Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Oğlanların ayrılma bəhanələri

 tərəfindən  30 June, 2010 tarixində və Kişilərə Özəl, Maraqlı və Faydalı, Qadınlara Özəl bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Bəzi oğlanlar ayrılmaq istədiklərini açıqca dedikləri halda, bəziləri isə bunu səmimi etiraf edə bilməyərək bəhanələrə sığınmağı üstün tuturlar. Lazım olan yalnız ismarışları doğru analiz etməkdir. Evlenirik.Biz  oğlanların ayrılmaq üçün 6 klassik bəhanələrini Sizə təqdim edir!

Münasibətlərinizin çox yaxşı olduğunu, ən xoşbəxt günlərinizi yaşadığınızı fikirləşdiyiniz bir vaxtda, sevdiyiniz insan sizə bu bəhanələrdən birini gətirə bilər. Onun nə demək istədiyini asanlıqla anlamaq üçün yazımızı diqqətlə oxumağı məsləhət görərdim.

1) “Zamana ehtiyacım var”
Bunun deyən oğlan tam olaraq ayrılmaq istəyib istəmədiyinə əmin deyil. Bir tərəfdən sizi itirmək istəmir, lakin digər tərəfdən kənarda axıb gedən həyat ona maraqlı görsəndiyi üçün çox narahatdır. Dostları yeni qızlarla tanış olduqları vaxtlarda o özünü bütün həyəcandan üzaq hiss edər, və bu da onu narahat edir. Dostlarını qısqanmaqdansa onlara qoşulmağa qərar verər və bu bəhanəni gətirər.

Və ya daha da pisi sizdən başqa görüşdüyü biri var və o daha maraqlı olmağa başlayıb. Bunu sizə açıqca etiraf edib sizi incitməkdənsə, bu yalan sığınmağı seçir. Bəzi qadınlar bu bəhanəni eşitdikdən sonra belə münasibətlərini düzələcəyinə ümid edib əlaqələrini kəsməzlər. Belə bir vəziyyətdə, ayrılmaq istəyən amma bunu açıqca deyə bilməyən oğlanlar, müəyyən bir vaxt üçün ona hələ də zəng edərlər. Zənglər gedərək azalır və ən sonunda heç zəng etməzlər. Hətta ona zəng vurduğunuz halda telefona cavab verməz və ya bir neçə saat sonra sizə zəng edərlər. Münasibətlərinin sonu olduğunu heç cürə qəbul edə bilməyib onu çox axtararsa da “çox fikirləşdim amma təsüfflər olsun ki, bizde alınmayacaq” deyib əlaqəni tamamən kəsərlər.

2) “Problem səndə yox, məndədir”
Bu cümlə artıq lağ-lağı mövzusu olsa da hələ də oğlanların ən sevdiyi bəhanələrdən biridir. Çoxdan görüşmüş olsalar da, qətiyyən heç bir şey hiss etmədiklərin qızlardan ayrılmaq üçün qətiyyən bəhanə tapa bilməzlər. Əslində bu münasibət onlar üçün maraqsız bir hala çevrilmişdir. Ayrılmaq istədiklərini dedikləri zaman incinmələrin olmasından qorxduqları üçün günahı öz üstlərinə götürməyə razı olarlar. Amma bəlkə də əsil günahkar qızdır. Çünki dözülməz kaprizləri ilə əlaqələrinin sonunu gətirmişdir.

3) “Mən sənə görə kifayət qədər yaxşı deyiləm”
Bunu deyən bir oğlan qarşısındakı qızın onu dəli kimi sevdiyindən əmindir. Sevdiyi insanın bu hisslərindən bu qədər əmin olan oğlanlar bu vəziyyətdən qorxub qaçmaq istəyirlər. Çünkü əlaqələr həyəcanını, qız da gizemini itirmiş və artıq yeni dənizlərə yelkən açmağın vaxtıdır.
“Mən, səni sənin məni sevdiyin qədər sevmirəm” deyə bilməyəcəklərinə görə, bu bəhanədən istifadə edərlər.

