaş qalmışam

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  8. Namized on Sat, 5th Mar 2016 10:23 pm 

    sayt superdi……babaaattt….

    her gun maraqli movzularla celb edir……….

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.