Azerbaycanın İlk və Ən Böyük İnteraktiv Evlilik Portalı

Evlenirik.Biz saytına üzv olaraq öz məqalələrinizi də yayımlaya bilərsiniz. Əyər üzvlüyünüz yoxdursa qeydiyyatdan keçin.

İstifadəçi Adı

Şifrəniz

Röya: “O toyda ki, dava düşmədi, toyun nə ləzzəti?”

 tərəfindən  14 July, 2010 tarixində və Şou-Biznes, ÜMUMİ bölməsində yayımlanmışdır.

  • Share
  • CevherShare
  • Share

Müğənni konsertində baş verən davaya belə münasibət bildirib.

Röya və Zamiqin “Doğma diyar” turnesinin ilk konserti Qubada baş tutdu.  Evlenirik.Biz, ANS PRESS-dən aldığı məlumata görə, Quba İdman Olimpiya Kompleksində baş tutan konsert saat 20:00-da başlamalı olsa da, saat 21:45-də start götürüb. Səhnəyə birinci Zamiq çıxıb və düz 1 saat ardıcıl olaraq öz mahnılarını ifa edib. Zamiqi ilk mahnılarında sevə-sevə alqışlarla müşayiət edən tamaşaçılar, 2-3 mahnıdan sonra artıq səhnəyə Röyanın gəlməsini istədilər. Röya isə Zamiqin bir saatlıq çıxışından sonra səhnəyə çıxdı.

Tamaşaçılar Röyanı gur alqışlarla qarşıladılar. Röya, “Sizi çox darıxdırdım?” deyə soruşduqda coşqu ilə alqışlandı. Lakin Röyanın da daha çox yeni mahnılarına üstünlük verməsi, yəni tamaşaçıların hələ alışmadığı mahnılar ifa etməsi konsertin bir qədər sönük keçməsinə səbəb oldu. Buna baxmayaraq, konsertdə izdiham yaşandı.

Mühafizəçilərin tamaşaçılarla rəftarı heç də xoşagələn deyildi. Konsertə gül dəstələri ilə gələn tamaşaçılar elə həmin gül dəstələri ilə stadionu tərk etdilər. Qubalılara populyar və sevilən sənətçilərə yaxınlaşmağa imkan verilmədi.

Röya və Zamiq 1 saatlıq çıxışlarından sonra birlikdə duet oxudular. Sonda isə “Sevişiyorum, gedişiyorum” ifadələrinin tez-tez təkrarlandığı yeni duetlərini təqdim etdilər. Duet rəğbətlə qarşılandı və sevildi. Demək olar ki, Quba İdman Kompleksini tərk edən hər iki nəfərdən biri bu mahnını zümzümə edirdi.

Röya Qubaya özü ilə balaca oğlu Hüseyni də aparmışdı. Dayəsinin qucağında İdman Kompleksini gəzişən Hüseyn onu dindirən hər kəsə şirin gülüşü ilə reaksiya verirdi.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən konsert yüksək səviyyədə təşkil edilmişdi. Konsertə Daxili Qoşunların əsgərləri, Fövqalədə Hallar Nazirliyinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları nəzarət edirdi. Buna baxmayaraq, konsertdə Daxili Qoşunların əsgərləri ilə tamaşaçılar arasında insident yaşandı. Röya səhnədən gülə-gülə, “O toyda ki, dava düşmədi, toyun nə ləzzəti?”, deyə zarafat etdi. Polisinin əməkdaşlarının müdaxiləsindən sonra insident aradan qaldırıldı.

Konsertin sponsoru olan Nar Mobile tədbirin gedişatında tamaşaçılarla oyunlar keçirdi. Suallara 1111 nömrəsinə daha tez və düzgün cavab göndərən “Nar Mobile” abunəçiləri mobil telefonlarla mükafatlandırıldılar. Beləliklə, 5 suala düzgün cavabı 1111 nömrəsinə göndərən “Nar Mobile” abunəçiləri 8 mobil telefon qazandılar.

Evlenirik.Biz Mətbuat Xidməti

DİGƏR MƏQALƏLƏR

Yüklənir…

Share

Şərhlər

Fikirlərinizi burada bölüşün...
Şəkilinizin burada görünməsini istərsəniz, bura yazdığınız email ilə gravatar saytından qeydiyyatdan keçib şəkilinizi yükləyin !





*

www.evlenirik.biz
ana səhifə \ favoritlərə əlavə et \ reklam \ bizimlə əlaqə
© 2006-2010 Evlenirik.BIZ Daima Sizinlə supported by WordPress
Qeyd: Bütün yazıların hüquqları müəlliflərinə məxsusdur. Saytdakı məlumatlardan istifadə edildiyi zaman istinad edilməsi və müvafiq keçidin verilməsi mütləqdir.