4) “Ailəvi problemlərim var”
Kifayət qədər xoşbəxt bir ailəsi olsa da belə bir bəhanəyə yox deyə bilməyəcəyinizdən, hətta hörmətlə yanaşcağınızadan əmindir. Ailə içində yaşanan problemlər zamanla həll oluna biləcəyinə görə, istədiyi zaman sizə geri qayıda biləcəyi üzü olduğunu fikirləşir.

Ayrılmaq istəyinin belə anlaşılacağından əmindir: ailəsinə bu dərəcədə bağlı bir oğlan, sırf buna görə ayrılmaq istəyirsə, ailə həyatına çox diqqətlə yanaşır deməkdir. Gələcəkdə ailədə bir problem olarsa, hər şeyi atıb ailəsinin problemini həll edəcəkdir. Amma əslində oğlan bu əlaqədən sıxılıb və ağlına gələn ən yaxşı bəhanə budur.

5) “Əlaqəmizdə həyəcan qalmayıb”
Bunu deyən oğlan, yeni həyəcanlar axtarır. Mümkün olduğu qədər hər gün yeni birisini tanımaq istədiyinə görə, maneəsiz olmaq istəyir. Bu vəziyyətdə də maneə olaraq yalnız siz olduğunuza görə sizə qapını göstərir. Siz “onun ilk günlərdəki həyəcanını necə qaytara bilərəm” deyib, yeni saç forması, yeni geyimlər seçə bilərsiniz. Amma boş yerə özünüzü yormayın, çünki o çoxdan özünə yeni birini tapıb.

6) “İşlərimi yoluna qoymalıyam
Sizinlə çox yaxşı vaxt keçirməyinə baxmayaraq, fikri sizdən əvvəlki sevgilisinin yanındadır. Ona olan sevgisinin tam bitib bitmədiyindən əmin olmadığına görə hisslərini bir daha yoxlamaq istəyir. Sizi də aldatmaq istəmədiyi üçün bu bəhanəni seçir. Siz isə bu bəhanədən sonra ümidlərinizi itirməyib onun qayıtmağını gözləyirsiniz. Çünki onun işlərini həll etdikdən sonra sizə qayıdacağından əminsiniz.  Əslində tam onun istədiyini etmiş olarsınız, əyər ki, əvvəlki sevgilisi ilə əlaqələri fikirləşdiyi kimi olmazsa, rahatcasına sizə geri qayıdacaqdır.  Əyər əvvəlki münasibəti qaydasında olarsa sizə bu münasibətin bittdiyini deyəcəkdir.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

loading...

Şərhlər

6 şərh on "Oğlanların ayrılma bəhanələri"

  1. Gunel on Thu, 1st Jul 2010 9:11 am 

    Salam,

    Maraqli idi heqiqeten, mence qadin bu behanelerin hamisini anlayir…eger biruze vermirse, hele de neyese umid edir demekdir…amma ozunu aldatmaq lazim deyil…Sizsiz yasaya bilen kesle yasamaq Sizin ucun menasiz olar…

    Cox isterdim her kes oz yarisini tapsin…)))

    Əla-bəyənilib. Münasibətiniz: Thumb up 5 Thumb down 0

  2. Aysel Bayramova on Thu, 1st Jul 2010 3:34 pm 

    Maraqli faktlardir gorasan biz qizlar na bahanalar uydurub uzaqlashiriq

    Münasibətiniz: Thumb up 3 Thumb down 0

  3. BEXTiYaR on Sat, 22nd Sep 2012 1:36 am 

    SuBAY OLuR BeZiLeRiDe HeMiN HaLDa ;))))

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  4. ZEYNEB on Fri, 21st Jun 2013 9:41 pm 

    Mence sizde yenisini tapmalısız.Onda onu da tez unudarsınız.Heyat davam edir axı.Sizi ürekden seveni sevin.♥♥♥♥♥♥♥♥♥

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  5. ZEYNEB on Fri, 21st Jun 2013 9:45 pm 

    Heyatda heç ne sizin tebessümünüzden vacib deyil…….

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

  6. ZEYNEB on Fri, 21st Jun 2013 9:49 pm 

    Heyatda heç ne sizin tebessümünüzden vacib deyil…….Yaşayın ki yaşadasız.

    Münasibətiniz: Thumb up 0 Thumb down 0

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.