Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Ölkəmizdəki evliliklərin gülməli statistikası

 tərəfindən  20 December, 2009 tarixində və TOY, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

üzük18 yaşlı oğlanlar qoca qadınla, ahıl kişilər isə yeniyetmə qızlarla nikaha girib.

Ailə-nikah məsələlərilə bağlı müzakirə olunası mövzular çoxdur. Erkən evlilik, vətəndaş nikahının artması, nikaha girənlərin yaş fərqləri və s. Modern.az son illər Azərbaycanda bağlanılan nikanların rəsmi statistikasında bir sıra maraqlı məqamlar aşkara çıxarıb. Bu, rəsmi izdivaca girən bəy və gəlinn yaşı ilə bağlıdır. Mövzuya dair apardığımız araşdırma nəticəsində məlum olub ki, sən demə Azərbaycanda hələ də 18-19 yaşlı qızların 60 yaşlı kişilərə ərə verilməsi, eyni zamanda 18 yaşlı oğlanın 50-60 yaşlı arvadla evlənməsi halları varmış.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə ölkədə 81758 nikah bağlanılıb. Həmin il 40-44 yaşlı 1285 qadın və 2269 kişi, 50-54 yaşlı 284 qadın və 580 kişi nikah bağlayıb. Bundan başqa 55-59 yaşlı 104 qadın və 333 kişi, 60 və daha çox yaşı olan 102 qadın və 655 kişi də 2007-ci ildə rəsmi icdivaca girib. 2008-ci ildə respublikada 79964 nikah qeydə alınıb.

Ağbirçək gəlinlər

Rəsmi statistikasında ən çox maraq doğuran məqam bəy və gəlinin yaşlarının bir-birinə uyğun gəlməməsilə bağlıdır. Məsələn, 2008-ci illə bağlı rəsmi statistikada göstərilib ki, yaşı 60-dan çox olan 98 qadın ərə gedib. Ən təəcüb doğuran fakt həmin ağbirçəklərin 18-29 yaşlı oğlanlarla nikah bağlamasıdır. Rəsmi statistikada daha 6 nəfər 60 yaşlı qadının isə 30-39 yaşlı oğlanlarla ailə qurduğu qeyd edilib. Rəsmi statistikadakı məlumatlara istinadə edəndə, belə çıxır ki, həmin arvadlar nəvələri və oğlanları yaşda olan şəxslərə ərə gediblər.

2008-ci ildə yaşı 60-dan çox olan 74 nəfər qadın isə öz həmyaşıdları olan ağsaqqallarla nikaha girib.

Ağsaqqal bəylər

Yaşlı kişilərə gəldikdə isə ötən il 60-ı arxada qoyan 591 ağsaqqalhikaha girib. Ən maraq doğuran fakt odur ki, 2008-ci ildə yaşı 60-dan çox olan bir nəfər bəy 18 yaşənadək olan qızla rəsmi hikah bağlayıb. 4 nəfər ixtiyar qoca isə 18-19 yaşlı qızlatla nikah bağlayıb. 60 və daha çox yaşı olan 12 kişi 20-24 yaşlı, 10 kişi 25-29 yaşlı, 14 kişi isə 30-34 yaşlı xanımlarla rəsmən nikaha girib. Sadalanan rəsmi faktlar isə onu deməyə əsas verir ki, həmin ağsaqallar nəvələri və qızları yaşda olan xanımlarla ailə həyatı qurublar.

Maraqlıdır, görəsən müasir zəmanədə doğrudanmı 60-65 kişi 18-19 yaşlı qızla nikaha girir? Bu faktların həqiqilyi şübhə doğurmaya bilməz. Necə olub ki, validyenlər 18 yaşa yenicə çatmış qızların babaları yaşda kişilərlə, bığ yeri təcəzə tərləyən oğlanların isə nənələri yaşda arvadlarla rəsmi nikaha girməsinə razı olublar?

Həmin nikahlardan bəziləri saxtadır

Araşdırmamız zamanı bəzi Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrinin əməkdaşlarından bu məsələyə münasibət öyrənməyə çalışdıq. Adı çəkilən idarələrin əməkdaşları belə faktların olduğunu inkar etməsələr də, ortada başqa məqsədlərin olduğunu söyləyənlər də tapıldı. Bakıdakı VVAQD şöbələrindən birində çalışan əməkdaşdan öyrəndik ki, əslində yenicə həddi-buluğa çatmış gənclər ağbirçək və ağsaqqallarla rəsmi nikaha girməklə paytaxtda daimi pasport qeydiyyatına düşə bilirlər. Deməli, həmin nikahların heç də hamısı həqiqi deyil. Bəziləri bu yolla başqa niyyətlərini də gerçəkləşdirməyə çalışırlar.

Amma VVAQD əməkdaşları onu da bildirirlər ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatında yaşlı bəylə gənc gəlinin, ya da əksinə, ağbirçək arvadla cavan oğlanın evlənməsinə dair faktların bir çoxu həqiqətdir. Qeyd edək ki, yuxarıda biz ancaq yaşı 60 və daha çox olan kişi və qadınlar arasında bağlanın nikahlara toxunduq. 40-50 yaşlarında olan bəy və gəlinlərin öz nəvələri yaşda olan şəxslərlə nikaha girmələrinə dair isə daha çox fakt var.
2009-cu il başa çatır. Görəsən bu il Azərbaycanda neçə belə qeyri-adi nikah bağlanıb? Hər halda bunu 2009-cu ilin statistikası elan olunanda biləcəyik.

Adəm Qorxmaz
Modern.az

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

3 şərh on "Ölkəmizdəki evliliklərin gülməli statistikası"

  1. dream on Tue, 22nd Dec 2009 1:40 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Maraqlıdır,amma digər nigahları da incələsək, onların içindən də saxtalarını çıxsaq,nə qədər “səmimi” nigah var,ən maraqlısı odur:)

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  2. Aysel Bayramova on Tue, 22nd Dec 2009 3:39 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Gəlin paltarını zamanında geyinmək və onu daha da yaraşıqlı etməyin özü gözəldir

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  3. aysegul on Sun, 10th Jan 2010 11:13 pm 


    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 219

    Warning: mysql_query(): Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    Warning: mysql_query(): A link to the server could not be established in /home/content/62/12760762/html/evlenirikbiz/v3/wp-content/plugins/comment-rating/comment-rating.php on line 226

    gelinlik geyinmek her bir qizin arzusudu……

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.