Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Öldürməyən Allah öldürmür!

 tərəfindən  23 April, 2010 tarixində və Körpələrə Özəl, SAĞLAMLIQ, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Ürəyi dayanan körpəni həyata döndürmək üçün göstərdiyi səylər  nəticəsiz qalmadı.

Türkiyədə Ağrı bölgəsinin Doğubayazıt rayonunda təcrübə keçən həkimin səyi 2 yaşlı oğlanı həyata qaytarıb.

Evlenirik.Biz-in “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Ağrı rayon mərkəzindən 22 kilometr uzaqlıqda yerləşən Subeşiyi kəndində yaşayan 2 yaşlı Səməd Aydəmir evlərinin yaxınlığındakı çay kənarında oynayarkən ayağı sürüşüb  suya düşüb.

Körpənin suya düşdüyünü görən atası Oqtay Aydəmir və ətrafdakı insanlar suda bir müddət sürüklənən uşağı çıxararaq Doğubayazıt Dövlət Xəstəxanasına aparıblar. Xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq, Səmədin ürəyi dayanıb. Həkimlər bu acı xəbəri uşağın ailəsinə çatdırıblar. Uşağı tibbi ekspertizadan keçməsi üçün meyitxanaya aparan zaman 3 aydır xəstəxanada həkim kimi təcrübə keçən Kurt soyadlı həkim onu bir daha müayinə etmək istədiyini söyləyib.

O bildirib ki, içində körpənin yaşadığına dair bir hiss var. Daha sonra 45 dəqiqə ərzində Səmədə ürək masajı edilib, süni nəfəs verilib. 45 dəqiqəlik səydən sonra uşaq həyata dönüb. Bu uğurlu müdaxilədən sonra Kurt deyib ki, uşağın yaşamasına çox sevinir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.